Ayətullah Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin hicabla bagli bəyanəti

21 May 2024

10:21

۲,۶۶۳

Xəbərin xülasəsi :
Uca Allah muqəddəs kitabında belə buyurur: (Allaha pənah aparıram daşlanmış şeytandan) Həqiqətən nazil etdiyimiz aydın dəlillər və hidayətləri kitabda (Tövrat və İncildə) insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədənlər, məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət edənlərin lənətlədiyi şəxslər!
آخرین رویداد ها

Aləmlərin rəbbi olan Allaha həmd olsun. Salam və salavat olsun ağamız, peyğəmbərimiz və qəlbimizin həbibi olan Muhəmmədə (s). Həmçinin Allahın lənəti olsun onun bütün düşmənlərinə.

Uca Allah muqəddəs kitabında belə buyurur: (Allaha pənah aparıram daşlanmış şeytandan) Həqiqətən nazil etdiyimiz aydın dəlillər və hidayətləri kitabda (Tövrat və İncildə) insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədənlər, məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət edənlərin lənətlədiyi şəxslər!

Siz əziz azərbaycanlı qardaş-bacılarıma və İmam Zamana (ə.c) aləmin ilkin xilqəti olan peyğəmbəri əkrəm həzrət Muhəmməd ibn Abdullahın (s) vəfatı, İmam Həsənin (ə) və həmçinin İmam Rzanın (ə) şəhadəti münasibəti ilə başsağlığı verirəm.

Dini mənbələrdə fəsad və bidətlərin üzə çıxdığı zaman, din alimləri üçün ilahi təklif və vacib sayılan məsələlərdən biri də, elmlərini izhar etməsidir. Bununla yanaşı haqqı gizlətməyin haram olduğu vurğulanır. Bu təklif, alim və ruhanilərin xüsusiyyətindən sayılır. Cahillərin bu cür təklifi yoxdur. Cahilin elmi yoxdur ki, ona elmini izhar etmək vacib olsun. O, bir şey bilmir ki, deyək ki,  cahilə haqqı gizlətmək haramdır, amma alim olan bir insana xas olan təklif bu təklifdir. Biz bilməliyik ki, harada haqqı gizlətmək haramdır və harada elmi izhar etmək vacibdir. Yuxarıda zikr etdiyim mübarək Bəqərə surəsinin bu ayəsi yəhudi alimləri haqqındadır. Bununla əlaqədar yəhudi alimlərinin bildikləri həqiqətlər var idi ki, onları gizlədirdi. Yəhudi alimləri bilirdi ki, Musanın (ə) tövratında (peyğəmbərimizə, ailəsinə və ona salam olsun) və İsanın (ə) İncilində Peyğəmbərimizin (s) mübarək adı və onun bütün xüsusiyyətləri var idi. Həmçinin bilirdilər ki, Abdullahın övladı ünvanında peyğəmbərlik iddiası edən şəxs həmin şəxsdir. Bunları bildiklərinə  baxmayaraq özləri camaat üçün bəyan etmədilər və haqqı gizlətdilər. Məhz buna görə Allah buyurur: Onlar mənim lənət etdiyim şəxslərdir. «أُوْلَئِكَ يَلْعَنُهُمْ اللَّهُ» Allahın lənəti bizim lənətimizdən çox fərqlənir. Allaha pənah əgər Allah bir kəsə lənət nəsib etsə, Öz rəhmət qapılarını dünya və axirətdə onun üzünə bağlayar, həmişəlik yol ona bağlı olar və Allahın inayətindən kənarda qalar. Bu nöqtədən istifadə edib deyirəm ki, belə insanların tövbələrini Allah qəbul etmir. Allahın lənəti bir ünvan, bir həqiqətdir və bu cür insana şamil olan ən pis İlahi əzabdır. «أُوْلَئِكَ يَلْعَنُهُمْ اللَّهُ» (onlar Allahın lənət etdikləri kəslərdir). Allah bununla kifayətlənmir və buyurur: «وَيَلْعَنُهُمْ اللاَّعِنُونَ» (həmçinin (bütün) lənət edənlərin lənətlədiyi kəslər!) Yəni bu yəhudi və nəsrani alimləri həqiqəti gizlətdiyi üçün və bu həqiqətin müqabilində sükut etdiyi an, qiyamətə qədər bir kəs  kimsə üçün bir lənət göndərərsə onların da  halına şamil olur. Hər bir insan, hər bir rəhbər, hər bir saleh insan, hər bir peyğəmbər, hər bir imam lənət etdiyi zaman bir miqdarı da o adamın halına şamil olur.

Bu ayə haqda Əmirəl-möminindən (ə) bir rəvayət əlimizə çatıb ki, həzrət buyurur: Həqiqəti gizlətməkdə məqsəd budur ki, batil olduğu yerdə fəryad etməsin! Haqqı bəyan etməyin vacib olduğu yerdə bəyan etməsin. Siz bu məsəli İmam Xomeyninin (r.ə) söhbətlərində çox eşitmişiniz ki, «إذا فسد العالِم فسد العالَم» (alim fəsad etdi, aləm fəsad etdi). Fəsadda məqsəd o deyil ki, əgər bir alim yalan danışdı yaxud qeybət etdi, (Allaha pənah) bir alim oğurluq, zina edərsə bu fəsad səbəb olsun ki, aləm fəsad etsin! Xeyir, Əmirəl-möminin (ə) bu rəvayətdə buyurur:

«إن الذين يكتمون ما أنزلناه هم العلماء إذا فسدوا» Yəni haqqı gizlədən alim fəsad törədən alimdir. «يكتمون الحق و يبرزون الباطل» (haqqı gizlədərlər batili aşkar edərlər). Haqqı gizlədən, batili bəyan edən, zalım ilə saziş qəbul edən və ona bəraət qazandıran alimə bu ayə şamil olur.  

Bu məclisin təşkil olunmasında əsas səbəb budur ki, Azərbaycanda baş verən son hadisələr haqqında söhbət edək. Təəssüflər olsun ki, bəzi tələbələrin zehnində şübhələr meydana gəlib. Düzdür ki, şübhənin olması təbii bir işdir və biz demək istəmirik ki, niyə filan tələbə şübhə edir? Gərək axtarış aparsın, cavabını tapsın və gərək onun cavabı verilsin. Mən bu bir neçə dəqiqədə sizin vaxtınızı almaqda məqsədim budur ki, bu şübhəyə ümumi bir cavab verim. Əgər yenə cənab tələbələrdən hər hansı biri üçün şübhə və qaranlıq bir şey qalsa biz onun xidmətində varıq və qoymayın şübhə qalsın. Əgər alim üçün şübhə ortaya çıxarsa, baxmaq lazımdır onun üçün bir cavab var ya yox? Hansı cavabın onun üçün olduğunu axtarmalıdır. Siz Azərbaycanın hadisələrini məndən yaxşı bilirsiniz. Bu gün Azərbaycanda bütün məzhəblər, yəhudilik, məsihilik, vəhhabilik, hətta kafirlər belə orada azaddır və orada öz təbliğini edə bilərlər. Yeganə təbii fəaliyyət göstərməyə haqqı olmayan dəstə Əhli-beyt məktəbi və şiə məzhəbidir. Niyə? (bu məsələ bu günə, dünənə, bu ilə, keçən ilə aid deyil, əksinə kommunizm dağılandan sonra bu proqram orada var idi). Sizcə bu təbii bir işdirmi? Məsihilər orada cürbəcür kitablar, kasetlər, disklər yayımlaya bilər üstəlik mənasız və bayağı diskləri rahatlıqla Azərbaycan cavanlarının ixtiyarında qoya bilər, vəhhabilər istədiyi işi orada görə bilər, amma oranın əsası və Azərbaycan cəmiyyətinin əksəriyyətini təşkil edən şiələr isə məhdudiyyətdə olmalıdır. Əgər şiə tələbələrdən biri minbərdə söhbət etmək istəsə ona mane olurlar, şiənin çap etdirmək istəyi kitablara mane olurlar. Adi bir mərceyi-təqlidin risaləsinin hökumət ilə nə işi var? Nəyə görə bir mərceyi-təqlidin risaləsi orada qadağan olunmalıdır? Bizim üçün əvvəldən aydın idi ki, bu iş Azərbaycandan xaricdə planlaşmış, İsraildə və Amerikanın təhlükəsizlik mərkəzlərində bu plan hazırlanır ki, Azərbaycan cəmiyyətindən İslam və Əhli-beyt məktəbi alınsın. Bu onların əsas planıdır. Yenə bu məsələdə tərəddüdümüz varmı? Mən addım-addım qabağa gəlirəm ki, gərək bu məsələnin bütün tərəfləri aydınlaşsın. İnsan, düşməni onun evinə qədər gəlib çıxdığını görməyincə hərəkət etmir. Bu gün Azərbaycanda düşmən sizin evinizə daxil olub. Müsəlman bir insan əgər görürsə onun dini, namusu, malı təhlükə altındadır sakit dura bilərmi? Bu elə bir mətləbdir ki, əsla ayə və hədisə ehtiyac yoxdur. Bu aydın və ağılın nəticəyə gələ biləcəyi bir mətləbdir. Əqidəsindən asılı olmayaraq hər hansı məktəbi (istər haqq istər batil) olan bir insanın, başqa birisi bu məktəbi ondan və övladından almağa gəlibsə ağıl deyir ki, müdafiə et və əqidəni qoru. Halbuki sizin əqidəniz möhkəm və kökü olan bir əqidədir ki, babalarınız və nəsliniz də bu əqidədə olub. Düşmənlər  indi gəlib bu dini və bu əqidəni aradan aparmaq üçün planlar cızıblar.

Bəziləri ortaya şübhə ataraq deyirlər ki, Azərbaycanda baş verən son hadisələrdə İran bizi himayə etdiyi üçün biz qələbə əldə edə bilmərik və buna görə də, heç bir iş görməyək. Sizcə bu üzr sayıla bilərmi? İran bir islam ölkəsidir. Əslində bizim inqilabımız İrana aid olmayıb və indi də, İrana aid deyil. Təkcə Azərbaycan deyil, əksinə İran, İraqa nisbətən də həssasdır. Ümumiyyətlə dünyanın bütün məntəqələrinə qarşı həssasdır. Buna baxmayaraq o dövlətlərin suyunda, torpağında gözü yoxdur. Əfqanıstana qarşı da, həssasdır. Əslində əgər belə olmasa sizin o vaxt haqqınız var etiraz edib deyəsiniz ki, siz necə müsəlmanlıq iddiası edirsiniz hal bu ki, Azərbaycanda dini aradan aparırlar, amma siz sakit oturmusuz? Təəssüflər olsun ki, hövzədə olan bir tələbə desin ki, İran bu işə qarışdığı üçün biz qarışmırıq. Bu necə sözdür? İranın bir vəzifəsi vardır ki, ona əməl edir, amma niyə o biri tərəfi görmürsünüz ki, xarici dövlətlər ölkənizi udmaq üçün dişlərini qıcırtmışlar. Dünyada həqiqətən ürəyi yanan özü də, İslamı etiqadlara və dini dəyərlərə əsaslanaraq Azərbaycanda din və dini dəyərlərin yaşamasını istəyən varsa o da, İrandır. Bu növ üzr kimi qəbul edilib bu cür yozula bilməzmi? Baxmalıyıq ki, görək bu gün bizim və sizin vəzifəmiz nədir?

Düşmənin planı açıq-aşkardır. İranın özündə də, inqilabdan əvvəl dini hövzələrdə deyirdilər şah hakimlik edir, şərab içirsə də, zülm-fəsad edirsə də, biz dərsimizi oxuyaq. Sizcə İmam o vaxt bu məntiqi qəbul etsə idi, inqilab baş tutardımı? Sizcə bu məntiq düzgün idimi? Pəhləvinin fasid hökuməti ilə mübarizə aparmaq düzgün deyil fikrində olanlar, bu gün belə bir nəticəyə çatıblar ki, o vaxt bu iş həddən artıq zəruri imiş. İnqilabdan öncə olan İran hökuməti yalnız İslam adı altında dinin kökünü bu ölkədən kəsirdi. O vaxt İranda baş verən o hadisələr hal-hazırda Azərbaycanda yaşanır. Məsçidlərin qapıları bağlanır, sökülür, azana qadağa qoyulur, hicab yasaq edilir, şiənin dini və əqidə kitabları qadağan olur. Bu hadisələrin hamısı inqilabdan əvvəl bizim ölkədə də, baş verirdi.

Şübhəsiz bu işdə düşmənin hədəfləri və hiyləsi vardır. Əslində belə deyil ki, Azərbaycan dövləti özü bu qadağaları istəsin. Əksinə kənardan və xaricdən olan göstərişlərdir.

Belə olduqda mənim və sizin vəzifəmiz nədir? Sakit durmaq? Təsdiq etmək? Yaxud bacardığımız qədər mübarizəyə qalxmaq? Əgər Quran və hədislərə baxsaq, məsələn yuxarıda oxuduğum ayəyə müraciət etsək şəkk etməyin ki, bu gün Azərbaycanlı bir alim bu fəsad müqabilində sükut etsə, ayə ona da, şamil olacaq. Şübhə etməyin ki, bu gün İslamın və Quranın zəruri bildiyi aşkar bir hökmünü aradan aparmaq istəyirlər. Elə bilməyin ki, hicab qadağası təkcə universitetlərdə qurtaracaq. Əvvəl elmi mərkəzlərdə deyirlər, sonra deyərlər küçələrdə və iş o yerə çatacaq ki, şahın dövründəki kimi (bir xanım hicabla  çölə çıxmaq istəsə idi bir məmur qoyurdular ki, həmin xanımın hicabını başından çıxarıb atsın) orada da, belə olacaq. İstəyirlər yavaş-yavaş qabağa getsinlər. Bu onların gizli fikirləridir. Bu, “العلماء إذا فسدوا” (elə ki, alim öldü) – mistaqındadır.   “فَسَدُوا – fəsədu” burada bu mənadadır ki, alim haqqı bəyan etməsin və cəmiyyətə də, öz dininizi qoruyun deməsin! Dininizi sizdən alırlar. Bizim mütləq bir prinsipimiz var. Dediyim kimi, ruhaniyə xas olan vaciblərdən biri də, elmini bəyan etməkdir. Bu məsələni “إذاظهرت البدع فللعالم أن يظهر علمه (bidətlərin aşkar olduğu vaxt alimə vacibdir elmini bəyan etsin)”  rəvayətdə görün. Təkcə İmam Sadiq (ə) və İmam Baqir (ə) deyil, bütün məsum İmamlarımız (ə) bunu buyurublar. Məsum İmamlarımızın (ə) müştərək kəlməsi budur “إذا ظهرت البدع (bidətlər aşkar olduqda)”. Bidət budur ki, deyək burada hicab olsun, orada olmasın! Allah Quranda hicabı bir neçə ayədə buyurub. İndi bir nəfər onu dəyişmək istəsə və desə ki, evdə olsun və orada olmasın, idarədə olsun və orda olmasın bidət olar. Alim elmini bəyan etməlidir, o zaman hədislərə diqqət edin. Bəzi hədislərdə vardır ki, “و إن لم يفعل سلب نور الايمان من قلبه ” - əgər bunu etməsə, (təəssüf ki, bu bəhanələr ilə bizlərdən bəzilərin beyninə yeridiblər ki, biz indi sükut edək işin başlanğıcıdır. Bəs siz nə vaxt istəyirsiniz bəyan edəsiniz?) iman nurunu qəlbindən aparar. O, özü üçün deyir mən müsəlman və möminəm!

Başqa bir hədisdə isə, həzrət Peyğəmbər (s) buyurur: “فعليه لعنة الله” Allahın lənəti olsun ona. Bunlar bizim açıq-aşkar hədislərimizdir.

Həmçinin başqa bir hədisdə İmam Hüseyn (ə) camaat üçün buyurub: Buna yaxşı diqqət edin, bu istifadə etmək istədiyim nöqtədir. Bəzən deyirlər ki, İmam Hüseynin (ə) öhdəsində şəxsi bir təklif  var idi və başqalarının boynunda bu təklif yox idi. Əgər başqalarına bu təklif vacib olmasa idi, bəs niyə Peyğəmbərin (s) bu hədisini oxudu? Ey insanlar, hər kəs görsə ki, bir hakim Allahın halalını haram və haramını halal sayır, məsələn necə ki, elə həmin hicabın açılması haramdır, Azərbaycan dövləti bunu məcburi etmək istəyir, Allahın bağladığı əhdi sındırır. Allahın əhdi budur ki, hakim camaatın imanını gücləndirmək üçün əlindən gələni etməlidir. Bizim ölkə rəhbərlərliyinin əsas narahtçılığı budur ki, nə edək camaatın imanı güclənsin? Hansı yollardan istifadə edək? Siz məsulların söhbətlərində görürsünüz, milli məclisimizin, dövlətimizin əsas narahatlığı din və onun dəyərlərinin camaat arasında gücləndirməkdir. İndi bir hakim bunun əksinə bir iş görərsə, deyə ki, elə bir iş görək camaat dinsizliyə tərəf getsin, bu Allahın əhdini sındırmaq olur. Allah onu başı üstə cəhənnəm oduna atar. Gedin rəvayətə baxın görün, əməlsiz alim, elmindən din və dini qorumaq üçün istifadə etməyən alim, qiyamət günü başı üstə cəhənnəmə atılan insanlardandır.

Bəzi qəzetlərin də, nəşr etdiyi İmam Hüseynin (ə) qiyamının təhlili haqqında dedim: Müzakirə olunan nəzərlərdən biri də budur ki, İmam Hüseynin (ə) özünəməxsus şəxsi bir təklifi var idi. Bu sözlə gəlib bizim zehnimizi korlayırlar və deyirlər İmam Hüseyn (ə) öz yerində, biz harada bacararıq bu işi yerinə yetirək? Əgər bu qiyam yalnız o Həzrətin (ə) şəxsi bir təklifi  olsa idi, bəs niyə İmam Hüseyn (ə) bu hədisi camaat üçün dedi? Bu hədisi kimlər üçün oxudu? Adi camaat üçün oxudu. Elə isə baxın elmin bəyanının vacibliyi və haqqı gizlətməyin haram olması yadımızdan çıxmasın. Hədis demir əgər bu alim elmini bəyan etsə yaxşıdır əksinə deyir ki, vacibdir elmini bəyan etsin və bu sitatı İmam Hüseyn (ə) əziz Peyğəmbərdən (s) nəql edib. Bunlar bir müsəlmanın aşkar prinsipləridir. Hətta eşitmişəm ki, bəziləri meydana bu cür şübhə atıblar ki, on nəfərin qaldıra biləcəyi daşı bir nəfər qaldıra bilməz. Bu düzdür! Amma hər kəs gücü çatdığı qədər. Sizin bəyan etmə qüdrətiniz yoxdurmu? Qüdrət o demək deyil ki, tankınız, silahınız və ordunuz olmalıdır. Bu dil ən böyük nemətdir ki, Allah sizə verib və qiyamətdə sizdən soruşacaq. Ata, ana, ailə və qohum-əqrabanıza “ ehtiyatlı olun dövlət sizdən dininizi almaq istəyir”  deməyə ki, gücünüz var.

İkinci: Məgər dedik tək bu işi görün? Əgər bir fəqir ölüm anında olarsa və mənim ona verməyə bir tikə çörəyim var, sizin də, bir tikə və başqalarının da bir tikə varıdır. Bunların hamısını üst-üstə qoyub ona versək və o da yeyib ölümdən nicat tapar. Bütün alimlər deyirlər hamınıza vacibdir ki, öz tikənizi ona verin. Deyə bilməzsiniz ki, mənim tikəm təklikdə onun dərdinə dəymirsə mənim boynumda təklif yoxdur və mən getdim öz işimin sorağına. Xeyir, İslamda əgər görsəm ki, bu qardaşımın yanında dursam, mənim yanımda üçüncü şəxs duracaq və dördüncü şəxs gələcək, beləliklə də, hamımız birlikdə bir vəzifəni yerinə yetirə biləriksə bunu mütləq etməliyik. Görəsən həqiqətən Azərbaycan camaatı Tunis camaatından azdır? Məgər orada Əhli-beyt məktəbi bunlar qədər yoxdurmu? Mən demirəm indi hökuməti əvəz etsinlər, mən deyirəm hökuməti öz yerində oturtsunlar ki, Allahın hökmlərini aradan aparmağa cürət etməsin! Camaat orada hamı birlikdə bu fəryadı vura bilməzmi? Sözsüz bacararlar, onlarda olan qeyrət, şücaət, Azərbaycan türkləri və Türkiyə türklərinin keçirtdiyi əzadarlıq, bəzən heç İranın özündə belə olmur. Əgər həqiqətən də, Hüseyn (ə) tərəfdarıyıqsa bu gün vaxtıdır. Ağıllı insan odur ki, zamanı tanıyan olsun. Bu gün əli əl üstünə qoyub deməyək hələlik heç bir iş görə bilmərik.

Bəzi cənablardan bu mətləbi eşidəndə çox təəssüfləndim. Deyiblər ki, biz tələbəyik və tələbənin də, vəzifəsi dərs oxumaqdır. Görəsən elmi bəyan etməyin vacib olması tələbə üçün deyilmi? Haqqı gizlətməyin haram olması ona aid deyilmi? Bu birbaşa ruhaniyə və tələbəyə aid olan bir təklifdir. Buna görə də, heç kim bu məsələni bəhanə etməsin və deməsin bu təklif bizə aid deyil. Biz demədik bu gün siz gedin Azərbaycan Respublikasının yaxasından yapışın və onu aradan aparın, xeyir. Bu gün fəryad etməlisiniz. Mümkündür sizin bu fəryadınızın əsəri 20 ildən sonra zahir ola. İmam Xomeyni (r) fəryad edəndə, tutulanda, zindana aparılanda, sürgün olunanda, bilirdimi qalib olacaq? Xeyir. Fəryad çəkdi, sinəsini düşmən gülləsi üçün hazırladı, hətta onu Tehrana da apardılar və istədilər mühakimə edərək edam etsinlər, amma o müqavimət göstərdi. Bu gün bu məsələ vacibdir, buna heç şəkk etməyin!

 Şübhələrdən biri də budur __ bilmirəm bu şübhələri kimlər bəzilərinin beyninə yeridir, ey kaş bu cür adamlar savadlanmaq üçün bir az daha çox dərs oxuyaydı ki, deyiblər biz bir dənə birinci dərəcəli, bir dənə də, ikinci dərəcəli hökmümüz var. Zəruri halda qəbul edək Azərbaycan dövləti hicabı bizdən alsın. Bu sözü bu adamlara kim öyrədib? Hansı savadsız bu adama bunu öyrədib, bilmirəm. Yalnız bunu deyə bilərəm ki, gedin dərs oxuyun ki, biləsiniz zərurilik məsələsi furuid-dinə aiddir və bu da o zaman olar ki, orada dinin əsası təhlükədə olmasın. Əgər dinin əsası təhlükədə olarsa, bütün alimlərin yekdil nəzəri budur ki, orada artıq təqiyyənin yeri deyil. Baxın fiqh kitablarına, dinin əsası təhlükədə olan yerdə heç bir fəqih demir ki, təqiyyə caizdir. Öncədən vurğuladım, məsələn gəlib deyəndə ki, hələlik qoymarıq burada camaat namazı qılınsın, çox yaxşı qəbul olunur, amma görsək əgər planlaşmış şəkildə bunu edərək irəli gəlirlər və istəyirlər dinin əsasını aradan aparsınlar, bu vaxt hansı alim deyir zərurət halıdır? Heç bir alim bunu demir. Təqiyyəni o yerdə edərlər ki, dinin əsası təhlükədə  olmasın. Mən bunu eşidəndə inqilabdan qabaq elə bu hövzədə biz tələbələr arasında bu cür şübhələr yayırdılar. Deyirdilər,  biz gərək təqiyyə edək və dinin cüzi bir hissəsini də olsa qoruyaq. Hansı cüzi? Hal-hazırda dam başımıza uçur və daha heç nə qalmayıb! Gəliblər sizin azanınızı qadağan ediblər, məsçidinizi xarab, qadınlarınızın hicablarını aradan aparırlar. Hələ şərab satmaq və başqa şeylər də, müsibətin bir tərəfidir. Orada əgər dini aradan aparırlarsa artıq təqiyyə etməyin yeri yoxdur.

Söhbətimin sonunda bu rəvayəti oxuyum, yenə əziz Peyğəmbərdəndir (s): “إذا رأيتم أهل الريب و البد” Şübhə və bidət əhlini gördükdə, “فأظهر البرائة منهم” onlardan özünü təmizə çıxarmaq (bəraət qazandırma) vacibdir. Bəraət təkcə  daxildə və qəlbdə olmamalı, “اظهر البرائة” yəni ictimaiyyət içinə gələrək, camaat qarşısında biz bu insanların işindən uzağıq, ondan özünə haqq qazandırmaq vacibdir “و اكثروا من سبّهم” və onları təhqir etmək və sayğısızlıq göstərmək vacibdir. Hər vaxt görsəniz bir nəfər dinə bidət gətirir onu təhqir etmək vacibdir. Bir nəfər – mən həqiqətən onu tanımıram, Azərbaycan hökumətinin gördüyü bu işə görə onu Bəni Üməyyə hakiminə oxşadıb. Sizcə düzdürmü bir tələbə oturub onu məhkum edərək desin ki, niyə bu zösü hökumətə deyib? Bu Peyğəmbərin (s) sözüdür ki, buyurur: Bidət əhlini təhqir edin. İstəyir bidət qoymasın, səhf edir ki, hicab hökmünə müdaxilə edir. İslam bu adamların əlindədirmi? İslam, Allah və Peyğəmbərinə (s) aiddir və İmamlarımızın (ə) qanı onun qorunmasından ötrü tökülübdür. İndi də, bir nəfər gəlib desin ki, mən İslamın hicab hökmünü, azanı götürürəm. Peyğəmbərin (s) kəlamına əsasən təhqir olunmalıdır. Bizim din narahatçılığımız var. Azərbaycan dövləti də, bilməlidir burada fəryad çəkənlərin, oranın dövlət və torpağında heç bir gözü yoxdur. Biz camaatın dininin sorağındayıq və əlimizdən gələni edəcəyik, çünki bu bizim dini vəzifəmizdir. Öz dövlətim ilə də, heç bir işim yoxdur və əgər görsək dövlətimiz sakit durub, ona da səslənərik ki, niyə sakitdir? Dövlətimiz, bir qədər Ermənistanla zahirdə əlaqəsi çox idi, səhv tutduq. Belə deyil ki, deyək səhv olmadığını gördükdə səhv tutmayaq. Bu bizim bir dini vəzifəmizdir. Xahişim budur ki, bu məsələlərdə şübhə etməyin yoxsa, fürsəti əldən verəcəksiniz. Süleyman ibn Sərəd Xəzai kimi olmayın ki, fürsətlər əlinizdən çıxacaq. Sizdən, cavanlardan və Azərbaycan camaatından dini alarlar, sonra da deyək indi nə edək?!

Ümidvaram ki, həqiqətən Azərbaycan dövləti özünə gələ, camaatın dinini  məzəmmət etmə fikrində olmaya. Həqiqətən bu fikrindən yayınsa heç kimin onunla işi olmaz. Biz demirik dini yaysın, xeyir. Fəqət məzəmmət etməsin, heç kəsin ona sözü yoxdur. Özü bilər və gördüyü işlərinə görə qiyamətdə Allahı ilə özü olacaq. Lakin Allahın əhdini sındırarsa və dini zəiflədərsə, onun müqabilində sakit durmaq caiz deyil və burada deyirəm hər hansı bir tələbə hökumətin bu addımını təsdiqləyərsə, qətiyyətlə onun arxasında namaz qılmaq caiz deyil. Özümün və Allah arasında heç bir şəkkim yoxdur. Bir nəfər Allahın hökmünü xarab edərsə başqa bir nəfər də, onu təsdiq etsin o da, ruhani? Ümidvaram inşallah bu məsələlər öz həllini tapar, Azərbaycanın əziz camaatı artıq dərəcədə öz dinini hifz edə və gücləndirər. Mütləq belə olacaq.

Bu ayəni İmam Xomeyni hərəkatın əvvəlindən təkrar-təkrar buyururdu: “إِنْ تَنصُرُوا اللَّهَ يَنصُرْكُمْ (Allaha kömək edin O da sizə yardım etsin)” Allaha kömək etmək nə deməkdir? Bu mənadadır ki, bu gün əgər Allah hökümlərindən bir hökmünü aradan aparmaq istəyirlərsə, insan müqavimət göstərməli və müdafiə etməlidir. Bu Allaha kömək etməkdir və Allahın əhdi də, dəyişməzdir ki, əgər Allaha kömək etsəniz o da, sizə yardım edəcək inşallah.

İlahi! Hamımıza vəzifəmizi tanıtdır. İlahi! Düşmənlərin əlini müsəlman və on iki imam şiələrinin cəmiyyətindən uzaq et!

Allahın salamı, rəhməti və bərəkəti olsun sizə.

Etiketlər :