pic
pic

Camiəyi-kəbirə ziyarətnaməsində "Əssəlamu aleykum" ifadəsinin mənası

Xəbərin xülasəsi :
İslam dini zühur etdikdən sonra, «salam» kəlməsi «xoş gördük» və «alqış olcun» mə`nalarını bildirmək üçün əsas sözə çevrilmişdir. Həmçinin, «İslam» sözü də insanlığın ən yüksək kamalı olan «ilahi əmrlərə təslim olub itaət etmək»lə yanaşı, həqiqi səadət və sağlamlığa çatmaq mə`nasını verir
Bismilləhir-Rahmənir-Rahim

 اَلسَّلامُ عَلَيْکُمْ [Əssəlamu ələykum]

«Salam olsun sizə!»

Bu cümlənin mə`nasında müxtəlif nəzərlər bəyan olun­muşdur:

Bə`ziləri onu dua kimi mə`nalandırırlar, yə`ni «xoşagəl­məzlik və pisliklərdən amanda olasınız!». Bə`ziləri isə deyiblər ki, məqsəd elə «əssəlamu ələykum» ibarəsinin zahiri mə`na­sıdır, yə`ni «salamatlıq sizin üçün olsun!». Həmçinin, bu kəlamı «اِسْمُ اللهِ عَلَيْکُمْ», «Allahın amanında olasınız!»-da mə`na etmişlər.

Amma əgər «اَلسَّلامُ عَلَيْنا», «salam olsun bizə!» və ya «اَلسَّلامُ عَلیَ اْلاَمْواتِ», «dünyadan gedənlərə salam olsun!» deyilərsə, bu ibarə dua edən və yaxud dua edilən şəxslərin salamatlığı arzusu mə`nasınadır. Yə`ni «dünyada ziyan və bəlalardan, axi­rətdə isə atəş əzabından uzaq və amanda olasınız!» Beləliklə, şəriət sahibi bu kəlməni «sağ-salamatlıq müjdəsi» olaraq tə`yin etmişdir. «Salam» sözünün bu mə`naya işlənməsi ya məzmunu­na görə, ya da Allahın adlarından olaraq, ondan təbərrük üçün istifadə edilməyə əsaslanmışdır.

İslamdan qabaq «salam»«xoş gördük» mə`nalarını bu kəlmə ilə az hallarda ifadə edərdilər. Lakin İslam dini zühur etdikdən sonra, «salam» kəlməsi «xoş gördük»«alqış olcun» mə`nalarını bildirmək üçün əsas sözə çevrilmişdir. (Həmçinin, «İslam» sözü də insanlığın ən yüksək kamalı olan «ilahi əmrlərə təslim olub itaət etmək»lə yanaşı, həqiqi səadət və sağlamlığa çatmaq mə`nasını verir.)

Qur`ani-Kərimdə işləndiyi kimi, bu kəlməni həm ümumi isim, (qeyri-müəyyənlik halda) "سَلامٌ",[1] həm də xüsusi isim (mü­əyyənlik halda) "اَلسَّلامُ"[2] kimi işlətmək olar. Lakin müəyyənlik halında işlənməsi onun tələffüz və mə`na cəhətindən daha da qə­şəng və yetirici ifadə olunmasına səbəb olur.

Beləliklə, əgər kimsəyə «Əs-səlam» dedikdə Allahın adı nə­zərdə tutularsa, onda bu mübarək adın əlamət və xüsusiyyəti olan sağlamlıq və rəhmət arzu edilir. Eləcə də əgər bu kəlmədən salamatlıq vəsfinə şamil olan Allah-taalanın Özü niyyət edilərsə, ibarəni bu cür mə`na edərik: «Allah sizə, layiq olmadığınız, rəva görülmədiyiniz hər hansı xoşagəlməz hallarda mərhəmət və salamatlıq bəxş etsin!»


[1] " حَيًّا " سَلامٌ عَليهِ يَوْمَ وُلِدَ وَ يَوْمَ يَمُوتُ وَ يَوْمَ يُبْعَثُ «Ona (həzrət Yəhyaya) do­ğulduğu gündə, öləcəyi gündə və diriləcəyi gündə salam olsun!» «Məryəm» surəsi, ayə 15.

"وَ سَلامٌ عَلیَ عِبادِهِ الَّذِينَ اصْطَفَی" «Salam olsun Allahın seçdiyi bəndələrinə!» «Nəml» surəsi, ayə 59.

"سَلامٌ عَلیَ اِلْ يَاسِينَ" «Salam olsun İlyasinə!» «Saffat» surəsi, ayə 130.

[2] " وَالسَّلامُ عَلَيَّ يَوْمَ وُلِدتُّ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّا " «Doğulduğum gündə, öləcəyim gündə və (qiyamətdə qəbirdən) diri qaldırılacağım gündə Allahın mənə (həzrət İsa) salamı olsun!» «Məryəm» surəsi, ayə 33.

" وَالسَّلامُ عَلَى مَنِ اتَّبَعَ الْهُدَى " «Hidayət yolunu qəbul edib gedənlərə, Allahın salamı olsun!» «Taha» surəsi, ayə 47.