Həzrət İmam Həsən əleyhissəlamın şəhadəti
14 October 2026
23:35
۱,۵۰۷
Xəbərin xülasəsi :
-
Həzrət Fatimei Məsumə (əleyha salam) ilə bağlı bəyan
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Sadiq əleyhissəlam həzrət İmam Əmirəl-möminin Əli əleyhissəlamdan nəql edir:
عَنِ الصَّادِقِ عليه السلام عَنْ آبَائِهِ عليهم السلام قَالَ أَمِيرُ الْمُؤْمِنِينَ عليه السلام:
"مَنْ أَرَادَ عِزّاً بِلَا عَشِيرَةٍ وَ هَيْبَةً مِنْ غَيْرِ سُلْطَانٍ وَ غِنًى مِنْ غَيْرِ مَالٍ وَ طَاعَةً مِنْ غَيْرِ بَذْلٍ فَلْيَتَحَوَّلْ مِنْ ذُلِّ مَعْصِيَةِ اللَّهِ إِلَى عِزِّ طَاعَتِهِ فَإِنَّهُ يَجِدُ ذَلِكَ كُلَّه"
Hər kəs öz qohumlarının vasitəsi olmada istəsə ki, izzət və iqtidara malik olsun, qüdrəti olmadan heybəti olsun, sərvəti olmadan möhtac da olmasın, bəxşiş və əta etmədən göstərişlərinə əməl edilsin, gərək Allahın xaredici məsiyətindən uzaqlaşıb Onun itaət izzətinə sığınsın! Bu surətdə bunların hamısına malik olacaqdır.
Mənbə: Biharul-ənvar, 71-ci cild, səh. 179
Bir sıra alimlərin nəzərinə əsasən, o cümlədən, mərhum Şeyx Mufid, Kəfəmi və Şəhid Əvvəl, hicri-qəməri 50-ci il, səfər ayının 7-si Həzrət İmam Həsən Müctəbanın (əleyhissəlam) şəhadət günüdür. Bütün mömin bacı-qardaşlara bu əzalı və matəm gündə təsəlli və başsağlığı veririk. Ümid olunur Əhli-beyt (əleyhimussəlam) aşiqləri bu matəm günündə Həzrət Həsən ibn Əliyə (əleyhimussəlam) mütənasib olan əzadarlıq və mərasim keçirməyi bizlərə nəsib etsin, İnşaallah.