Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan.

19 May 2024

23:16

۲,۴۶۲

Xəbərin xülasəsi :
Əhməd ibn Məhəmməd ibn Əbi Nəsr Bəzəntidən nəql olunubdur, biz həzrət İmam Rzanın (ə) yanında toplaşmışdıq və o ev hədis söyləyənlər ilə dolu idi. Sonra “Qədir-Xum” hadisəsindən söz düşdü. Sünnilərdən bəziləri dedilər, bu hadisə məlum deyil yaxud o günün fəziləti aydın deyil.
آخرین رویداد ها

 

QƏDİR-XUM BAYRAMINIZ MÜBARƏK


 

Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan.


 مُحَمَّدُ بْنُ أَحْمَدَ بْنِ دَاوُدَ عَنْ أَبِي عَلِيٍّ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عَمَّارٍ الْكُوفِيِّ قَالَ حَدَّثَنَا أَبِي قَالَ حَدَّثَنَا عَلِيُّ بْنُ الْحَسَنِ بْنِ فَضَّالٍ عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ اللَّهِ بْنِ زُرَارَةَ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ أَبِي نَصْرٍ قَالَ: كُنَّا عِنْدَ الرِّضَا(ع) وَ الْمَجْلِسُ غَاصٌّ بِأَهْلِهِ فَتَذَاكَرُوا يَوْمَ الْغَدِيرِ فَأَنْكَرَهُ بَعْضُ النَّاسِ فَقَالَ الرِّضَا(ع) حَدَّثَنِي أَبِي عَنْ أَبِيهِ(ع) قَالَ إِنَّ يَوْمَ الْغَدِيرِ فِي السَّمَاءِ أَشْهَرُ مِنْهُ فِي الْأَرْضِ إِنَّ لِلَّهِ فِي الْفِرْدَوْسِ الْأَعْلَى قَصْراً لَبِنَةٌ مِنْ فِضَّةٍ وَ لَبِنَةٌ مِنْ ذَهَبٍ فِيهِ مِائَةُ أَلْفِ قُبَّةٍ مِنْ يَاقُوتَةٍ حَمْرَاءَ وَ مِائَةُ أَلْفِ خَيْمَةٍ مِنْ يَاقُوتٍ أَخْضَرَ تُرَابُهُ الْمِسْكُ وَ الْعَنْبَرُ فِيهِ أَرْبَعَةُ أَنْهَارٍ نَهَرٌ مِنْ خَمْرٍ وَ نَهَرٌ مِنْ ماءٍ وَ نَهَرٌ مِنْ لَبَنٍ وَ نَهَرٌ مِنْ عَسَلٍ وَ حَوَالَيْهِ أَشْجَارُ جَمِيعِ الْفَوَاكِهِ عَلَيْهِ طُيُورٌ أَبْدَانُهَا مِنْ لُؤْلُؤٍ وَ أَجْنِحَتُهَا مِنْ يَاقُوتٍ تَصُوتُ بِأَلْوَانِ الْأَصْوَاتِ إِذَا كَانَ يَوْمُ الْغَدِيرِ وَرَدَ إِلَى ذَلِكَ الْقَصْرِ أَهْلُ السَّمَاوَاتِ يُسَبِّحُونَ اللَّهَ وَ يُقَدِّسُونَهُ وَ يُهَلِّلُونَهُ فَتَطَايَرُ تِلْكَ الطُّيُورُ فَتَقَعُ فِي ذَلِكَ الْمَاءِ وَ تَتَمَرَّغُ عَلَى ذَلِكَ الْمِسْكِ وَ الْعَنْبَرِ فَإِذَا اجْتَمَعَتِ الْمَلَائِكَةُ طَارَتْ فَتَنْفُضُ ذَلِكَ عَلَيْهِمْ وَ إِنَّهُمْ فِي ذَلِكَ الْيَوْمِ لَيَتَهَادَوْنَ نُثَارَ فَاطِمَةَ(ع) فَإِذَا كَانَ آخِرُ ذَلِكَ الْيَوْمِ نُودُوا انْصَرِفُوا إِلَى مَرَاتِبِكُمْ فَقَدْ أَمِنْتُمْ مِنَ الْخَطَإِ وَ الزَّلَلِ إِلَى قَابِلٍ فِي مِثْلِ هَذَا الْيَوْمِ تَكْرِمَةً لِمُحَمَّدٍ(ص) وَ عَلِيٍّ(ع) ثُمَّ قَالَ يَا ابْنَ أَبِي نَصْرٍ أَيْنَ مَا كُنْتَ فَاحْضُرْ يَوْمَ الْغَدِيرِ عِنْدَ أَمِيرِ الْمُؤْمِنِينَ(ع) فَإِنَّ اللَّهَ يَغْفِرُ لِكُلِّ مُؤْمِنٍ وَ مُؤْمِنَةٍ وَ مُسْلِمٍ وَ مُسْلِمَةٍ ذُنُوبَ سِتِّينَ سَنَةً وَ يُعْتِقُ مِنَ النَّارِ ضِعْفَ مَا أَعْتَقَ فِي شَهْرِ رَمَضَانَ وَ لَيْلَةِ الْقَدْرِ وَ لَيْلَةِ الْفِطْرِ وَ الدِّرْهَمُ فِيهِ بِأَلْفِ دِرْهَمٍ لِإِخْوَانِكَ الْعَارِفِينَ فَأَفْضِلْ عَلَى إِخْوَانِكَ فِي هَذَا الْيَوْمِ وَ سُرَّ فِيهِ كُلَّ مُؤْمِنٍ وَ مُؤْمِنَةٍ ثُمَّ قَالَ يَا أَهْلَ الْكُوفَةِ لَقَدْ أُعْطِيتُمْ خَيْراً كَثِيراً وَ إِنَّكُمْ لَمِمَّنِ امْتَحَنَ اللَّهُ قَلْبَهُ لِلْإِيمَانِ مُسْتَقَلُّونَ مَقْهُورُونَ مُمْتَحَنُونَ يُصَبُّ عَلَيْكُمُ الْبَلَاءُ صَبّاً ثُمَّ يَكْشِفُهُ كَاشِفُ الْكَرْبِ الْعَظِيمِ وَ اللَّهِ لَوْ عَرَفَ النَّاسُ فَضْلَ هَذَا الْيَوْمِ بِحَقِيقَتِهِ لَصَافَحَتْهُمُ الْمَلَائِكَةُ فِي كُلِّ يَوْمٍ عَشْرَ مَرَّاتٍ‏ وَ لَوْ لَا أَنِّي أَكْرَهُ التَّطْوِيلَ لَذَكَرْتُ مِنْ فَضْلِ هَذَا الْيَوْمِ وَ مَا أَعْطَى اللَّهُ فِيهِ مَنْ عَرَفَهُ مَا لَا يُحْصَى بِعَدَدٍ؛ (إقبال الأعمال‏1: 468 - وسائل الشيعة، ج‏14، ص: 388).

 

 

 

Hədisin tərcüməsi

 

Əhməd ibn Məhəmməd ibn Əbi Nəsr Bəzəntidən nəql olunubdur, biz həzrət İmam Rzanın (ə) yanında toplaşmışdıq və o ev hədis söyləyənlər ilə dolu idi. Sonra “Qədir-Xum” hadisəsindən söz düşdü. Sünnilərdən bəziləri dedilər, bu hadisə məlum deyil yaxud o günün fəziləti aydın deyil.


Həzrət (ə) buyurdu: “Qədir-Xum gününün göy aləmində olan şöhrəti yerdə olan şöhrətindən daha çoxdur.


Həqiqətən Allah Təalanın Firdovsi Əlada bir kərpici gümüşdən digəri qızıldan olan bir qəsri və o qəsrdə də qırmızı yaqutdan olan yüz min ev, yaşıl yaqutdan olan yüz min çadrı vardır. Onun torpağı müşk və ənbərdəndir. Orada dörd çay var: biri şərabdan, biri sudan, biri süddən və o biri baldandır. Onun ətrafında bütün meyvələrdən ağaclar var və o ağaclarda bədənləri mirvaridən, qanadları yaqutdan və növbənöv səslərdə nəğmə oxuyan quşlar var. Elə ki, Qədir-Xum günü olur bütün asimanların mələkləri o qəsrə gəlir və Allahı təqdis edib şəninə təriflər söyləyir. Sonra o quşlar uçaraq o suya girir, özlərini müşk və ənbərli torpağa sürtürlər. Bundan sonra elə ki, mələklər toplaşır, o quşlar uçaraq qanadlarını onlara səpir və bu gündə həzrət Zəhranın (Allahın salamı olsun ona) bəxşişini bir-birinə hədiyyə verir və bir-birinə töhfə göndərirlər.


Nəql olunubdur ki, Əmirəl-möminin (ə) və Fatimeyi-Zəhranın (s.ə) zifaf gecəsində Tuba ya Sidrə ağacı böyük yarpaq və yük götürməyə məmur oldu. Cənnət əhli hüri, qılman hamısı onun altında hazır oldu. Bu zaman Rahil çox gözəl fəsahət və bəlağətli bir xütbə oxudu sonra həzrət Cəbrail (ə) həzrət Əmirəl-möminin (ə) tərəfindən bir xütbə oxudu və Haqq Təala həzrət Fatimə (s.ə) tərəfindən qəbul etdi və həzrət Cəbrail (ə) Əmirəl-möminin (ə) tərəfindən qəbul etdi. Sonra Tuba ya Sidrətul-muntəha ya hər ikisi ona öz yarpaqlarını, mirvarid və cəvahir hədiyyə etdi. Hüri və qılmanlardan hər biri öz bəhrəsini ondan götüürdü və Qədir-Xum günündə bunların hər birini bir-birinə hədiyyə göndərir. Çünki bunlar elə bir zinət və iydir ki, başqasının ondan yoxudur və il ərzində ondan növbəti bayrama qədər ətirlənirlər. Elə ki,  ilin son günü çatır, nida gəlir ki, qayıdın öz yerlərinizə ki, növbəti ilə qədər siz səhvdən amandasınız, bu günün misli kimi ki, həzrət Məhəməd (s) və Əmirəl-möminini (ə) əziz və möhtərəm tutmaq cəhətdən.


Sonra Həzrət (ə) buyurdu ki, ey Əbu Nəsrin oğlu! Harada olsan çalış  “Qədir-Xum” günü həzrət Əmirəl-möminin (ə) mübarək məzarının yanında olasan. Çünki Həzrət Haqq - Subhənahu və Təala - bütün mömin və müsəlman kişi və qadınların hamısını bağışlayır, onların altmış illik günahlarından keçir və mübarək Ramazan ayında, Qədir gecəsində və Fitr bayramında bağışladığının iki bərabərini cəhənnəm odundan azad edir. Bu gündə bir dirhəm sədəqə vermək, 12 imam şiələrinə sədəqə verməyin min dirhəm savabına bərabərdir. Elədirsə onda nə qədər imkanın olsa mömin qardaşına ehsan et və hərmömin və möminəni şad et.


Sonra buyurdu ki, ey Küfə əhli! Haqq - Subhənəhu və Təala - sizə çoxlu xeyir ikram edibdir. Şübhəsiz siz Haqq - Subhənəhu və Təala - ürəylərinizi iman cəhətdən imtahan etdiyi möminlərdənsiniz. Sizə yetişən bu təhqirlərdən sonra düşmənləriniz sizə çoxlu zülmlər edəcək və imtahanlar sizinlə olacaq. Bir-birinin ardınca bəlalar sizə üz verəcək. İşi qəm-qüssəni aradan aparmaq olan Haqq - Subhənəhu və Təala - sonda böyük bəlalardan qurtarar. Allaha and olsun! əgər insanlar bu günün fəzilətini bilsələr, yəni  onun şərt və əməllərini necə yerinə yetirməlidirlər o qaydada əgər yerinə yetirsələr, göyün mələkləri gündə on dəfə onlarla görüşər. Əgər sözun uzunluq qorxusu olmasaydı,  Allahın bu günə ariflərə əta etdiyi fəzilət və dərəcələrdən daha çox zikr edərdim. O qədər ki, kimsə onu hesablaya bilməz.


Etiketlər :