Mübarək Qurban bayramı
24 July 2026
10:59
۸
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Mübarək Qurban bayramı
Hicri-qəməri 1447-ci il zil-hiccə ayının 10-u, miladi 2026-cı il may ayının 27-i İslam aləmində əsas və təntənəli bayramlardan biri, Qurban bayramı günüdür. Bu əziz və müqəddəs gün münasibəti ilə öncə həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) və onun Əhli-Beytinə (əleyhimussəlam) salam və salavat göndərir, daha sonra bütün müsəlmanlara, xüsusən də zamanımızın imamı həzrət Vəliyyi Əsrin (Allah onun zühurunu tezləşdirsin) yolunu səbirsizliklə gözləyən mömin bacı-qardaşlara bayramınız mübarək, gözünüz aydın, ömrünüz bərəkətli olsun deyirik.
Qurban bayramı gününün müstəhəb əməlləri:
1. Qüsl etmək;
2. Bayram namazı (qaydası eynilə Fitr bayramı namazı kimidir);
3. Səhifei-Səccadiyyədən (əleyhissəlam) 46 və 48-ci duaları oxumaq;
4. Nüdbə duasını oxumaq;
5. Qurbanlıq kəsmək;
6. Həcc mərasimində və Mina səhrasında olan hacılar Qurban bayramı gününün zöhr namazından onbeş namaz sonra, amma həcc mərasimində olmayan insanlar on namaz sonra (zil-hiccənin 10-u zöhr namazından 12-i sübh namazından sonraya qədər) aşağıda qeyd olunan məşhur təkbirləri təkrar desinlər:
اللّهُ اَکْبَرُ اللّهُ اَکْبَرُ لا اِلهَ اِلا اللّهُ وَ اللّهُ اَکْبَرُ اَللّهُ اَکْبَرُ و لِلّهِ الْحَمْدُ اَللّهُ اَکْبَرُ عَلی ما هَدانا اَللّهُ اَکْبَرُ عَلی ما رَزَقَنا مِنْ بَهيمَةِ الاْنْعامِ وَالْحَمْدُلِلّهِ عَلی ما اَبْلانا
Əllahu əkbəru Əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbər, Əllahu əkbəru və lillahil həmd, Əllahu əkbəru əla ma hədana, Əllahu əkbəru əla ma rəzəqəna min bəhimətil ən`am, vəl həmdu lillahi əla ma əblana.
“Allah (vəsfəgəlməz dərəcədə) böyükdür, Allah böyükdür! Haqq olan yeganə məbud, yalnız Allahdır! Allah böyükdür, Allah böyükdür! Sitayiş və ibadət ancaq Allaha məxsusdur! Allah böyükdür, odur ki, bizi (bəndələrini) hidayət etmişdir! Allah böyükdür, odur ki, bizə dördayaqlılardan ruzi vermişdir! Sitayiş, yalnız Allaha məxsusdur! Ona görə də bizi imtahan etmişdir!”
Bir daha bayramınız mübarək olsun!
İltimas dua