Günün hədisi
23 September 2026
11:32
۱,۷۴۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatimei Məsumə (əleyha salam) ilə bağlı bəyan
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
Bismillahir-Rəhmanir-Rəhim
Həzrət İmam Sadiq əleyhissəlamdan nəql olunub ki, buyurur:
“Allah-taala yaxşılıqların yolunu kəsənlərə lənət etsin!” Sual olundu ki, yaxşılıqların yolunu necə kəsirlər? Buyurdu: “Bir şəxsə yaxşılıq olunur, o isə müqabilində yaxşılıq edən şəxsə küfr və yamanlıq edir. Bu naşükürlüyü görən yaxşılıq sahibi bir daha başqasına yaxşılıq etməkdən çəkinir və belə yaxşılıqlardan boyun qaçırır.”
Allah-taala bizləri əzəmətli neməti olan Əhli-beyt əleyhimussəlamın vilayət və məhəbbəti müqabilində şükr edənlərdən etsin və bizə yaxşılıq edənlərə küfr etməkdən qorusun!
عِدَّةٌ مِنْ أَصْحَابِنَا عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِيسَى عَنْ أَبِي جَعْفَرٍ الْبَغْدَادِيِّ عَمَّنْ رَوَاهُ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ قَالَ: لَعَنَ اللَّهُ قَاطِعِي سُبُلِ الْمَعْرُوفِ قِيلَ وَ مَا قَاطِعُو سُبُلِ الْمَعْرُوفِ قَالَ الرَّجُلُ يُصْنَعُ إِلَيْهِ الْمَعْرُوفُ فَيَكْفُرُهُ فَيَمْتَنِعُ صَاحِبُهُ مِنْ أَنْ يَصْنَعَ ذَلِكَ إِلَى غَيْرِهِ.
الکافی ج 4 ص 33.