Şiə məzhəbinin görkəmli mərcəyi-təqlidi Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkəraninin vəfatı
03 September 2026
07:04
۲,۳۳۵
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Həzrət Fatimeyi-Zəhranın (s) şəhadəti və Şiə məzhəbinin görkəmli mərcəyi-təqlidi Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkəraninin vəfatı

Şiə məzhəbinin görkəmli mərcəyi-təqlidi Ayətullah Fazil Lənkərani uzun sürən xəstəlikdən sonra 16 iyun 2007-ci il tarixində 76 yaşında İranın Qum şəhərində vəfat edib. Ayətullah Lənkəraninin dəfn mərasimi iyun ayının 18-i 2007-ci il tarixində müqəddəs Qum şəhərində keçirilib və mərhum alim 7-ci İmam Museyi-Kazımın (ə.) qızı Həzrət Məsumənin (s.ə.) müqəddəs hərəmində dəfn edilib.
Bu günlər Fatimiyyə (s) günləri ilə yanaşı bu dəyərli alimin də, vəfat günüdür bu gün münasibəti ilə öndə imam Zaman əleyhissalam olmaqla yanaşı bütün şiələrə başsağlığı verir, Allahdan həzrət Zəhranın (s) və bu böyük alimin bizlərə duaçı olmasını diləyirik.
Qeyd edək ki, bu il (2013) 11 apreldə keçiriləcək mərasimdə, Mərhum Ayətullah Fazil Lənkərani cənablarının ruhuna, Qurani Kərimin Mübarək Sürələri oxunacaq. Bu mərasimin eyni zamanda İranın 20 min Məscidində həyata keçirilməsi nəzərdə tutulub.
11-15 Aprel, 2013 tarixində, İran İslam Respublikasının Qum şəhərində, İslam İnqilabında əvəzsiz rolu olan, Mübariz və Mücahid olan bu görkəömli alimin, vəfatının 6-cı il dönümü, Məğrib və İşa namazlarından sonra “Əzəm Məscidi”ndə qeyd olunacaq.