Yezidin müsəlmanlara hakimiyyəti ilə İslamın “fatihə” sini oxumaq lazımdır! Mən babam Peyğəmbərin ümmətini islah etmək üçün ayağa qalxdım!

19 May 2024

22:28

۲,۴۳۹

Xəbərin xülasəsi :
Salam olsun o susuz ləblərə axan qanına!

Salam olsun nigaran halilə çıxan canına!
آخرین رویداد ها

 

Məhərrəmlik ayı, Aşura günü və ümümiyyətlə İmam Hüseynin (ələyhis-salam) unudulmaz qiyamı haqda toplanmış dəyərli yazılar


GƏLİN YAXINDAN TANIŞ OLAQ

 

Görəsən bu mərasim hansı məqsədlə keçirilir? Nəyə görə insanlar qara paltar geyinməli bu mərasimlərdə dizlərinə, sinələrinə döyməlidirlər? Bu qədər göz yaşı axıtmaq nəyə lazımdır? s.....

 

 

Yezidin müsəlmanlara hakimiyyəti ilə İslamın “fatihə” sini oxumaq lazımdır! Mən babam Peyğəmbərin ümmətini islah etmək üçün ayağa qalxdım!


Salam olsun   o susuz ləblərə axan qanına!

Salam olsun   nigaran halilə çıxan canına!

Salam olsun   yaralı sinədə yatan balana!

Salam olsun   qanını qanına qatan balana!

Salam olsun   ürəyində qurtarmayan qəminə!

Salam olsun qəmi dərya əzalı Zeynəbinə!

Salam olsun  ürəyin tire-qəm bölən ağama!

Salam olsun   su yanında susuz ölən ağama!

Salam olsun   qəm və ənduhu çox olan ağama!

Salam olsun   uca boy qardaşı ölən ağama!

Salam olsun   saralan gülşənə, solan bağına!

Salam olsun  ürəyində neçə cavan dağına!

 

 

Bu günlər Aşura hadisəsi, eləcə imam Hüseyn (ə) məktəbi haqda bilik `lumatımızı artırmaq üçün əlverişli bir fürsətdir. Yaxşı olardı ki, bu fürsətdən istifadə edərək, imam Hüseyn əleyhissəlamın qiyamı ilə əlaqədar, əksəriyyətin, xüsusilə yeniyetmə gənclərin zehnində yaranan bir çox şübhə suallara aydınlıq gətirək.

Ümid edirik, bu kimi araşdırmalarla imam Hüseyn (ə) onun böyük qiyamı haqda `lumatlarımızı artıraq, gənclərin mühüm tarixi hadisələrlə tanışlıq səviyyəsini genişləndirək bu `rifət dəryasına baş vurmaqla həm dünyamız, həm axirətimiz üçün faydalı nəticələr əldə edək. İnşallah!

 

`lum məsələdir ki, fikri inkişaf dövrünə yenicə qədəm qoymuş bir gənc, ətrafında baş verən ictimai məsələləri dərk etmək, onların səbəblərini öyrənmək bu məsələlər barədə aydın təhlil aparıb, düzgün nəticələr əldə etmək istəyir. Yeniyetmələr Məhərrəm ayında hər yerdə məclislər təşkil olunduğunu, əhalinin qara paltarlar geyindiyini, qara bayraqların dalğalandığı insanların dəstə-dəstə yığışıb əzadarlıq etdiyini müşahidə edirlər. Sinə döyən kim, zəncir vuran kim, dizinə vurub ağlayan kim... O başqa günlərdə, eləcə digər cəmiyyətlərdə buna bənzər hadisələrin şahidi olmadığından, təbii olaraq, `zi suallarla rastlaşır: Görəsən bu mərasim hansı məqsədlə keçirilir? Nəyə görə insanlar qara paltar geyinməli bu mərasimlərdə dizlərinə, sinələrinə döyməlidirlər? Bu qədər göz yaşı axıtmaq nəyə lazımdır? s.

 

Gənclərin yeniyetmələrin verdiyi bu kimi suallar adətən belə cavablandırılır: Şəhidlər sərvəri imam Hüseyn (ə) Allah yolunda, İslami dəyərlər uğrunda şəhid olmuşdur; bu səbəbdən biz onun xatirəsini yad edib, göz yaşı axıtmalıyıq; imam Hüseynə (ə) matəm saxlamağın savabı vardır; o həzrət bu əzadarlıqların əvəzində Qiyamət günü bizə şəfaət edəcəkdir s.

 

Bir anlığa özümüzü yeniyetmə fərz etsək, qarşılaşdığımız suallara verilən bu kimi bəsit cavablarla qane olmayacağıq.

 

Bu məsələ ətrafında qarşıya çıxan sualları ümumi şəkildə dörd hissəyə bölmək olar. Hər suala ayrı-ayrılıqda cavab verməklə, əziz gənclərimizi Aşura mərasimi ilə daha yaxından tanış etmək, onların bu mühüm məsələ barədə olan ᾿lumatlarını artırmaq bu hərəkat haqda baxışlarını aydınlaşdırmağa çalışacağıq.

 

 

Görəsən nəyə görə Məhərrəmliyi əziz tutmalıyıq?

 

Nəyə görə 1360 il bundan qabaq baş vermiş bir faciəni yad etməli mərasimlər keçirməklə, o hadisənin xatirəsini canlı saxlamalıyıq? Bu faciə neçə əsr bundan qabaq baş vermiş bir hadisədir; zaman keçir, dövran dəyişir, artıq olan-olub, keçən-keçib. 14 əsr keçdikdən sonra həmin hadisəni bir daha yaddaşlarda təzələyib, mərasimlər təşkil etməyin lüzumu vardır?

 

Bu sualın cavabı elə mürəkkəb deyildir. Hər hansı bir yeniyetməyə çox asanlıqla başa salmaq olar ki, bütün cəmiyyətlərdə baş verən mühüm hadisələr, həmin xalqın gələcək həyatında, müqəddəratında böyük izlər qoyub, mühüm rol oynaya bilər. O xatirələrin yad edilməsinin səbəbi, həqiqətdə həmin hadisələrin bir daha bərpa edilib, xatirələrdə yenidən canlandırılmasıdır. Bu kimi tarixi hadisələrin təkrar-təkrar yad edilməsi həmin olayların həqiqi mahiyyətini üzə çıxarır, qarşılaşdıqları problemlərin həllində, gələcək həyatın düzgün qurulmasında xalqa yardımçı olur. `lum məsələdir ki, həmin hadisə tarixin faydalı şanlı səhifəsidirsə, onun yenidən yad edilib, canlandırılması insanlara şərəf, ləyaqət ruh yüksəkliyi aşılayacaq.

 

Ümumiyyətlə, bütün xalqlarda bir növ keçmiş hadisələri xatırlamaq, uca tutub onları hörmətlə yad etmək adəti vardır. İstər cəmiyyətin inkişafında müsbət rol oynamış şəxsiyyətlər, böyük alimlər tədqiqatçılar, istərsə xalqının azadlığı uğrunda ictimai-siyasi səhnədə mübarizə aparmış millət qəhrəmanlarının xatirəsi şərəflə anılır, yad edilir. Dünyanın bütün ağıl məntiq sahibləri belə şəxsiyyətlər üçün yubileylər, xatirə gecələri müxtəlif tədbirlərin keçirilməsi zərurətini müsbət qəbul edirlər. Bu bütün insanların xarakterik xüsusiyyəti ən müqəddəs fitri istəklərindən biri olub, “haqqı tanımaq hissi əsaslanır. İnsanlar bəşəriyyətə, ayrı-ayrı cəmiyyətlərə ya fərdlərə xidmət göstərmiş şəxslərin xatirələrini yad etməklə, bir növ onların haqlarını ödəyir, təşəkkür minnətdarlıqlarını bildirirlər. Həmin xatirələr yad edilərkən, xüsusilə əgər, həmin hadisələr cəmiyyətin səadət xoşbəxtliyi yolunda ᾿sirli olubsa, digər ᾿sirli amillər ona artırıla bilər. Bu halda, sanki o hadisələr yenidən canlanmış olur.

Bildiyiniz kimi, Aşura qiyamı İslam tarixinin böyük hadisələrindən biridir. Bu hadisənin müsəlmanların səadəti eləcə digər xalqların haqq yolunun işıqlandırılmasında çox mühüm həlledici rolu olmuşdur olmaqdadır. Bizim nəzərimizdə bu adi bir faciə deyil, tarixin olduqca dəyərli önəmli bir hadisəsidir. Onun bir daha yad edilib xatırlanmasının ictimaiyyətimizin qarşılaşdığı gərgin problemlərin həllində özünəməxsus rolu vardır.

 

Gənclərin verdikləri sualların qarşısında bu kimi cavabları gətirməklə, onları qane edə bilərik ki, keçmişdə baş verən ᾿zi hadisələrin yenidən dirçəldilməsi tam `nada məntiqi bir işdir; belə bir tədbirin cəmiyyətin ümumi mənafeyinə uyğun olmasını bir kimsə inkar edə bilməz. Bu hadisə, baş verdiyi dövrdə həmin cəmiyyətə qədər böyük ᾿sir göstərmişdisə, onun bu günümüzdə yad edilməsi mövcud cəmiyyətlər üçün bir o qədər faydalı ᾿sirli ola bilər.

 

 

Aşura hadisəsi üçün nə üçün əzadarlıq etməliyik?

 

Cəmiyyətin imam Hüseyn ruhunda tərbiyə olunub, bu hadisənin müsbət tərəflərini görmələri, bu növ işlərə təşviq olunmaları üçün, onların müvafiq hisslərinə ᾿sir edən amillərin araşdırılması zəruri məsələlərdəndir. Amma burada diqqət edilməsi lazım olan digər bir mövzu da var. Görəsən bu hissləri təhrik etmək üçün əzadarlıq edib ağlamaq yeganə yoldurmu? Hətta bayram əhval-ruhiyyəli mərasimlərdə insanların bu kimi duyğularına ᾿sir edilməsi mümkündür. Biz imamlarımızın mübarək doğum günü münasibətilə keçirilən şənlik mərasimlərində xalqın daxili duyğularının həyacana gəldiyini dəfələrlə müşahidə etmişik.

 

Üçüncü sual budur ki, duyğuların təhrik edilməsində bu kimi şən mərasimlərdən istifadə olunurmu? Niyə ağlamalıyıq, sinə vurmalıyıq? Gəlin bunların əvəzinə bayram məclisləri keçirək, şirni, noğul paylayaq, mədhnamə oxuyaq s.

 

Cavabı budur ki, insanların qəlbi, duyğu hissləri fərqli xüsusiyyətlərə malikdir. Hər növ hiss duyğunu ona müvafiq mövzu ilə təhrikə gətirmək olar.

 

İslam tarixində ən böyük rol ifa edən hadisə Kərbəla faciəsi olmuşdur. İslam tarixinə istiqamət verən imam Hüseyn (ə) olmuşdur. İnsanları Qiyamətə qədər haqq yoluna istiqamətləndirən, müqavimət göstərməyi öyrədən, mübarizə məktəbini quran da o olmuşdur. Həmin xatirələrin yenidən yaşanması üçün ancaq şənlik məclisləri, bayram tədbirləri yetərmi? Bunun üçün o hadisəyə münasib tədbirlər görülməlidir. ᾿ni, xalqı o hadisəyə uyğun hüzndə saxlayan işlər görülməli bu xatirələrə təsəlli təskinlik gətirən göz yaşları axıdılmalıdır. Bu hadisədə belə bir rolu ifa edəcək vasitə həmin əzadarlıq mərasimləridir. Gülmək şənlənməklə heç vaxt bu təəssüratı yarada bilmərik. Gülmək, heç vaxt insanı şəhidlik ruhunda saxlaya bilməz. Heç vaxt insanı Şələmçənin (Qarabağın) azadlığı uğrunda döyüşə səsləmir. Gülmək, heç vaxt xalqa müharibənin yaratdığı ağrı-acıya, müsibətlərə dözməkdə təskinlik ola bilməz. Belə fədakarlıqlar üçün göz yaşlarında suvarılan, sızlayan qəlblərdən qol-budaq atan ilahi eşq lazımdır. Bütün bunlar Aşura məktəbində yetişir.



   




Etiketlər :