Namazın sirləri və qaydaları

07 May 2024

22:46

۱,۸۷۷

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Hacı Şeyx Muhəmməd Cavad Fazil Lənkəraninin "Namazın sirləri və qaydaları" mövzusunda bəyan etdiyi çıxışlarından ...
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ötən bəhsdə bəyan edildi ki, namazın bir çox əsrarı vardır. İlk növbədə hər bir şəxs üçün irəli gələn suallardan biri budur ki, nə səbəbə namazın sirləri vardır? Biz də gərək öncə bu məsələyə aydInlıq gətirək ki, görəsən, bu zahiri əməlin arxasında, yəni namazın zahiri hərəkətlərindən, qiyam, rüku, səcdə, təşəhhüd və salamdan əlavə bir əsrarı vardır ya yox? Bu suala cavab verməzdən əvvəl diqqət etməliyik ki, namazın sirri dedikdə, məqsədimiz namazın batini və həqiqətidir. Namazın sirləri, yəni namazın həqiqətləri. Necə ki, Qurani-Kərim barədə nəql edilən mötəbər rəvayətlərə əsasən, inanırıq ki, Quranın zahiri və batini vardır. Burada da “sirr” dedikdə, məqsəd həmin batindir. Sirrin mənası, qapalı demək deyildir, hətta gərək deyək ki, burada sirr sözü gizli və məxfi mənasına da işlədilmir! Namazın sirri dedikdə, məqsəd bu zahiri namazdan əlavə başqa aləmdə təcəlli tapan bir həqiqətdir.

Sual budur ki, namazda sirlərin vücudu olmağına hansı dəlil vardır? Bu suala cavab verməl üçün üç mətləbi bəyan edirik:

Birinci mətləb, “bu aləmdə olan hər bir şeyin sirri vardır”- لکل ظاهر باطن – hökmünə əsaslanan əqli dəlilin olmasıdır. Alimlərimizin fəlsəfə kitablarında müzakirə etdikləri əqli bürhanlar baxımından bu aləmdə hər bir təbii vücudun bundan yüksək olan aləmdə bir misali vücudu vardır. Hər misali vücuddan da yüksəkdə bir əqli mövcud vardır. Hətta “mütəaliyə hikməti” əsasları və “بسیط الحقیقة کل الاشیاء” qaydası baxımdan “İlah” aləmi adında dördüncü bir aləmi də təsvir etmək mümkündür. Amma bu üç məşhur aləmin, yəni təbiət, misal və əql aləmlərinin mərtəbələri bir istiqamət boyuncadır. Bu mənaya ki, bu aləmdə mövcud olan insan, torpaq, cəmadat, nəbatat və s.  hər bir şeyin özündən yüksək və üstün olan bir misali vücudu və həqiqəti vardır. Əlbəttə, hər birinin öz mərtəbəsi həddində.

(ardını izləyin)

Etiketlər :

Namazın sirləri və qaydaları