Həzrət imam Baqir əleyhissəlamın şəhadəti

24 July 2026

10:59

۵

Xəbərin xülasəsi :
Hicri 1447-ci il zil-hiccə ayının 7-si, miladi 2026-cı il may ayının 24-ü imamət və vilayət səmasının beşinci parlaq ulduzu həzrət imam Əba Cəfər Muhəmməd-Baqir əleyhiməssəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismillahir-Rahmənir-Rahim

Həzrət imam Baqir əleyhissəlamın şəhadəti

Hicri 1447-ci il zil-hiccə ayının 7-si, miladi 2026-cı il may ayının 24-ü imamət və vilayət səmasının beşinci parlaq ulduzu həzrət imam Əba Cəfər Muhəmməd-Baqir əleyhiməssəlamın şəhadət günüdür.

Bu böyük əza və müsibət günü münasibətilə öncə ağamız həzrət imam Məhdi Sahib əz-Zamana (Allah onun zühurunu tezləşdirsin), sonra bütün müsəlmanlara xüsusən, Əhli-Beyt əleyhimussəlamın ardıcıllarına təsəlli və başsağlığı deyir, mömin bacı-qardaşlara bu matəm gününü layiqincə qeyd etməyi diləyirik.

Həzrət imam Baqir əleyhissəlam hicri 57-ci il, rəcəb ayının 1-i cümə günü (bəzi nəqillərə əsasən, səfər ayının 3-ü) müqəddəs Mədinə şəhərində anadan olmuşdur. Üç yaş yarımı olduqda cəddi imam Huseyn əleyhissəlam ilə birgə Kərbəla hadisəsinin şahidi olmuşdur. O həzrət əziz atası imam Səccad əleyhissəlamdan sonra təqribən on doqquz il şiələrə imamət və rəhbərlik etmişdir. Nəhayət, hicri 114-cü il zil-hiccə ayının 7-si 57 yaşında şəhadətə yetmişdir.[1]

Həzrət imam Baqir əleyhissəlamın dürəfşan hədislərindən:

Həzrət Peyğəmbər-əkrəm (sallallahu əleyhi və alih) tərəfindən “Baqirul-ulum” (elm zirvələrini fəth edən) ləqəbi verilmiş İmam Baqir əleyhissəlam öz zamanında çoxlu və layiqli şagirdlər tərbiyə etmişdir. Burada o həzrətin nurlu hədislərindən birini hörmətli oxuculara təqdim edirik:

اِصبِروا عَلی اداء الفَرائضِ، وَ صابِرو عَدُوُّکم، وَ رابِطوا امامَکمُ المُنتَظَرِ

“Şəriət hökmlərini yerinə yetirmək çətinliklərində səbirli olun, düşmənləriniz müqabilində dözümlü olun, intizarında olduğunuz İmam üçün hazır olun.”

Mənbə: “Qeybəte Nəmani” və “Yənabiul-məvəddət”.

Həzrət imam Baqir əleyhissəlam buyurur:

لا يَنقَطِعُ المَزِيدُ مِنَ اللّه ِ حتّى يَنقَطِعَ الشُّكرُ مِنَ العِبادِ

“Allah-taalanın bəndələrinə nemətlərinin arası kəsilməz, ta ki, bəndələrin İlahi nemətlər üçün şükr etməkləri kəsilsin.”

Mənbə: Biharul-ənvar, cild-68, səh. 54




[1] Biharul-ənvar, cild-46, səh. 212, hədis-1; səh. 217, hədis-19


Etiketlər :

Həzrət imam Baqir əleyhissəlamın şəhadəti