pic
pic

Nur sırası

Xəbərin xülasəsi :
Son dövrün böyük din alimi müsəlman dünyasının mərcəi-təqlidi həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (quddisə sirruh) həyatına qısa baxış

 

Bismilləhir-Rahmənir-Rahim

Azərbaycan torpağı tarix boyu özünün Əhli-beytə olan məhəbbət və sədaqəti ilə məşhur olmuşdur. Bu diyar minlərləalim yetirmiş, Allah yolunda şəhidlər vermişdir.

On ikinciimamın böyük qeyb dövründə öhdəsinə ağır məsuliyyətlər görtürmüş və həqiqiİslamı yaşatmalı olan alimlər arasında azərbaycanlı müctəhidlərin xüsusi yerivardır. Onlardan Ayətullah Şeyx Sədra Badkubeyi, Ayətullah Seyyid HüseynBadkubeyi və digərləri dövrümüzün dahi müctəhid və filosoflarından olan ƏllaməTəbatəbainin, Şəhid Məhəmmədbaqir Sədrin və digәr mәşhur alimlərin ustadlarıolmuşlar.

Yеtmiş illik kommunist rejimi dövründəalim və müctəhidlərimiz həbs, sürgün və edam edilmiş, müsəlman ölkələri və elmocaqları ilə əlaqələr kəsilmiş və bununla da böyük dini, elmi və mənəviboşluqlar yаrаnmışdır.

Bütün bunlara baxmayaraq sevindiricihaldır ki, hazırda İslam dünyasının ən parlaq simaları arasında həmyerlilərimizədә rast gəlmək olur. Haqqında söhbət açacağımız Ayətullah Şeyx Məhəmməd Fazil Lənkəraniməhz belələrindəndir.

Şeyx Fazil Lənkərani İrana getdikdən sonrabir neçə il Məşhəd və Zəncan elmi hövzələrində təhsil və tədrislə məşğul olmuş,Qum elmi hövzəsi təsis olunduqdan bir il sonra isə o şəhərə getmişdir.

Mərhum Şeyx Fazil Lənkəraninin məqam və fəziləti barəsində tәkcә bunudemək kifayətdir ki, o, şiə dünyasının ən böyük mərcеyi–təqlidləri olan AyətullahBürucerdi və İmam Xomeyni ilə yaxın dost olmuşdur.

(ardını izləyin)

 

682 Görüş