Namaz, yəqinə çatmaq yolu
04 September 2026
03:50
۱,۸۹۲
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir- Rahmənir- Rahim
وَاعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينُ
“Sənə yəqinlik hasil olanadək Pərvərdigarına ibadət et!”[1]
Allah- təbarək və təala Qurani- Kərimdə Rəsuli- Əkrəmə (sallallahu əleyhi və alih) xitab edərək buyurur:
“وَاعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينُ”
“Sənə yəqinlik hasil olanadək Pərvərdigarına ibadət et!”[2]
Baxmayaraq ki, təfsirçilərin rəvayətlərinə əsasən, burada “yəqin” kəlməsi ölüm mənasına da tətbiq edilmişdir, amma o mənanı qəbul etməyimizlə yanaşı: “bu şərafətli ayədən əldə edilən incə mətləblərdən biri də budur ki, insanın yəqinlik mərhələsinə çatması üçün, namaz ən yaxşı vəsilədir” – deməyimizin heç bir münaqişəsi yoxdur. Elə bir mərhələ ki, insanın imanı bütün cəhətlərdən onun üçün məqdur olan miqdarda mühəqqəq olsun. Rəvayətlərdə bəyan edildiyinə əsasən yəqin mərhələsi təslim və təfviz (bütün işləri Allaha tapşırmaq) mərtəbələrindən yüksəkdə və imanın əslinin fövqündədir.
Aydın məsələdir ki, bu şərafətli ayə Peyğəmbəri- Əkrəmin (sallallahu əleyhi və alih) mübarək vücuduna məxsus deyildir. Hər bir namaz qılan şəxs əgər qəlbinin Allah- təalaya imanla dolmasını, Allahı müşahidə etməsini, Haqq- təbarək və təalada fani olmasını istərsə, yəqin mərhələsinə yetişmək üçün namaz ən yaxşı vəsilədir. Hər bir insan Haqq- təbarək və təalada fani olarsa, artıq rəzilətlər və pisliklər ondan uzaq edilər, nurani vəsflər onun qəlbini bürüyər və yalnız belə bir şəxs ilahinin əzəmətli dərgahına yol tapa bilər.
Heç kəs, Onda fani olmayınca
Əzəmətli dərgahına yol tapmaz