pic
pic

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

Xəbərin xülasəsi :
İmam Huseyn əleyhissəlamın haşimilərə məktubu: “Rəhman və Rəhim Allahın adı ilə! Hüseyn ibn Əlidən Məhəmməd ibn Əliyə və onun yanındakı Haşimoğullarına. Kim mənə qoşulsa, şəhidlik məqamın nail olacaqdır. Məndən üz çevirənlər isə qələbəni görməyəcəklər. Vəssalam!



Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

İmam Huseyn əleyhissəlamın haşimilərə məktubu

İbn Qövləveyh “Kamil əz-ziyarat” əsərində Hüseyn ibn Əlinin (əleyhissəlam) Məkkədən qardaşı Məhəmməd Hənəfiyyəyə və eləcə də Bəni Haşim qəbiləsinin digər mənsublarına aşağıdakı məzmunda bir məktub yazdığını nəql edir:

“Rəhman və Rəhim Allahın adı ilə! Hüseyn ibn Əlidən Məhəmməd ibn Əliyə və onun yanındakı Haşimoğullarına. Kim mənə qoşulsa, şəhidlik məqamın nail olacaqdır. Məndən üz çevirənlər isə qələbəni görməyəcəklər. Vəssalam! (Məktubun sonu)”[1]

Seyid ibn Tavus Şeyx Kuleyniyə istinadən Həzrət Hüseynin (əleyhissəlam) bu məktubu Məkkədən ayrıldıqdan sonra yazdığını nəql etsə də,[2] İbn Əsakir və Zəhəbi kimi görkəmli tarixçilər İbn Qövləveyhin nəzərini (İmam Hüseynin (əleyhissəlam) bu məktubu Məkkədən yazdığını) təsdiqləyərək əlavə edirlər ki, bu məktubun Mədinəyə çatmasından sonra Əbdülmüttəlib soyunun davamçılarından bir dəstəsi ona qoşulmaq üçün yola çıxmış, Məhəmməd Hənəfiyyə də Məkkədə onlara qoşulmuşdu.[3]

(ardı var)


 

[1] Kamil əz-ziyarat, səh. 75.

[2]Lühuf, səh 25.

[3]Tərcome-ye Hoseyn ebne Əli əleyhiməssəlam (İbn Əsakirin “Tarix” və Zəhəbinin“Tarix əl-İslam” əsərinə istinadən), c. 2, səh. 343.