Həzrət Zeynəbi-Kubra əleyhasəlamın həyatına bir baxış

27 April 2024

02:12

۹۳۹

Xəbərin xülasəsi :
Qəmlər anası həzrət Zeynəbin (əleyhasəlam) vəfatı münasibətilə hamınıza basağlığı veririk və o əzəmətli Xanımın həyatına qısa bir nəzər salırıq
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın həyatına bir baxış

Qəmlər anası həzrət Zeynəbin (əleyhasəlam) vəfatı münasibətilə hamınıza basağlığı veririk və o əzəmətli Xanımın həyatına qısa bir baxış edirik:

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) [Həzrət Zeynəbin (əleyhasəlam) adqoyma mərasimində] şiddətlə ağlayıb buyurdu:

“Bu qız bəlalara mübtəla olacaq ‒ müxtəlif müsibətlər başına gələcək... Həqiqətən hər kəs ona və onun başına gələn müsibətlərə ağlarsa, savabı qardaşlarına [İmam Həsən (əleyhissəlam) və İmam Hüsyen (əleyhissəlam)] ağlamağın savabı kimidir. Sonra Həzrət onu Zeynəb (əleyhasəlam) adlandırdı”.

“Zeynəbul-Kubra minəl-məhdi iləl-ləhd”, səh. 35-36.

Həzrət Zeynəbin (əleyhasəlam) qısa tərcümeyi-halı:

Adı: Zeynəb (“Atasının zinəti”); ləqəbləri: Əqilə ( Əqilətu-Bəni-Haşim), Muvəssəqə, Alimətun-ğeyru-müəlləmə, Abidətu-Ali-Əli, Fazilə, Kamilə, Arifə, Muhəddisə, Alimə

Künyəsi: Ümmil-Külsüm, Ümmil-Məsaib.

Atası: İmam Əli (əleyhissəlam).

Anası: Həzrət Fatimə (əleyhasəlam).

Doğulduğu yer və tarix: Mədinəi-munəvvərə; 5-ci (ya 6-cı) hicri-qəməri (627-ci miladi ili) 5 cəmadiül-əvvəl.

Vəfat etdiyi yer və tarix: 62-ci hicri-qəməri, 15 rəcəb; bir ehtimala əsasən, Şam (Dəməşq) şəhəri.

Ömrü: 57 il.

Həyat yoldaşı: Əmisi oğlu Abdulah ibn Cəfər.

Övladlarının sayı: 5 (4 oğlan, 1 qız).

Oğlanları: 1. Əvn; 2. Məhəmməd; 3. Əli; 4. Abbas.

Qızı: Ümmu-Külsüm.

Xanım Zeynəbin (əleyhasəlam) əzəməti İmam Hüseynin (əleyhasəlam) kəlamında:

İmam Hüseyn (əleyhasəlam) Aşura günü vidalaşarkən Həzrət Zeynəbə (əleyhasəlam) xitab edərək buyurdu: “Ey bacım, gecə namazında məni unutma!”

“Məqtəlul-Husəyn”, səh. 267

 

Etiketlər :

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın həyatına bir baxış