pic
pic

Həzrət İmam Hadi əleyhissəlamın şəhadəti

Xəbərin xülasəsi :
Hicri-qəməri ili rəcəb ayının 3-ü, miladi tarixi mart ayının 10-u məşhur nəzərə əsasən, Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti günüdür. Bu böyük əza gününü o Həzrətin əziz nəvəsi Həzrət Sahib əz-Zaman əleyhissəlama təsəlli deyir və Əhli-Beyt əleyhimussəlamın həqiqi şiələrinə, eləcə də bütn haqq sevər insanlara başsağlığı veririk

Bismillahir-Rahmənir-Rahim

Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti

Hicri-qəməri ili rəcəb ayının 3-ü, miladi tarixi mart ayının 10-u məşhur nəzərə əsasən, Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti günüdür. Bu böyük əza gününü o Həzrətin əziz nəvəsi Həzrət Sahib əz-Zaman əleyhissəlama təsəlli deyir və Əhli-Beyt əleyhimussəlamın həqiqi şiələrinə, eləcə də bütn haqq sevər insanlara başsağlığı veririk.

Burada həzrət Hadi əleyhissəlamdan yadigar qalmış "Camiəi-Kəbirə" ziyarətnaməsindən bir fəqərəni sizə təqdim edirik:

يَا اَهلَ بَيتِ النُّبُوَّةِ [Ya Əhlə bəytin-nubuvvəh]

«Ey Peyğəmbərin Əhli-beyti!»

«Əhli-beyt1» dedikdə, Peyğəmbərin ailə üzvləri və övlad­ları olan mə`sum imamlar nəzərdə tutulur. Peyğəmbərə Allah tərəfindən göndərilən vəhy, onların evlərinə nazil olmuşdur. Əhli-beyt ilahi əmrlərin ən fəal icraçısı, Peyğəmbərə ən yaxın köməkçilər və möhkəm dayaqlar olmuşlar. Onlar Peyğəmbərin ailə üzvləri və onun ev sakinləri olaraq, o həzrətə başqalarından daha artıq yaxındırlar.

Rəvayətdə buyurulur ki, «sədəqə Muhəmməd və Ali-Mu­həmməd (səlləllahu əleyhi və alih)-ə haramdır.»[1]

«Məanil-əxbar» kitabında nəql edilir ki, həzrət imam Sadiq əleyhissalamdan: «Ali-Peyğəmbər, Peyğəmbərin Əhli-beyti, Peyğəmbərin itrəti və Peyğəmbərin ümməti kimlərdir?»-sual olunduqda, həzrət buyurdu: «Ali-Muhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbərin övladları, Peyğəmbərin Əhli-beyti mə`sum imamlar əleyhimussalam, Peyğəmbərin itrəti «Əshabi-əba»[2], Peyğəmbərin ümməti isə mö`minlərdir.»[3]

Bə`zi fəzilət və kamal sahibləri Ali-Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kimlər olduğunu müəyyən etmək üçün təhqiq etmişlər. Bu təhqiqin xülasəsi belədir:

Ali-Peyğəmbər, Peyğəmbərə mənsub edilə bilən iki qrupun üzvlərinə deyilir. Birinci qrupun üzvləri, irq (nəsəb), bədən və görünüş cəhətindən Peyğəmbərə mənsub edilən şəxslərdən iba­rətdir. Peyğəmbərin övladları və o həzrətə itaət edən yaxın qohum-əqrəbası bu qrupa daxildirlər. İslam dinində bu kimi şəxslərə sədəqə vermək haramdır.

İkinci qrup isə, mə`nəvi və ruhi cəhətdən həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə mənsub edilən kəslərdir. Bunlar isə, imanda sabitqədəm olan övliyalar, elm nurunu «Xatəmul-ənbiy­anın» şö`lələnən parlaq çırağından əldə edən, kamala çatmış, ilahi hikmət və elm sahibləri sayılan həzrət Peyğəmbər (səlləl­lahu əleyhi və alih)-in mə`nəvi övladlarıdır.

Şübhəsiz ki, ikinci qrupa üzv olmaq, birinci qrupa mənsub edilməkdən daha mühümdür.

Lakin əgər bir şəxs bu iki qrupun hər ikisinə mənsub edilər­sə, onda Peyğəmbərin pak ailə üzvləri olan mə`sum imamlar əleyhimussalam kimi, daha artıq fəzilət və nuraniliyə malik olacaqdır.

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in övladlarına zahiri sədəqə haram olduğu kimi, o həzrətin mə`nəvi övladlarına da mə`nəvi sədəqə sayılan ilahi elmlər, İslam maarifi və şəriət hökmlərini biganələrdən əxz etmək haramdır.

(ardını izləyin)


[1] Mərhum Əllamə Məclisi «Əhli-beyt və Ali» kəlmələrinin mə`nasını izah edərkən, bu hədisin məzmununu «Üyunu əxbarir-Riza» kitabından nəql etmişdir. «Biharul-ənvar», 25-ci cild, 6-cı fəsil, səh. 221, hədis-20.


[2] Burada «Hədisi-Kisa1»ya işarə olunaraq, beş müqəddəs şəxs–həzrət Mühəmməd, imam Əli, xanım Fatimeyi-Zəhra, imam Həsən və imam Hüseyn əleyhimussalamnəzərdə tutulur. «Kisa»üst geyimi olan əbaya deyilir. «Hə­disi-Kisa», həzrət Peyğəmbərin Fatimeyi-Zəhra əleyha salama Əhli-beyt haqqında söylədiyi mö`təbər bir hədisdir. Bu hədisi «İrşadul-qulub» kitabının müəllifi Deyləmi «Ğurərul-əхbar» kitabında və Şeyх Tureyhi «Əl-Muntə­хəb» kitabında həzrət Zəhra əleyha salamdan rəvayət etmişlər.

[3] «Məanil-əxbar», Şeyx Səduq, səh. 94, «Al, əhl, itrət və ümmət kəlmələ­rinin mə`nası» fəsli, 3-cü hədis.