Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü

23 July 2026

21:17

۵

Xəbərin xülasəsi :
Hicri-qəməri 1448-ci il məhərrəm ayının 12-i, miladi 2026-cı il iyunun 27-i bir nəqlə əsasən, həzrət Seyyiduş-şuhədanın əziz oğlu, Kərbəlada Bəni-Uməyyə kafirlərinin törətdikləri böyük faciənin canlı şahidi həzrət imam Əli ibn Huseyn Zeynul-Abidin əleyhiməssəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü

Hicri-qəməri 1448-ci il məhərrəm ayının 12-i, miladi 2026-cı il iyunun 27-i bir nəqlə əsasən, həzrət Seyyiduş-şuhədanın əziz oğlu, Kərbəlada Bəni-Uməyyə kafirlərinin törətdikləri böyük faciənin canlı şahidi həzrət imam Əli ibn Huseyn Zeynul-Abidin əleyhiməssəlamın şəhadət günüdür.

Məhərrəm ayının 12-si eyni zamanda Kərbəla vaqeəsindən sonra Yezidin ordusu tərəfindən əsir düşmüş Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz Əhli-Beytinin (əleyhimussəlam) Kufəyə aparıldıqları gündür...

Bu əzəmətli müsibət günü ilk növbədə həzrət Səccadın əziz övladı imam Sahib əz-Zəmana (Allah-taala onun gəlişini tezləşdirsin), eləcə də Əhli-beyt (əleyhimussəlam) məktəbinin bütün davamçılarına və məhərrəm ayında matəm və əza saxlayan mömin bacı-qardaşlara böyük hüznlə təsəlli və başsağlığı deyirik. Ümid edirik möminlər Tasua və Aşurada olduğu kimi bu günün hörmətini saxlayacaq, Peyğəmbər və Əhli-beytin (əleyhimussəlam) qəm-qüssəsinə şərik olacaqlar, inşa Allah.

Həzrət imam Səccad əleyhissəlamın dürəfşan hədislərindən:

«إبْنَ آدَم إنَّکَ مَیِّتٌ وَمَبْعُوثٌ وَمَوْقُوفٌ بَیْنَ یَدَىِ اللّهِ عَزَّ وَ جَلّ مَسْؤُولٌ، فَأعِدَّ لَهُ جَواباً»

“Ey Adəm oğlu! Həqiqətən sən (bir gün) öləcəksən, sonra (Qiyamətdə qəbirdən) qaldırılacaqsan və (Allah-taalanın ədalətli məhkəməsi qarşısında dayanıb etdiyin əməllər üçün) sorğu-sual olunacaqsan. Ona görə də (bu dünyada) o suallara cavab hazırla.”[1]



[1] Tuhəful-uqul, səh. 202

İltimas dua!


Etiketlər :

Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü