Həzrət Əba Əbdillah imam Huseynin (əleyhissəlam) mövludu

27 April 2024

05:39

۷۶۵

Xəbərin xülasəsi :
Hicri-qəməri 1439-cu il Şəban ayının 3-ü, miladi 2018-ci il aprel ayının 20-i imamət və vilayət səmasının üçüncü parlaq ulduzu həzrət Huseyn ibn Əli ibn Əbi Talib əleyhimussəlamın mövlud günüdür. Bu fərəhli və şad gün münasibəti ilə ilk olaraq həzrət Hüccət ibn Həsən imam Zaman əleyhiməssəlama, sonra bütün Əhli-beyt Əleyhimussəlam sevənləri və aşiqlərinə saysız təbriklər və məhəbbər dolusu sevinclərimizi çatdırıram
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 1439-cu il Şəban ayının 3-ü, miladi 2018-ci il aprel ayının 20-i imamət və vilayət səmasının üçüncü parlaq ulduzu həzrət Huseyn ibn Əli ibn Əbi Talib əleyhimussəlamın mövlud günüdür. Bu fərəhli və şad gün münasibəti ilə ilk olaraq həzrət Hüccət ibn Həsən imam Zaman əleyhiməssəlama, sonra bütün Əhli-beyt Əleyhimussəlam sevənləri və aşiqlərinə saysız təbriklər və  məhəbbər dolusu sevinclərimizi çatdırıram.

Həzrət imam Huseyn əleyhissəlam hicrətin 4-cü ilində aləmi öz nuru ilə işıqlandırdı. Əziz atası həzrət Əli ibn Əbi Talib əleyhiməssəlam və mehriban anası həzrət Siddiqeyi-Tahirə Fatimei-Zəhra Əleyhasəlamdır. O Həzrətin künyəsi Əbu Əbdullah və ləqəbləri Seyyiduş-şuhəda, Əş-şəhid, Sibtus-sani, Əz-Zəkiyy və digər zikr edilmişdir.

Həzrət Huseyn ibn Əli əleyhiməssəlam altı il bir neçə ay cəddi həzrət Rəsuləllahla (sallallahu əleyhi və alih), otuz il əziz atası həzrət Mövlayi Muttəqi Əmirəlmöminin əleyhissəlam ilə yaşamışdır. Həmçinin, atası ilə birlikdə Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində iştirak etmişdir.

Həzrət Əmirəl-möminin əleyhissəlamın şəhadətindən sonra həzrət imam Həsən (əleyhhissəlam) ilə birlikdə onun əziyyətlərinə şərik olmuş və Əhli-beyt düşmənlərinin və münafiqlərin həzrət Əmirəl-möminin və imam Həsən əleyhiməssəlam barəsində dedikləri nalayiq sözlərin şahidi olmuşdur.

Həzrət imam Həsən əleyhissəlam məzlumcasına şəhid olduqdan sonra Allah-təalanın xəlifəlik və xalqın imamət məqamı o Həzrətə yetişmişdir. On il sonra Yəzid ibn Muaviyənin (Allahın lənəti onlara olsun) o Həzrətdən öz hakimiyyətinin möhkəmləndirməsi üçün beyət almaq məsələsindən sonra, Həzrət belə bir zəlilliyi qəbul etməmiş və müqəddəs Mədinə şəhərini Məkkə şəhərinə tərəf tərk etmiş və 60-cı hicri ili Şəban ayının 3-də Məkkə şəhərinə daxil olmuşdur...

Əhli-Beyt əleyhimussəlamın elmi, Allah-təalanın elmindən qaynaqlanır:

عَنْ أَبِی بَصِيرٍ عَنْ أَبِی جَعْفَرٍ عليه السلام، قَالَ: إِنَّ لِلَّهِ عَزَّ وَ جَلَّ عِلْمَيْنِ عِلْمٌ لَا يَعْلَمُهُ إِلَّا هُوَ وَ عِلْمٌ عَلَّمَهُ مَلَائِکَتَهُ وَ رُسُلَهُ فَمَا عَلَّمَهُ مَلَائِکَتَهُ وَ رُسُلَهُ (عليهم السلام) فَنَحْنُ نَعْلَمُهُ.

Əbu Bəsir imam Baqir əleyhissəlamdan belə nəql edir: Həqiqətən, Allah təbarək ve təalanın iki qisim elmi vardir:

1-O elm ki, yalniz Özü onu bilir;

2-O elm ki, Öz mələklərinə və peyğəmbərlərinə öyrətmişhdir.

Allah-təalanın Öz mələklərinə və peyğəmbərlərinə (əleyhimussəlam) öyrətdiyi elmi biz bilirik.

Mənbə:

Əl-Kafi, 1-ci cild, səh.376.

Təqvimuş-Şiə, səh. 193-196

Etiketlər :

Həzrət Əba Əbdillah imam Huseynin (əleyhissəlam) mövludu