pic
pic

Cəfəri məzhəbində əqidə əsasları

Xəbərin xülasəsi :
Əqidə üsullarını və dini hökmləri isbat edən mö`təbər mənbələr, əql və vəhydir. Vəhy dedikdə məqsəd, müqəddəs Qur`ani-kərim və Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alihi), eləcə də Əhli-beyt (əleyimussalam)-dan nəql olunan mö`təbər hədislərdir
Bismilləhir-Rahmənir-Rahim

Əqidə üsullarını və dini hökmləri isbat edən mö`təbər mənbələr

Əqidə üsullarını və dini mükəlləfiyyətləri göstərən hökmləri isbat etmək üçün mö`təbər mənbələrdən istifadə edirik. Əql və vəhy bu bölümün əsas mənbələrindən hesab olunur. Vəhy dedikdə məqsəd, Allahın nazil etdiyi müqəddəs kitab (Qur`ani-kərim) və sənəd baxımından İslam Peyğəmbəri həzrət Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan mö`təbər hədislərdir. Sonrakı bəhslərdə izah edəcəyimiz kimi, Əhli-beyt (əleyimussalam)-dan nəql olunan bütün hədislər də “sünnə” hesab olunur və ilahi höccət sayılan mö`təbər sənədlərdən biridir.
Əql vəhyin, vəhy də əqlin höccət və mö`təbər dəlil olmasını təsdiq edir. Əgər əqlin hökmünə əsaslanıb vəhyin höccət olmasını isbat ediriksə, elə vəhy də əqlin, xüsusi şərtlər daxilində höccət olmasını təsdiq edir.
Qur`ani-kərim bir çox yerdə əqlin mühakimə yürütməsini irəli çəkir və bütün insanları, varlıqların yaradılışında dərindən fikirləşib təfəkkür etməyə də`vət edir. Hətta Qur`anın özü də öz də`vətinin doğruluğunu isbat etmək üçün əqlə istinad edir. Heç bir səmavi kitab Qur`ani-kərim qədər dəlil və bürhan anlamından istifadə etməmişdir. Qur`anda mə`rifət və əqidə haqqında olan ayə və dəlillər həddindən artıq çoxdur.
Əhli-beyt (əleyhimussəlam) da əqlin (düzgün hökm verməyə səlahiyyətli olduğu yerdə) höccət olmasını təsdiq etmişlər. İmam Kazim (əleyhissəlam) vəhyi “zahiri höccət”, əqli isə “batini höccət” adlandırmışdır.[1]


Mənbə:
--------------------------------------------

[1] “Üsuli-kafi”, 1-ci cild, səh. 16.