Həzrət imam Musa ibn Cəfərin (əleyhissəlam) mövludu
23 July 2026
21:17
۱۱
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Musa ibn Cəfərin (əleyhissəlam) mövludu
Hicri-qəməri 1447-ci il zil-hiccə ayının 20-i, miladi 2026-cı il iyunun 6-ı İmamət və Vilayət səmasının yeddinci parlaq ulduzu həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) təvəllüd günüdür.
Bu böyük və əzəmətli sevinc gününü ilk növbədə İmam Sahibəl-Əsri vəz-Zaman həzrət Məhdiyə (Allah onun zühurunu tezləşdirsin), sonra Əhli-beyt (əleyhimussəlam) məktəbinin həqiqi davamçılarına təbrik və gözünüz aydın deyirik.
Ümid edirik əzizlər bu sevinc və fərəh günündə şad olsunlar və öz sevinclərini ailə üzvləri, qohum-əqrəba və dostları arasında bölüşsünlər.
Həzrət Əbu İbrahim Musa ibn Kazimin (əleyhissəlam) həyatına qısa baxış:
Həzrət imam Musa ibn Cəfər (əleyhiməssəlam) hicri-qəməri 127-ci il 20 zil-hiccə (yaxud 128-ci il səfər ayının 7-i) Əbva adlı bir məntəqədə dünyaya gəlmişdir.
Əziz atası həzrət imam Cəfər Sadiq əleyhissəlam, hörmətli anasının adı Həmidə (Huməydə) olmuşdur.
Ləqəbləri və kunyəsi: Əbul-Həsən əvvəl, Əbu İbrahim; Kazim, Babul-həvaic, Əbd Saleh.
Hicri qəməri 148-ci ildə həzrət Sadiq əleyhissəlam şəhadətə yetdikdən sonra imam Kazim əleyhissəlam 20 yaşında imamət məqamına çatmışdır.
Həyat yoldaşı: Nəcmə xatun adlı fəzilətli bir qadın olmuşdur.
İmamət müddəti 35 il, mübarək ömrü 55 il olmuşdur.
Dövrünün hakimləri: Mənsur, Məhdi, Hadi və Harun (Abbasi sülaləsinin hakimləri).
Şəhadəti: Hicri 183-cü ildə Harun ər-Rəşidin göstərişi ilə Bağdad zindanında Zindi ibn Şahik adlı zalım zindanbanın vasitəsi ilə zəhərləndirilib şəhadətə çatmışdır.
Müqəddəs məzarı: Kaziməyn (hazırda Bağdad şəhərinə birləşmiş) şəhərindədir.
Həzrət İmam Kazim əleyhissəlamın hikmətli kəlamlarından
لا تَمنَحُوا الجُهّالَ الحِکمَهَ فَتَظلِمُوها، وَ لا تَمنَعُوها اَهلَها فَتَظلِموُهُم
Həzrət imam Kazim əleyhissəlam buyurur:
“Hikməti” nadanlara verməyin, çünki ona zülm edərlər və onu öz əhlindən əsirgəməyin, çünki onlara zülm etmiş olarsız.[1]
Bu cümlənin mənası budur ki, hər bir idrak sahibi danışarkən gərək diqqət etsin ki, onun dəyərli sözlərini qavrayan və ondan doğru yolda faydalanmaq istəyən varmı? Əgər yoxsa, o sözləri danışmağın da faydası yoxdur.
Necə deyərlər, dəyərli malına qiymət verməyənlərə malını dəyərsiz qiymətə satma, çünki bu halda özünə zərər etmiş olarsan...
[1] “Biharul-Ənvar”, cild-75, səh. 303