Namazın sirləri və qaydaları
03 September 2026
11:54
۱,۸۲۴
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Əgər biz namazın əsrarına bir miqdar diqqət edib ondan agah olsaq, bu kimi suallara cavab taparıq. Belə suallar və şübhələr o zaman cavabsız qalır ki, biz namazı onun zahiri mərhələsi həddində təfsir edir və bu zahiri mərhələdən əlavə namaz üçün başqa bir həqiqət, batin və əsrar qail olmayaq. Əgər zahirlə kifayətlənsək, zahiri baxımdan bu sualın cavabı mümkün deyil. Amma əgər batinə nəzər salsaq, görərik ki, əzəmətli şuhud (intuisiya) məqamında Allah-təalaya təvəccöh etməkdə qərq olan şəxsin elə həmin halda Onun bəndəsinin niyazına cavab verməsinin heç bir münaqişəsi yoxdur. Çünki bu sədəqə və ehtiyacı rəf etmək elə həmin yolda qərar tapır və onun Allar-təalaya daha artıq yaxın olmasına səbəbdir. Əsasən, o həzrət Allah-təalanın camalında məhv olduğu üçün gərək Allahın razılığı olan hər bir şeyi yerinə yetirsin və bir möhtaca sədəqə vermək və onun ehtiyacını rəf etmək elə bu mənadadır.
Deməli, mülahizə edirsiz ki, əgər biz namazın əsrarına diqqət yetirsək, namazla əlaqədar müzakirə edilən bu cür suallara da cavab verilmiş olacaq. Namazın sirləri elə bir mövzudur ki, ona müxtəsər zaman ayırmaqla kifayətlənmək, hətta onun bir guşəsini belə bəyan etmək olmaz. Namazın sirləri məhdud bir maarif və həqiqətlətlərdən ibarət deyildir ki, onu bir neçə danışıqda və ya bir neçə kitabda yığıb tərtib etmək olsun. Namazın sirləri insanların zərfiyyətləri və qəlblərinin müxtəlifliyi qədər müxtəlif həqiqətlər və dərəcələrə malikdir.
(ardını izləyin)