Mübarək zil-qədə ayının gəlişi

26 April 2024

17:32

۶۸۷

Xəbərin xülasəsi :
Zil-qədə ayı İslam tarixində çox əhəmiyyətli aydır. Bu ayda bir sıra əməlləri yerinə yetirmək müstəhəb və böyük savaba səbəb görülür. Qeyd edək ki, zil-qədə ayında Musa peyğəmbər (əleyhissəlam) Allah-taala ilə xüsusi görüşə dəvət edilmiş və qırx gün müddətində Allahın hüzurundan bəhrələnmişdir. Əxlaq və irfan alimləri bu qırx günü çillə adlandırır, möminlərə tövsiyə edirlər ki, bu çillə müddətini əldən buraxmasınlar və hər hansı ali məqamlara dirçəlmək üçün bu zamandan layiqli faydalansınlar
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Mübarək zil-qədə ayının gəlişi

Hicri qəməri tarixi ilə bu gün zil-qədə ayı daxil olmuşdur. Zil-qədə ayı İslam tarixində çox əhəmiyyətli aydır. Bu ayda bir sıra əməlləri yerinə yetirmək müstəhəb və böyük savaba səbəb görülür. Qeyd edək ki, zil-qədə ayında Musa peyğəmbər (əleyhissəlam) Allah-taala ilə xüsusi görüşə dəvət edilmiş və qırx gün müddətində Allahın hüzurundan bəhrələnmişdir. Əxlaq və irfan alimləri bu qırx günü çillə adlandırır, möminlərə tövsiyə edirlər ki, bu çillə müddətini əldən buraxmasınlar və hər hansı ali məqamlara dirçəlmək üçün bu zamandan layiqli faydalansınlar.

Burada, çox müxtəsər olaraq tövsiyə edirik ki, mömin bacı-qardaşlar bu ayın əvvəlindən qırx gün müddətinə, yəni Qurban bayramına qədər hər gün İlahi zikrlərini artırsınlar və hər gün istiğfar edərək günah və nöqsanları özlərindən uzaq etsinlər. Qeyd etdiyimiz zikrlər, o cümlədən, “Ya Həyyu ya Qəyyum”, “Ya zəl-Cəlali vəl-ikram”, “Ya Ər-həmərrahimin” və s. bu kimi zikrləri, həmçinin, “Əstəğfurullah”, ya “Əstəğfurullahə və Rəbbi” kimi istiğfar ibarələrini demək olar. Bu ayda bir sıra əməllərin yerinə yetirilməsi möhtəşəm “Məfatihul-cinan” kitabında qeyd olunmuşdur, əzizlər o kitaba müraciət edərək böyük savabları olan əməlləri edə bilərlər. O cümlədən, bu ayda hər gündə iki rükət namazın qılınmasına çox təkid edilmişdir ki, adı çəkilən kitabda o namazın qılınma qaydasını oxuya bilərsiz.

Bir əməli burada möminlərə tövsiyə edirəm ki, əgər mümkün olsa əzizlər bu əməli etsinlər, ümid edirəm bu əməlin savabından faydalansınlar, inşa Allah. Zil-qədə ayının 1-dən on dörd gün müddətinə hər gün sübh namazından sonra bir dəfə “Fatihə” surəsin və on bir dəfə “Tövhid” surəsin oxusunlar və həzrət Məsuməyə (əleyhasalam) hədiyyə etsinlər. Eləcə də hər axşam işa namazından sonra deyilən qaydada bu surələri oxuyub həzrət imam Rzaya (əleyhissəlam) hədiyyə etsinlər.

Bir daha bütün mömin bacı-qardaşları bu gözəl ayın gəlişi, eləcə də bu ayda Əhli-Beytin (əleyhimussəlam) sevincinə səbəb olan həzrət Məsumənin (əleyhasalam) və həzrət imam Rzanın (əleyhissəlam) təvəllüd günlərini təbrik və gözünüz aydın olsun deyirik.


Iltimas dua!



Etiketlər :

Mübarək zil-qədə ayının gəlişi