Tasua günü

23 July 2026

21:17

۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 61-ci il, Məhərrəm ayının doqquzuncu günü və Aşuradan bir gün əvvəl, Tasua adlanır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Tasua günü

Hicri-qəməri 61-ci il, Məhərrəm ayının doqquzuncu günü və Aşuradan bir gün əvvəl, Tasua adlanır.

Bu gündə bir neçə hadisə baş verdi, o cümlədən: Şimrin Kərbəlaya gəlişi, həzrət İmam Huseyn (əleyhissəlam) və yoldaşlarının tam mühasirəyə alınması, Ömər ibn Sədin müharibəyə başlamaq əmri, Ümmül-Bəninin (əleyha salam) övladlarına aman-namə (mühafizə) məktubu göndərilməsi, İmam Hüseynin (əleyhissəlam) Aşura gecəsində namaz qılmaq, Quran oxumaq və ibadət etmək üçün düşməndən möhlət istəməsini qeyd etmək olar.

Şiələr bu günü Kərbəla bayraqdarı Həzrət Əbəl-Fəzl Abbasa (əleyhissəlam) məxsus hesab edir və Aşura günü kimi qeyd edərək fəzilətlər söyləyir, mərsiyə və əzadarlıq mərasimləri keçirirlər.

İmam Cəfər Sadiq (əleyhis-salam) bu günü vəsf edən bir hədisdə buyurur:

«تاسوعا يَومٌ حوصِرَ فيهِ الحُسَينُ عليه السلام وأصحابُهُ رَضِيَ اللَّهُ عَنهُم بِكَربَلاءَ ، وَاجتَمَعَ عَلَيهِ خَيلُ أهلِ الشّامِ وأناخوا عَلَيهِ ، وفَرِحَ ابنُ مَرجانَةَ وعُمَرُ بنُ سَعدٍ بِتَوافُرِ الخَيلِ وكَثرَتِها ، وَاستَضعَفوا فيهِ الحُسَينَ عليه السلام وأصحابَهُ رَضِيَ اللَّهُ عَنهُم ، وأيقَنوا أن لا يَأتِيَ الحُسَينَ عليه السلام ناصِرٌ ولا يُمِدُّهُ أهلُ العِراقِ»

“Tasua, Hüseyn (əleyhis-salam) və səhabələrinin (Allah onlardan razı olsun) Kərbəlada mühasirəyə alındığı və Şam ordusunun onlara qarşı toplaşdığı gündür. İbn Ziyad və Ömər ibn Səd də bütün o qüvvələrin təminatından məmnun idilər və həmin gün Hüseyn (əleyhissalam) və onun səhabələrini (Allah onlardan razı olsun) zəiflətmək istəyirdilər və əmin idilər ki, ona heç bir kömək gəlməyəcək və iraqlılar da onu dəstəkləməyəcəklər.”[1]

Tasua və həzrət Əbul-Fəzl Abbas əleyhissəlam

İmam Hüseynin (əleyhissəlam) əzadarları arasında Məhərrəm ayının doqquzuncu günü Bəni-Haşimin parlaq ayı həzrət Əbülfəzl Abbasın (əleyhissəlam) adı ilə zinətlənib.

Həzrət Zəhranın (əleyha səlam) şəhadətindən sonra Əmirəl-möminin (əleyhissəlam) Hizam əl-Əmiriyyənin qızı Fatimə ilə evləndi. O, şücaətləri irsi olan uşaqlar dünyaya gətirmək üçün ən cəsur ərəb ailəsindən seçildi. [2]

Bu evlənməyin nəticəsi dörd oğul oldu: Abbas, Abdullah, Cəfər və Osman; bu səbəbdən Fatimə binti Hizama “Ümmül-Bənin” ləqəbi verilmişdir. Ümmül-Bəninin dörd oğlu Kərbəlada imamətin müdafiəsi və İmam Hüseynin (əleyhis-salam) müşayiətində şəhid oldular.

Həzrət Abbasın (əleyhissəlam) fəzilətləri

Həzrət Abbasın ləqəbi “Əbul Fəzl” olub, zahiri və batini gözəlliyinə görə “Qəmər Bəni Haşim” (Haşim övladlarının parlaq ayı) adlandırılıb.

Həzrət imam Sadiq əleyhissəlamın kəlamı

İmam Sadiq əleyhissəlam o Həzrətin vəsfində buyurur:

»كانَ عَمُّنَا العَبّاسُ نافِذَ البَصيرَةِ، صَلبَ الإِيمانِ، جاهَدَ مَعَ أبي عَبدِ اللَّهِ الحُسَينِ عليه السلام، وأبلى‌ بَلاءً حَسَناً ، ومَضى‌ شَهيداً«

Abbas əmimiz bəsirətli, imanı möhkəm idi. O, Əbu Abdullah əl-Hüseyn (əleyhis-salam) ilə birlikdə vuruşdu, təqdirəlayiq cihad etdi və şəhid olaraq dünyadan getdi.[3]

O Həzrətin ziyarətnaməsində gələn vəsflər

İmam Cəfər Sadiq əleyhissəlamdan nəql edilən həzrət Abbasın ziyarətnaməsində Qəməri Bəni Haşimin vücudunda olan bəzi diqqətəlayiq məqamları ələ gətiririk. 

Bu ziyarətnamədə Allahın saleh bəndəsi olmaq, Allah və Onun Rəsuluna (sallallahu əleyhi və alih) və İmamlara (əleyhimussəlam) itaət edib təslim olmaq, öz İmamına sədaqətli və ona fida olmaq kimi xüsusiyyətlər zikr edilir.

»أَشْهَدُ لَكَ بِالتَّسْلِيمِ وَ اَلتَّصْدِيقِ وَ اَلْوَفَاءِ وَ اَلنَّصِيحَةِ لِخَلَفِ اَلنَّبِيِّ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ .... اَلسَّلاَمُ عَلَيْكَ أَيُّهَا اَلْعَبْدُ اَلصَّالِحُ اَلْمُطِيعُ لِلَّهِ وَ لِرَسُولِهِ وَ لِأَمِيرِ اَلْمُؤْمِنِينَ وَ اَلْحَسَنِ وَ اَلْحُسَيْنِ صَلَّى اَللَّهُ عَلَيْهِمْ وَ سَلَّمَ اَلسَّلاَمُ عَلَيْكَ وَ رَحْمَةُ اَللَّهِ وَ بَرَكَاتُهُ وَ مَغْفِرَتُهُ وَ رِضْوَانُهُ وَ عَلَى رُوحِكَ وَ بَدَنِكَ أَشْهَدُ وَ أُشْهِدُ اَللَّهَ أَنَّكَ مَضَيْتَ عَلَى مَا مَضَى بِهِ اَلْبَدْرِيُّونَ وَ اَلْمُجَاهِدُونَ فِي سَبِيلِ اَللَّهِ اَلْمُنَاصِحُونَ لَهُ فِي جِهَادِ أَعْدَائِهِ اَلْمُبَالِغُونَ فِي نُصْرَةِ أَوْلِيَائِهِ اَلذَّابُّونَ عَنْ أَحِبَّائِهِ«

Şəhadət verirəm ki, sən Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) oğlu Hüseynə (əleyhissəlam) təslim oldun, onu təsdiq etdin, ona sədaqətli və vəfalı oldun. 

Salam olsun sənə, ey saleh bəndə! Sən Allaha, Onun Elçisinə, Əmirəl-mömininə, İmam Həsənə və İmam Hüseynə (Allahın salavatı və salamı onların üzərinə olsun) itaət etfin. Allahın salamı olsun sənə və Allahın rəhməti, bərəkəti, məğfirəti, razılığı, ruhuna və vücuduna olsun.

Şəhadət verirəm və Allahı da şahid tuturam ki, sən Bədriyyunun və Allah yolu mücahidlərinin ənənəsini yerinə yetirdin, Onun düşmənləri ilə vuruşmaqda övliyasını dəstəklədin və Onun sevimlilərini müdafiə etdin.[4]



[1] Əl-Kafi, cild-4, səh. 147; Biharul-Ənvar, cild-45, səh. 95; Vəsailuş-şiə, cild-10, səh. 460

[2] Umdətut-talib fi ənsab Ali Əbi Talib, səh. 357.

[3] Məqtəlul Huseyn, Əbu Mexnəf, səh. 176

[4] Kamiluz-ziyarat, cild-1, səh. 270

Etiketlər :

Tasua günü