Rəbiul-əvvəl ayının 17-ci gününün əməlləri

29 March 2024

15:53

۱,۸۴۹

Xəbərin xülasəsi :
Şiə alimlərinin nəzərinə əsasən Həzrət Rəsulullah Məhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) mövlud günüdür. Məşhur budur ki, Həzrət Məkkədə öz evində cümə günü günəş doğan zaman Ammul-fil ilində dünyaya gəlmişdir.
83 hicri-qəməri ilinin belə bir günündə İmam Sadiq əleyhissəlamın da mövludu olmuşdur. Bu da günün daha da fəzilətli və şərafətli olmasına əlavə səbəbdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Rəbiul-əvvəl ayının 17-ci gününün əməlləri:

Şiə alimlərinin nəzərinə əsasən Həzrət Rəsulullah Məhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) mövlud günüdür. Məşhur budur ki, Həzrət Məkkədə öz evində cümə günü Günəş doğan zaman Ammul-fil ilində dünyaya gəlmişdir.

83 hicri-qəməri ilinin belə bir günündə İmam Sadiq əleyhissəlamın da mövludu olmuşdur. Bu da günün daha da fəzilətli və şərafətli olmasına əlavə səbəbdir.

Bu gün bir neçə əməldən ibarətdir:

1. Qüsl almaq

2. Oruc tutmaq çoxlu fəzilətə malikdir. Bu günün orucunun bir illik orucun savabı vardır. Bu gün, il boyu orucu ilə seçilən dörd gündən biridir.

3. Peyğəmbəri istər uzaqdan, istərsə də yaxından ziyarət etmək.

4. Əmirəl-möminin Əli əleyhissəlamı İmam Sadiq əleyhissəlamı ziyarət etmək.

5. Gün açılan kimi, iki rükət namaz qılmaq. Hər rükətdə “Həmd”dən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələrini oxumaq lazımdır və salamları verdikdən sonra öz namaz qıldığı yerdə əyləşib, bu duanı oxusun: “Əllahummə əntə həyyun la təmutu...”. Çox geniş bir duadır. Bu duanın sənədini məsuma yetişdiyinə yəqinimiz olmadığı üçün və ixtisara riayət edərək onu burada gətirmirik. İstəyənlər “Zadul-məad” kitabına müraciət edə bilərlər.

6. Müsəlmanlar bu günə hörmət etsinlər və çoxlu sədəqə versinlər. Möminləri sevindirsinlər və məsumların ziyarətinə getsinlər.

Iltimasi dua

Etiketlər :

Rəbiul-əvvəl ayının 17-ci gününün əməlləri