Həzrət imam Cavad əleyhissəlamın şəxsiyyətinin əzəməti
20 February 2025
15:30
۳۲
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Biz, əlhamdülillah, bu gün Məsum İmamların (əleyhimussəlam) kəlamlarından nə qədər bəhrələnirik! Bugün dinin kamal və əhatəliyini İmamların (əleyhimussəlam) kəlamları olmadan təsəvvür etmək mümkün deyil. Qur’an ilə yanaşı, Məsum İmamların (əleyhimussəlam) kəlamlarını tam diqqətlə araşdırmalıyıq. Bu kəlamlar olmadan dini başa düşmək, dinin ümumbəşəriliyini iddia etmək və onu insan cəmiyyətində tətbiq etməyimiz mümkün deyil.
Qumda bizi ziyarət etmək üçün gələn bəzi Əl-Əzher alimlərinə dedim ki, bu gün dünyada baş qaldıran təkfirçi problemlər yalnız Əhli-Beyt (əleyhimussəlam) məktəbinə sığınmaqla həll oluna bilər və başqa bir yol yoxdur. Onlar bunu qəbul edirlər və zahirən də belə deyirdilər; «doğrudur, o cürdür». Dedim: «Əgər bir mehvər olarsa, onun ətrafında toplaşıb, birləşək. Kafirlik və qeyri-kafirliyi bizim üçün dəqiq şəkildə bəyan edən bir mehvər olarsa, bütün bu problemlər həll olunar».
Onlara dedim: «Bu gün siz öz fiqhinizin başına nə bəla gətirdiyinizi görürsünüzmü? Sələfi fiqhinizdən çox uzaqlaşdınız, ən azından ürf üçün bir standart qayda vardı, amma bu gün o yerə çatmısınız ki, İbn Teymiyyədən sonra hətta qəbirlərin ziyarətini küfr sayırsınız. Ya da digər şeyləri küfr hesab edirsiniz. Sələf alimlərinizdən də uzaqlaşdınız».
Nəhayət, biz kafirliyi başa düşmək və onun qarşısında olan anlamı dərk etmək üçün tutarlı bir mehvərə ehtiyac duyuruq və o mehvər Qur’an və Əhli-Beytdir (əleyhimussəlam), ondan qeyrisi deyil. Əgər bu meyar müəyyən edilməzsə, təkfirçilərin məsələsi həll olunmaz.
Bu hədisə əsasən, məlum olur ki, İmamlar (əleyhimussəlam) bir çox məsələləri bəyan etməyiblər. O dövrdə İmamların dilindən istifadə edə biləcək insanlar yox imiş, yaxud da onların sayı çox məhdud olub, amma elə həmin məhdud bizim çoxsaylı problemlərimizi həll edə bilər.
Sonda bu hədisi öz mövzumuzla əlaqədar oxumaq istəyirəm; Hədis budur ki, İmam Rza (əleyhissəlam)-ın şəhadətindən sonra Bağdadda və digər şəhərlərdə yaşayan şiələr şəkk-şübhə içindəidilər və deyirdilər ki, İmam Rza (əleyhissəlam)-ın oğlu kiçik yaşda olduğu üçün o, İmam ola bilməz.
O zamanın fəqihləri və Şiə cəmiyyətinin tanınmış şəxsləri bir neçə sual hazırladılar və dedilər ki, həcc mövsümündə İmam Cəvad (əleyhissəlam)-a müraciət edək və görək, bu suallara cavab verə biləcəkmi, ya yox?
Medinəyə gəldikdə isə, onlar İmam Sadiq (əleyhissəlam)-in evinə getdilər. Orada Abdullah ibn Musa ibn Cəfər məclisin başında oturmuşdu və camaat ondan öz suallarını soruşurdular. Abdullah ibn Musa ibn Cəfər cavabların verirdi ki, bu cavablar insanları sadəcə olaraq heyrət və çaşqınlığını artırmaqdan başqa heç nə etmirdi.
Nigaran oldular və getmək üçün ayağa qalxdıqda, İmamın xidmətçisi Müvəffəq gəldi və dedi: Bu şəxs İmam Cavad (əleyhissəlam)-dır:
» فَقَامُوا إِلَيْهِ بِأَجْمَعِهِمْ وَ اسْتَقْبَلُوهُ وَ سَلَّمُوا عَلَيْهِ فَقَامَ صَاحِبُ الْمَسْأَلَةِ فَسَأَلَهُ عَنْ مَسَائِلِهِ فَأَجَابَ عَنْهَا بِالْحَقِّ فَفَرِحُوا وَ دَعَوْا لَهُ وَ أَثْنَوْا عَلَيْه«
Həzrətin istiqbalına gedib, ona salam verdilər və ətrafına toplandılar, sonra sualları olan birisi ayağa durub suallarını verməyə başladı. Hər sual soruşanda, Həzrət dərhal açıq, aydın və əsaslı cavab verirdi və onlar sevinir və Həzrətə dua edirdilər.
Sonra ona dedilər:
» إِنَّ عَمَّكَ عَبْدَ اللهِ أَفْتَى بِكَيْتَ وَ كَيْتَ«
«Sənin əmin Abdullah ibn Musa ibn Cəfərdən hər bir sualı soruşduqda, bizə: “əgər belədirsə, əgər elədirsə, əgər filandırsa” – deyə cavab verirdi».
» فَقَالَ لَا إِلَهَ إِلَّا اللهُ يَا عَمِّ إِنَّهُ عَظِيمٌ عِنْدَ اللهِ أَنْ تَقِفَ غَداً بَيْنَ يَدَيْهِ فَيَقُولَ لَكَ لِمَ تُفْتِي عِبَادِي بِمَا لَمْ تَعْلَمْ وَ فِي الْأُمَّةِ مَنْ هُوَ أَعْلَمُ مِنْكَ«
Zahirən, onlar belə dedikdə Abdullah ibn Musa ibn Cəfərin özü orada idi. İmam Cəvad (əleyhissəlam) dedi: «Lə iləhə illəllah, ey əmi! Allah dərgahında çox ağır olan məsələlərdən biri budur ki, Qiyamət günü insan Allahın dırgahında cavab verməli olacağı sualların ən başlıcalarından biri budur ki, «Elmin olmadan nə üçün fətva verdin? Halbuki bilirdin ümmətin arasında səndən daha elmlisi vardır?!
Bu çox qəribə bir sözdür! Bizdən hər kəs bir sual soruşanda, biz dərhal cavab veririk və heç düşünmürük ki, Qiyamət günündə o cavab qarşımızda duracaq və bizdən soruşulacaq: «Niyə bilmədiyin bir şeyə hökm verdin?»
Qiyamət günü insanı çətin vəziyyətə salan məqamlardan biri budur. Yəni belə görünür ki, ola bilsin günahların cavabını vermək, insanın elmi olmadan bir şeyə hökm verməsindən daha asan olacaq. Əgər bizdən bir şey soruşsalar və bilməsək, «bilmədiyimizi» deməyimizdə nə problem var ki?!
Rahmətlik atamız (Allah ona rəhmət etsin) bütün elmi və fiqhi məsələlərdə çəkdiyi zəhmətləri ilə yanaşı, şübhəsiz müasir dövrün ən fəal fiqhi şəxsiyyətlərindən biridir, yazdığı bütün bu kitablar, onun yazdığı əlyazmaları görəndə insan deyir ki, normal bir ömürlə bu yazıları oxumaq mümkündürmü? O, mərcəliyə çatdıqda, «Urvətul-Vüsqa» əsərinə həşiyyə yazmış olsa da, amma onun risaləsi uzun müddət yarımçıq qalmışdı, məsələn, irs kimi mövzular «Urvətul-Vüsqa»da yox idi və o, bu məsələlər üzərində elmi çıxarmalar etməmişdi. Risaləsi uzun müddət natamam idi, sonra bu məsələləri nəzərdən keçirdi və risaləsində öz fikirlərini bildirdi.
Bu məsələ bizim üçün çox əhəmiyyət kəsb etməlidir, çünki Qiyamət günü deyə bilmərəm ki, bu hökmu verdim, ona görə ki, gördüm məşhur alimlərin nəzəri belədir və bu hökmu veriblər. Bu cavabı məşhur alimlr özləri verməlidir. Yaxud da deyə bilmərəm ki, bu hökmu vermədim, çünki ən elmli alimlər bu hökmu verməyiblər. Bunlar Qiyamət günü qəbul edilən cavablar deyil. Biz deməliyik ki, nə üçün bu hökmu verdim, hansı ayəyə, hansı hədisə, hansı dəlilə istinadən verdim?
Buna görə də bu məsələ böyük əhəmiyyətlidir. Buyurur:
» فَيَقُولَ لَكَ لِمَ تُفْتِي عِبَادِي بِمَا لَمْ تَعْلَمْ وَ فِي الْأُمَّةِ مَنْ هُوَ أَعْلَمُ مِنْكَ«
«Ümmətin arasında səndən daha elmli bir alimin olduğu halda nə üçün belə fətva verdin? Bəzən elə bir vəziyyət ola bilər ki, cavab verən kimsə yoxdur və müvəqqəti olaraq mən bu cavabı verə bilərəm, amma əgər daha elmli bir alim varsa, belə etmək caiz deyil. »
Əsas məsələ budur ki, Abdullah ibn Musa ibn Cəfər ilə Əli ibn Cəfər arasında nə qədər fərq və təfavüt vardır? O, İmam Cavadın (əleyhissəlam) imamətini qəbul etmişdi və demişdi: «Ənə ləhu əbd» (Mən onun quluyam), amma bu əmisi qəbul etməmişdi, ya da bu müzakirə aparılana qədər qəbul etməmişdi, mümkündür sonra qəbul etmişdir.
Amma, insan daha elmli bir alimin olduğunu bildikdə, şübhəsiz bu hədisdəki «Ə`ləm», bizim termin olaraq işlətdiyimiz “ə`ləm” mənasında deyil. Bu hədisdə “ə`ləm”, yəni sən cahilsən, mən aliməm. Həzrət bu ifadə ilə bəyan etmişdir. Ona görə də biz “ə`ləmə” təqlid etmək bəhsində bir çox dəlilləri qəbul etmirik və odur ki, bu rəvayət də ə`ləmə müraciət etmək məsələsinin vacibliyini sübut edən dəlillərdən ola bilməz. Ona görə ki, burada “ə`ləm” ifadəsindən məqsəd cahil müqabilindədir, lakin Həzrət bu ifadəni bəyan edir, yəni sən cahil və nadansan, odur ki, bu sualları gərək alim bir şəxsə yönəltməlisən.
Hər halda; bu hədis çox vacib bir məsələyə aiddir ki, biz onu elmi məsələlərdə nəzərə almalıyıq.
Ümid edirəm ki, Allah bizləri İmam Cavadın (əleyhissəlam) xüsusi inayəti ilə mükafatlandırsın.