Aşura hadisəsinin təhlillərindən (ardı)

26 April 2024

13:57

۱,۰۴۵

Xəbərin xülasəsi :
Bəni-Üməyyənin üzünü ağardan Muaviyənin oğlu Yezidin bir sıra fəsad və cinayətlərinə öncə işarə etdik. Amma Kərbəlada həzrət İmam Huseynin (əleyhissəlam) və Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) on yeddi nəvə-nəticəsinin qətlinə fərman verdikdən sonra şəhidlərin mübarək başlarını nizələrə geçirib, Əhli-beytin (əleyhimussəlam) əsir edilmiş qız-gəlinlərinin müşayiəti ilə şəhər və kəndlərdə gəzdirərək Şam vilayətinə gətizdirdi
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Aşura hadisəsinin təhlillərindən

Nəhayət, Bəni-Üməyyənin üzünü ağardan Muaviyənin oğlu Yezidin bir sıra fəsad və cinayətlərinə öncə işarə etdik. Amma Kərbəlada həzrət İmam Huseynin (əleyhissəlam) və Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) on yeddi nəvə-nəticəsinin qətlinə fərman verdikdən sonra şəhidlərin mübarək başlarını nizələrə geçirib, Əhli-beytin (əleyhimussəlam) əsir edilmiş qız-gəlinlərinin müşayiəti ilə şəhər və kəndlərdə gəzdirərək Şam vilayətinə gətizdirdi. Peyğəmbərin (sallallahu əleyhi və alih) balalarını Şam sarayına daxil etdikdə həzrət Huseynin (əleyhissəlam) mübarək başını Yezidin hüzuruna gətirdilər. Bu əzəmətli müsibəti özü üçün qələbə sayan Yezid əlindəki çubuqla kəsilmiş başın ağaran dişlərinə vura-vura zahiri kinayəli, amma öz kafir əqidəsini aşıq şəkildə bəyan edən sözləri dilinə gətirmişdir. Şer formasında deyilən küfr dolu bu sözlər, əslində müşriklərin müsəlmanlara qalib gəldikləri “Uhud” döyüşündən sonra həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) inadkar düşməni Əbdullah ibn Zəbəri tərəfindən deyilmişdir. Zəbəri bu şerində: “Bədr” döyüşündə müsəlmanlar tərəfindən öldürülmüş müşriklərin kaş ki, sağ olub onların qanını müsəlmanlardan necə aldığımızı görəydilər” – deyə, böyük arzular etmişdir. Peyğəmbər (sallallahu əleyhi və alih) övladlarından qisas almasından fərəhlənən Yezid də bu şerə bəzi əlavələr edərək, Zəbəri ilə eyni əqidədə olmasını bildirmişdir. Şerin sözlərindən başdan-başa küfr yağır:

ليت أشياخي ببدر شهدوا             جزع الخزرج من وقع الأسل
لأهلوا واستهلوا فرحاً                 ثم قالوا: يا يزيد لا تشل
قد قتلنا القرم من ساداتهم             وعدلناه ببدر فاعتدل
لعبت هاشم بالملك فلا                خبر جاء ولا وحي نزل
لست من خندف إن لم أنتقم           من بني أحمد ما كان فعل

“Ey kaş, (Peyğəmbərin (sallallahu əleyhi və alih) arxadaşları tərəfindən qətlə yetirilən müşrik) qardaşlarım burada olaydılar və qılınc zərbələri altında müsəlmanların fəryadını eşidəydilər. Onda fərəh və sevincdən mənə belə deyərdilər: Ey Yezid! Yorulmayasan və xoşhal olasan. Bu tayfanın seyidlərindən Bədrdə ölənlərimizin sayı qədər öldürdük və indi bərabər olduq. Bəni-Haşim hökmdarlıq və padşahlıqla oynadılar, əslində nə (qeyb aləmindən) xəbər gəlmişdi, nə də İlahi vəhy nazil olmuşdur! Peyğəmbərin – Əhmədin (sallallahu əleyhi və alih) övladlarından intiqam almayınca, mən Xindif (tayfasından) deyiləm.”[1]


[1] “Əl-Bidayə vən-nəhayə”, İbni Əsir, 8-ci cild, səh. 208; “Tarixi Təbəri”, 8-ci cild, səh. 188; “Məqatilut-talibin”, səh. 80; “Şərhi Nəhcul-bəlağə”, 4-cü cild, səh. 72; “Əxbarut-tival”, səh. 267

(ardı var)

Etiketlər :

Aşura hadisəsinin təhlillərindən (ardı)