Azari

Həzrət imam Cavad əleyhissəlamın şəxsiyyətinin əzəməti

20 February 2025

15:17

۲۷

Xəbərin xülasəsi :
Həzrət Cavad əl-Əimmənin (əleyhissəlam) şəxsiyyəti ilə
bağlı Ayətullah Fazel Lənkəraninin (Bərəkətli ömrü uzun olsun) açıqlamaları 
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim


Xəbərin xülasəsi


Səkkizinci İmamın (əleyhissəlam) buyurduqlarına görə: İmam Cavad (əleyhissəlam) "şiələr üçün ən böyük bərəkət" olmuşdur... İmamət həqiqəti, ağıllarımız və düşüncələrimizlə tez bir zamanda deyil, heç vaxt həqiqətinə çata bilməyəcəyimiz bir həqiqətdir... Bu gün dinin əhatəliyini İmamların kəlmələri olmadan təsəvvür etmək olmaz... Qiyamət günü Allahın verəcəyi suallardan biri də budur ki, nə üçün elmsiz fətva verdiniz? Halbuki ümmətin arasında səndən daha elmli olanlar olduğunu bilirdin?!


Həzrət Cavad əl-Əimmənin (əleyhissəlam) şəxsiyyəti ilə bağlı Ayətullah Fazel Lənkəraninin (Bərəkətli ömrü uzun olsun) açıqlamaları 

Həzrət Cavadul-Əimmənin (əleyhissəlam) şəhadət günləri; Şiələrin doqquzuncu imamıdır. Hərçənd ki, biz mütləq şəkildə Məsum imamların vücudunun cəhətlərinin hətta bir cəhətini belə, dərk etməyə qadir deyilik, lakin onların üzərimizdə olan haqqlarını nəzərə alaraq bir neçə cümləni ərz edirəm.

Əvvələn, İmam Cəvad (əleyhissəlam) dünyaya gəldikdən sonra, İmam Rza (əleyhissəlam) belə buyurmuşdur:

» هَذَا الْمَوْلُودُ الَّذِي لَمْ يُولَدْ فِينَا مَوْلُودٌ أَعْظَمُ بَرَكَةً عَلَى شِيعَتِنَا مِنْهُ«

«Bu mövlud, şiələrimizə ən böyük bərəkətləri olan mövluddur.»

Hətta İmamın ömrü qısa olsa da, yeddi yaşında imamətə çatmış və 25 yaşında şəhid olmuşdur, lakin İmam Rza (əleyhissəlam) dediyi kimi, «şiələrə ən böyük bərəkət» gətirmişdir.

İmam Cəvadın (əleyhissəlam) «ən böyük bərəkət» adlandırılması nə səbəbinədir və nə üçün İmam Rza (əleyhissəlam) bu ifadəni işlətmişdir?

Bəlkə də, bunun bir səbəbi İmam Cəvadın (əleyhissəlam) çox gənc yaşda olmasıdır. Onun yaşı çox az idi. Alimlər və şiələr bundan nigəran idilər və bəzən şübhələr və tərəddüdlər yaranırdı. Məmun toplantılar təşkil edir, böyük şəxsiyyətlər, digər məzhəblərin alim və fəqihləri, müxtəlif elmli alimləri dəvət edir və həmin toplantılarda İmam Cəvad (əleyhissəlam) onların suallarına cavab verir və onlara üstün gəlirdi və beləliklə heç kəsin şübhə etməsinə əsas qalmırdı.

Hətta, qeyd edilib ki, İmam Cəvadın (əleyhissəlam) dövründə bir çox alim və fəqihlər İmamiyyə məzhəbinə meyl etdilər. Bəlkə də, İmam Cəvadın (əleyhissəlam) Şiələrə gətirdiyi bərəkətin səbəblərindən biri də bu idi. Əlbəttə ki, daha dərindən araşdıraraq başqa səbəblər də tapmaq olar.

Diqqətlə baxanda görürük ki, müxtəlif məzhəblərin alimləri, məsələn, Hənəfi, Maliki, Şafei və s., hamısı İmam Cəvadın (əleyhissəlam) böyüklüyü və üstünlüyünə etiraf ediblər.

Muhəmməd ibn Həsən ibn Ammar nəql edir: İmam Cəvad (əleyhissəlam) Peyğəmbərin (sallallahu əleyhi və alih) məscidinə daxil oldu;

»فَوَثَبَ عَلِيُّ بْنُ جَعْفَرٍ بِلَا حِذَاءٍ وَ لَا رِدَاء «

Həzrət Cəvadın (əleyhissəlam) əmisi, Əli ibn Cəfər yerindən qalxdı, yəni Həzrət çox az yaşda olmağına baxmayaraq, məscidə daxil olarkən, yaşlı, ağ saqqallı Əli ibn Cəfər sürətlə qalxıb, yerindən atılıb, ayaqyalın və ridasız İmamın istiqbalına tələsdi;

»فَقَبَّلَ يَدَهُ وَ عَظَّمَهُ«

İmam Cəvadın (əleyhissəlam) əlini öpüb ona təzim etdi.

İmam Cəvad (əleyhissəlam) ona hörmətlə dedi:

»يَا عَمِّ اجْلِسْ رَحِمَكَ الله«

Ey, əziz əmim, otur, Allahın mərhəməti olsun sənə.

Əli ibn Cəfər cavabında dedi:

»يَا سَيِّدِي كَيْفَ أَجْلِسُ وَ أَنْتَ قَائِمٌ«

Mən necə otura bilərəm ki, siz, mənim imamım, ayaq üstəsiniz?

»فَلَمَّا رَجَعَ عَلِيُّ بْنُ جَعْفَرٍ إِلَى مَجْلِسِهِ جَعَلَ أَصْحَابُهُ يُوَبِّخُونَهُ وَ يَقُولُونَ أَنْتَ عَمُّ أَبِيهِ وَ أَنْتَ تَفْعَلُ بِهِ هَذَا الْفِعْلَ فَقَالَ اسْكُتُوا إِذَا كَانَ اللهُ عَزَّ وَ جَلَّ وَ قَبَضَ عَلَى لِحْيَتِهِ لَمْ يُؤَهِّلْ هَذِهِ الشَّيْبَةَ وَ أَهَّلَ هَذَا الْفَتَى وَ وَضَعَهُ حَيْثُ وَضَعَهُ أُنْكِرُ فَضْلَهُ نَعُوذُ بِاللهِ مِمَّا تَقُولُونَ بَلْ أَنَا لَهُ عَبْدٌ «

Əli ibn Cəfər, özünə görə hörmət sahibi idi, səhabələri vardı, öz yerinə qayıtdıqda, səhabələri onu məlamət edərək dedilər ki, sən onun atasının əmisi olan halda, nə üçün onunla belə rəftar edirsən?

O da dedi: «Sakit olun! – Öz saqqalına işarə edib, dedi- Allah-Təala mənim bu ağ saqqalımı imamət məqamına layiq görmədi, amma bu gənci ona layiq görüb, onu bu məqama ucaltmışsa, onun fəzlini inkar etməyimi istəyirsizmi?

»نعوذ بالله مما تقولون«

Allaha pənah aparıram sizin bu sözlərinizdən.

Sonra bu ifadəni işlətdi:

» بل أنا له عبدٌ «

Bu çox qəribə ifadədir, İmam Rzanın (ə) əmisi, həzrət Cavada (əleyhissəlam) nisbət bu qədər yaş fərqi olduğu halda, çox olan əmisi – çünki İmam Cəvad (əəleyhissəlam) həzrət Rza (əleyhissəlam)-ın həyatının son illərində doğulmuşdur və həzrət Rza (əleyhissəlam) doğumundan əvvəl İmam Cəvadın (əleyhissəlam) dünyaya gəlişini müjdələmişdi – belə, dedi: «Ənə ləhu əbdün» (mən onun quluyam).

Bəzi vaxtlar müxtəlif ziyalılar və ya imamət həqiqətindən uzaq olan bəzilərin danışığında bu cür sözlər eşidilir ki, «Bugünki günlərdə imamətə dair bir miqdar mübaliğə olunur ». Biz soruşuruq: Nə üçün? Onlar deyirlər ki, «İmam (əleyhissəlam) haqqında bu qədər yüksək məqam və mərtəbələr sadalayırsız, məsələn, «ismət» (məsumluq), «keçmişdə, gələcəkdə və baş verəcək hər şeydən xəbərdar olmaq», halbuki imamların sahabələri belə etiqada malik olmayıblar».

Biz deyirik ki, Əli ibn Cəfər ki, hətta İmam Cəvadın (əleyhissəlam) səhabəsi də deyil, əslində İmam Cəvadın (əleyhissəlam) atasının əmisidir və yaşca onunla çox fərqi vardır, özü də adi bir ailədən sadə bir insan deyil, İmam Sadiq (əleyhissəlam)-ın oğludur. Lakin buna baxmayaraq, belə bir ifadə işlədib: «Ənə ləhu əbdun».

Bütün bunlar bizim diqqətimizi buna cəlb etməlidir ki, imamət həqiqəti elə bir həqiqətdir ki, bizim ağıl və düşüncələrimiz nə bu tezlikdə, nə də heç vaxt onun həqiqətinə çata bilməz.

Yenə bir rəvayətdə deyilir (Mustədrək əl-Avalimul ulum, cild-23, səh. 159) ki, İmam Rza (əleyhissəlam)-ın şəhadətindən sonra, İmam Cəvadı (əleyhissəlam) Peyğəmbərin (sallallahu əleyhi və alih) məscidinə gətirdilər;

»وَ هُوَ طِفْلٌ وَ جَاءَ إِلَى الْمِنْبَرِ وَ رَقِيَ مِنْهُ دَرَجَةً ثُمَّ نَطَقَ فَقَالَ»

Həzrət az yaşlı bir uşaq olduğu halda mənbərin pilləsində oturub, özünü belə tanıtdırdı:

«أَنَا مُحَمَّدُ بْنُ عَلِيٍّ الرِّضَا أَنَا الْجَوَادُ أَنَا الْعَالِمُ بِأَنْسَابِ النَّاسِ فِي الْأَصْلَابِ أَنَا أَعْلَمُ بِسَرَائِرِكُمْ وَ ظَوَاهِرِكُمْ وَ مَا أَنْتُمْ صَائِرُونَ إِلَيْهِ عِلْمٌ مَنَحَنَا بِهِ مِنْ قَبْلِ خَلْقِ الْخَلْقِ أَجْمَعِينَ وَ بَعْدَ فَنَاءِ السَّمَاوَاتِ وَ الْأَرَضِينَ«

Mən Muhəmməd ibn Əli, Cavadam. Hər bir kəsin əsil-nəsəbini bilirəm, sizin batin və zahirinizi bilirəm, hara yetəcəyinizi və hər kəsin aqibətinin necə olacağını, kimlərin yaxşı, kimlərin pis aqibətli olduğunu bilirəm və hər kəsin ölüm zamanından xəbərdaram. Bu elmi Allah məxluqatı xəlq etməzdən əvvəl bizə vermişdir.

Sonra belə buyurur:

»وَ لَوْ لَا تَظَاهُرُ أَهْلِ الْبَاطِلِ وَ دَوْلَةُ أَهْلِ الضَّلَالِ وَ وُثُوبُ أَهْلِ الشَّكِّ لَقُلْتُ قَوْلًا تَعَجَّبَ مِنْهُ الْأَوَّلُونَ وَ الْآخِرُونَ ثُمَّ وَضَعَ يَدَهُ الشَّرِيفَةَ عَلَى فِيهِ وَ قَالَ يَا مُحَمَّدُ اصْمُتْ كَمَا صَمَتَ آبَاؤُكَ مِنْ قَبْلُ«

Əgər batil əhli öz batil olmalarına təzahür etməsəydi və əgər bu dövlət, azğın və zəlalətə düçar olmasaydı (yəni bir haqq dövlət olsaydı), əgər şəkk-şübhə edənlər tərəddüd etməsəydilər, elə bir söz deyərdim ki, əvvəldən sona qədər gələnlər ona təəccüb edərdilər!

Sonra mübarək əlini ağzına qoyub, özünə belə buyurdu: «Ya Muhəmməd, sakit qal! Necə ki, bundan öncə atanların da sakit qaldılar və bütün həqiqətləri demədilər».

(ardı var)


Etiketlər :

Həzrət imam Cavad əleyhissəlamın şəxsiyyətinin əzəməti