Azari

Həzrət Əbu Talib əleyhissəlamın vəfatı

20 February 2025

15:26

۳۲

Xəbərin xülasəsi :
Hicrətdən üç il əvvəl, besətin 10-cu ili, rəcəb ayının 26-ı həzrət Əmirəl-möminin Əli əleyhissəlamın əziz atası, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) himayədarı Seyyid Bətha həzrət Əbu Talibin (əleyhissəlam) vəfat günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əbu Talib əleyhissəlamın vəfatı

Hicrətdən üç il əvvəl, besətin 10-cu ili, rəcəb ayının 26-ı həzrət Əmirəl-möminin Əli əleyhissəlamın əziz atası, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) himayədarı Seyyid Bətha həzrət Əbu Talibin (əleyhissəlam) vəfat günüdür. Bu qəmli və kədərli gün münasibətilə Peyğəmbər və Ali Peyğəmbərə (sallallahu əleyhi və alih), xüsusən həzrət İmam Zaman əleyhissəlama, eləcə də bütün şiələrə və Əhli-beyti (əleyhimussəlam) sevənlərə təsəlli və başsağlığı deyirik.

Həzrət imam Baqir əleyhissəlam buyurdu:

«لَوْ وُضِعَ اِیمَانُ اَبُوطَالِبٍ علیه السلام فِی کَفَّةٍ وَایِمَانُ هَذَا الْخَلْقِ فِی الْکَفَّةِ الاُخْرَی، لَرَجَحَ اِیمَانُهُ»

“Əgər Əbu Talibin imanını tərəzinin bir gözünə və bütün xalqın imanını tərəzinin o biri gözünə qoysalar, Əbu Talibin imanı onların hamısının imanından ağır gələr.”(1)

Mənbə:

1-Biharul-ənvar, cild-35, səh.156

Əhli-sünnə alimi İbn Əbil Hədid həzrət Əbu Talibin təqiyyə etməsi dəlilini belə bəyan edir:

قالوا و إنما لم يظهر أبو طالب الإسلام و يجاهر به لأنه لو أظهره لم يتهيأ له من نصرة النبي ص ما تهيأ له و كان كواحد من المسلمين الذين اتبعوه نحو أبي بكر و عبد الرحمن بن عوف و غيرهما ممن أسلم و لم يتمكن من نصرته و القيام دونه‏ حينئذ و إنما تمكن أبو طالب من المحاماة عنه بالثبات في الظاهر على دين قريش و إن أبطن الإسلام كما لو أن إنسانا كان يبطن التشيع مثلا و هو في بلد من بلاد الكرامية و له في ذلك البلد وجاهة و قدم و هو يظهر مذهب الكرامية و يحفظ ناموسه بينهم بذلك و كان في ذلك البلد نفر يسير من الشيعة لا يزالون ينالون بالأذى و الضرر من أهل ذلك البلد و رؤسائه فإنه ما دام قادرا على إظهار مذهب أهل البلد يكون أشد تمكنا من المدافعة و المحاماة عن أولئك النفر فلو أظهر ما يجوز من التشيع و كاشف أهل البلد بذلك صار حكمه حكم واحد من أولئك النفر و لحقه من الأذى و الضرر ما يلحقهم و لم يتمكن من الدفاع أحيانا عنهم كما كان أولا

Deyilənlərə əsasən, “Əbu Talib İslam dinini qəbul etməsini aşkar etmədi və onu büruzə vermədi. Çünki əgər müsəlman olduğunu aşkar etsəydi, kafir olmasını təzahür etməklə həzrət Peyğəmbəri (sallallahu əleyhi və alih) himayə etdiyi kimi o Həzrəti himayə edə bilməzdi. O halda Peyğəmbərə tabe olan digər yeni müsəlmanlardan biri olardı, necə ki, Əbu Bəkr və Abdurrəhman ibn Əvf və İslamı qəbul etmiş digərləri kimi olardı. Onlar Peyğəmbərin müdafiəsində durub, onu himayə edə bilmədilər.

O zaman həzrət Əbu Talib qəlbində İslamı qəbul etməsini gizlədərək zahirdə Qureyşin dininə vəfalı olduğunu göstərən halda Peyğəmbəri himayə edə bildi.

Necə ki, bir şəxs Kəramiyə firqəsindən olan insanların arasında yaşadığı halda özünün şiə olmasını gizlədir ki, o şəhərdə sahib olduğu nüfuz və hörmət səbəbinə o məntəqədə yaşayan namusunu qorusun. Baxmayaraq ki, o məntəqədə kiçik bir qrup şiə də yaşayır, lakin az olduqları üçün şəhər əhlinin və imkanlı insanların azar və əziyyətinə məruz qalırlar.

Demək, o şəxs nə qədər ki, Kəramiyə firqəsindən olduğunu təzahür edirsə, yəni təqiyyə edərsə, o kiçik şiə qrupunu müdafiə etməyə daha çox imkanı olar. Amma əgər özünün şiəliyini izhar etsə və o şiələrdən biri kimi tanınsa, çoxluq təşkil edən və iqtidarı olan yerli camaatın müqabilində dura bilməz və digər şiələr kimi azar-əziyyətə məruz qalar. Belə olan surətdə nə onun namusu amanda qalar, nə də şiələrə yardımçı ola bilər.

Mənbə: Şərhi Nəhcul-bəlağə, cild-14, səh. 82

Əvzai deyir:

قالَ: كَانَ النَّبِيُّ ص فِي حَجْرِ عَبْدِ الْمُطَّلِبِ فَلَمَّا أَتَى عَلَيْهِ اثْنَانِ وَ مِائَةُ سَنَةٍ وَ رَسُولُ اللَّهِ ص ابْنُ ثَمَانِ سِنِينَ جَمَعَ بَنِيهِ وَ قَالَ مُحَمَّدٌ يَتِيمٌ فآوُوهُ وَ عَائِلٌ فَأَغْنُوهُ احْفَظُوا وَصِيَّتِي فِيهِ فَقَالَ أَبُو لَهَبٍ أَنَا لَهُ فَقَالَ كُفَّ شَرَّكَ عَنْهُ فَقَالَ الْعَبَّاسُ أَنَا لَهُ فَقَالَ أَنْتَ غَضْبَانُ لَعَلَّكَ تُؤْذِيهِ فَقَالَ أَبُو طَالِبٍ أَنَا لَهُ فَقَالَ أَنْتَ لَهُ يَا مُحَمَّدُ أَطِعْ لَهُ فَقَالَ رَسُولُ اللَّهِ ص يَا أَبَهْ لَا تَحْزَنْ فَإِنَّ لِي رَبّاً لَا يُضِيعُنِي فَأَمْسَكَهُ أَبُو طَالِبٍ فِي حَجْرِهِ وَ قَامَ بِأَمْرِهِ يَحْمِيهِ بِنَفْسِهِ وَ مَالِهِ وَ جَاهِهِ فِي صِغَرِهِ مِنَ الْيَهُودِ الْمُرْصِدَةِ لَهُ بِالْعَدَاوَةِ وَ مِنْ غَيْرِهِمْ مِنْ بَنِي أَعْمَامِهِ وَ مِنَ الْعَرَبِ قَاطِبَةً الَّذِينَ يَحْسِدُونَهُ عَلَى مَا آتَاهُ اللَّهُ مِنَ النُّبُوَّة

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) cənab Əbdul-Muttəlibin himayəsində idi. Yaşı yüz ikini keçdikdən sonra Allahın Rəsulu (s) səkkiz yaşında olanda oğullarını bir yerə toplayıb dedi: “Məhəmməd yetimdir, ona sığınacaq verin, ailə qurduqdan sonra onu himayə edin, mənim vəsiyyətimi unutmayın!

Əbu Ləhəb dedi: “Bunu onun üçün edərəm”- dedi. Əbdul-Muttəlib dedi: Şərrini ondan uzaqlaşdır. Abbas dedi: Bunu onun üçün edəcəm. Dedi: Sən qəzəblisən, bəlkə onu incidərsən. Əbu Talib dedi: Bu vəzifəni mən edərəm. Əbdul Muttəlib dedi: Sən buna münasibsən.

Sonra dedi: Ey Muhəmməd, ona itaət et.

Rəsulullah (sallallahu əleyhi və alih) dedi: “Ey ata, qəm yemə, çünki mənim Rəbbim vardır, o məni heç zaman tək qoymaz və məni qoruyar.”

Əbu Talib Peyğəmbəri bu yaşlarından öz himayəsinə götürdü və öz malı və məqamına sığınaraq onunla düşmənçilik edən yəhudilərdən, əmi uşaqlarından və Peyğəmbərə əta edilən İlahi nemətə paxıllıq edən digər insanlardan mühafizə etdi.

Mənbə: Mənaqib İbn Şəhr Aşub, cild-1, səh. 35

Həzrət Əli əleyhissəlam buyurur:

ولَمْ یَجْمَعْ بَیْتٌ وَاحِدٌ یَوْمَئِذٍ فِی الْاِسْلاَمِ غَیْرَ رَسُولِ اللّه(ص) وَخَدِیجَةَ(س) وَاَنَا ثَالِثُهُمَا!

اَرَی نُورَ الْوَحْیِ وَالرِّسَالَةِ وَ اَشُمُّ رِیحَ النَّبُوَّةِ

“O zaman İslamı qəbul edən elə bir ev yox idi ki, orada Allah Rəsulu (sallallahu əleyhi və alih) və Xədicədən (s.ə.s.) başqa kimsə olmasın və mən də onların üçüncüsü idim! (Ona görə ki, o zaman İslama və Peyğəmbərə (sallallahu əleyhi və alih) iman gətirən yalnız iki nəfər var idi, həzrət Xədicəi-Kubra (əleyha səlam) və Əli əleyhissəlam.)

Mən vəhy və risalət nurunu görürəm və peyğəmbərliyin iyini hiss edirəm.”

Mənbə: Nəhcul-bəlağə, Qasiə xütbəsi (234)


Etiketlər :

Həzrət Əbu Talib əleyhissəlamın vəfatı