pic
pic

Ayətullah Fazil Lənkəraninin (r.ə) “Qoşulmama hərəkatı”-na dini, siyasi və iqtisadi tövsiyələri

Xəbərin xülasəsi :
Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani (damət bərəkatuh) Cahan nyuzun (Dünya xəbərləri) siyasi jurnalistinə verdiyi müsahibəsində “Qoşulmama hərəkatı” təsisinin hədəf və tarixçəsinə işarə edərək bildirib: “Dünya iki - qərb və şərq hegemon - qüdrətə bölündü. Bu hərəkat öz fəaliyyətini

 

Ayətullah Fazil Lənkəraninin “Qoşulmama hərəkatı”na dini, siyasi və iqtisadi tövsiyələri


Ayətullah Fazil Lənkəraninin (r.ə) “Qoşulmama hərəkatı”-na dini, siyasi və iqtisadi tövsiyələri

 

 

Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani (damət bərəkatuh) “Cahan nyuz”un  siyasi jurnalistinə verdiyi müsahibəsində “Qoşulmama hərəkatı”nın tarixçə və təsis olunma məqsədinə işarə edərək bildirdi: “Dünya iki qüdrətə qərb və şərq bölünmüşdü. Bu hərəkat öz fəaliyyətinə Hökmranlıqa yox!şüarı ilə başladı. Diqqət olunmalıdır ki, bu məsələ hərəkatin əsas prinsipidir. İndiki şəraitdə bu hərəkatın varlığı və onun böyük hədəfinə diqqət etmək, yarandığı dönəmdən daha əhəmiyyətlidir. Doğrudur, dünya öncədən iki böyük – “qərb və şərq” – qüdrətə malik idi və indi yalnız qərb hegemonluğu mövcuddur. Lakin bir hegemon qüdrətin olması, iki qüdrətin olmasından daha təhlükəlidir.”

Ayətullah Fazil qərbin və qərb hegemonluğunun ölkələr əleyhinə müstəmləkəçilik siyasətinə və xəyanətinə işarə edərək belə dedi: “Hazırkı şərait keçmiş şəraitdən daha təhlükəli, daha dolaşıq və daha çətindir.”

O, millətlərin bu hərəkatdan çox şey gözlədiyinə və gözlərin ümidlə bu hərəkata dikildiyinə işarə edərək vurğuladı: “Ümidvarıq İran İslam Respublikası bu hərəkata yeni bir həyat bəxş edəcək. “Qoşulmama hərəkatı” da bu yorğunluq, təsirsizlik və süstlükdən qurtulacaq və özünün böyük hədəflərini ciddiyyətlə həyata keçirib, “Hökmranlıq və diktaturarejimlərini məhv edəcək!”

Qum elmi hövzəsinin “Müəllimlər cəmiyyəti”nin üzvü danışıqlarında bu hərəkatın BMT-dən sonra dünyanın ikinci ən böyük iclasını təşkil etdiyini önə çəkərək dedi: “Qoşulmama hərəkatı”na üzv olan ölkələr özlərindən bu sualı soruşmalıdırlar ki, “Qoşulmama hərəkatı”nın əsas hədəfində yenə də (Hökmranlıqa yox!) şüarı durur?”

O əlavə etdi: “Qərb tərəfdən azad millətlərin üzərinə gələn başqa bir təhlükə qərbinQloballaşma” iddiasında olmasıdır. Qloballaşma, millətlər və dövlətlər üzərindən xətt çəkmək deməkdir. Millətlərin bütün mədəniyyətlərini və dəyərlərini aradan aparmaq deməkdir. Qərb bu gün bütün millətləri və bəşəriyyəti müstəmləkəyə çevirməyə çalışır. Ölkələr millətlərinin əsil mədəniyyətlərinin aradan getməməsinə çalışmalı və bu məsələdə diqqətli olmalıdırlar. Amerika və sionizmin idxal etdiyi mədəniyyətlərin onların milli-mədəni dəyərlərinin yerini tutmağa icazə verməməlidirlər.”

O əlavə etdi: “Diktatura və hegemonluq hər bir insanın ağlı ilə ziddiyyət təşkil edir. Məhz buna görə bütün millətlər onların əleyhinədir. Bundan əlavə İslami ölkələr Qurani-kərimdə müxtəlif ayələrəAllah heç vaxt kafirlərin möminlərə qalib gəlmələrinə bir yol qərar verməz!və dini təlimlərə əsasən daha ciddiyyətlə hegemon qüdrətlər qarşısında durmalıdır.”

Qum elmi hövzəsinin “Müəllimlər cəmiyyəti”nin üzvü “Qoşulmama hərəkatı”ndakı İslam ölkələrinin başçılarına xitab edərək dedi: “Quranda dəfələrlə aydın şəkildə buyurulur ki, “Müsəlmanlar kafirlərlə dostluqdan çəkinsin!”, lakin görürük ki, Qərb, müsəlman millətlərin əlaqəsini İsrail ilə dostluq əlaqəsinə çevirmək niyyətindədir və bu böyük bir təhlükədir.

O əlavə etdi: “Təəssüflər olsun görürük Bəhreynin baş naziri İngiltərənin iqamətgahına gedərək onlar ilə dost olduğunu bildirir. Bunun özü müsəlmanlar üçün böyük bir təhqir sayılır.”

Ayətullah Şeyx Cavad cənabları sonda dünyanın bank və pul sisteminin islah olunması zərurətinə təkid edərək buyurdu: Ekspertlər bu iclasın bir kənarında oturmalı və vahid bank işindən ötrü plan cızmalıdır. Əlbəttə İslam dinində pul, sərmayə və onun gəlirlərindən düzgün istifadə etmək və “sələmdən (faiz)” uzaq olmaq üçün aydın və məntiqli yollar mövcuddur. Həmçinin hərəkatda iştirak edən qeyri-islami ölkələr ilə müamilədə problemlər yaranmasın deyə həll yollarını insanın qarşısına qoyubdur.”

 

3530 Görüş