Könüllü səfərbərlik haqda bəyan

02 May 2024

03:57

۵۱۵

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) həzrət Məsumə (əleyha salam) haqda və könüllü səfərbərlik həftəsi ilə bağlı bəyanı

آخرین رویداد ها

Bismilləhir Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) həzrət Məsumə (əleyha salam) haqda və könüllü səfərbərlik həftəsi ilə bağlı bəyanı

(ardı)

Könüllü səfərbərlik haqda bəyan

İkinci məsələ budur ki, bu günlər könüllü səfərbərlik həftəsi ilə müsadifdir.

İnqilabın möhkəmlənməsində və müdavimliyində könüllü səfərbər-lik, nurani, müqəddəs, mühüm və təsirli qurumlardan biridir. Mərhum imamın uzaqgörənliyi səbəbinə bu mübarək qurum ölkəmizdə təsis olundu və müqəddəs müdafiə dövründə onun təsirləri və bərəkətlərinin şahidi olduq. Müqəddəs müdafiə dövründən sonra da həqiqətən, hər yerdə sözün əsil mənasında könüllülər olmuşlar. Ancaq könüllü adını daşıyan kəslər deyil, imam və rəhbərin bəyan etdiyi meyarlara uyğun könüllüləri nəzərdə tuturam. O meyarlar budur ki, Allahdan başqa heç bir şeyi nəzərdə tutmasın, maddiyyata, rəyasətə və bu kimi dünyəvi və şeytani məsələlərə meyilli olmasın, dünyanın ən yüksək qüllələrin-də Allahın din bayrağını ehtizaza gətirib dalğalandırsın.

Könüllü səfərbər, yəni yer üzündə Allahın hakimiyyətini qurmaq istəyirəm. Səfərbər, Allah-taalanın Qurani-kərimdə vədə verdiyi həzrət Məhdinin (əleyhissəlam) dünya səthində haqq hökumətini bərpa etməyə çalışır və deyir ki, gərək o Həzrətin hökumətinin qurulması üçün şərait yaradaq.

Səfərbər, yəni İslam hökmlərinin icrasını izləyən şəxs. Səfərbər o kəsdir ki, yüksək səviyyədə islami əxlaq və əqidələrə yiyələnməklə onlara müvafiq olaraq yaşamağa can atır. Həmçinin, bu fəzilətlərin cəmiyyət arasında inkişafına çalışır.

Bizim üçün qeyd edilən meyarlara əsasən, səfərbərdən müqəddəs, mühüm və daha dəyərli qurum hansıdır?! Ümumi qurumlar arasında, bu qədər nurani olan ikinci bir qurum yoxdur. Səfərbər, o kəsdir ki, ölkənin istiqlalı uğrunda çalışır. Səfərbər, o kəsdir ki, yadellilərə göz dikməsin, xaricilərə ümid etməsin, buna səfərbər deyirlər. Səfərbər, yəni Allah-taalaya təvəkkül edir və təvəkkül qüvvəsi ilə elm, sənət və təxəssüs ardınca gedir və İslam düşmənlərinin boyunduruğu altına düşmək istəmir.

Fiqh elmində qəbul olunmuş “Nəfy zərər” ünvanında bir qaydamız vardır, Qurani-kərimin ayələrindən aydın şəkildə məlum olur ki, kafirlərin müsəlmanlar üzərində heç bir hakimiyyət və üstünlüyü-nə yol verilmir. Bu, bizim fiqhimizdə qətiyyətlə qəbul olunmuş siyasi qaydalardan biridir. Səfərdər bunu izləyir ki, heç bir yerdə, hətta aşağı bir səviyyədə belə, bir kafir hər hansı bir müsəlmanın üzərində hakimiyyət edə bilməsin. Bu fikir, səfərbərlikdən doğan fikirdir.

Mən, öz mərhum atamdan (Allah ruhunu şad etsin) xatırlayım, elə ki, bu müqəddəs Qum hövzəsində ruhanilərin səfərbərliyi təşkil edildi, Qumda onun özü bu mübarək toplunun ilk məsuliyyətini qəbul etdi. Bildiyiniz kimi bu sahədə bir çox işlər də görüldü. Biz bu qurumu, sözün əsil mənasında gərək qoruyub saxlayaq və səfərbərlik ruhiyyəsini camaat arasında geniş yayaq. Bu, heç də siyasi bir məsələ deyil. Səfərbər o kəsdir ki, onun üçün tərəf və tərəfbazlıq məna kəsb etməsin; deməsin ki, filan dəstə gərək yuxarı getsin və digəri aşağı gəlsin. Səfərbər üçün gərək həmişə ancaq Allah meyar olsun, necə ki, imam və rəhbər dəfələrlə bunu qeyd ediblər.

Biz gərək xalq arasında bu ruhiyyəni əvvəlkindən daha artıq nəşr edək, inşa Allah.

Əgər inqilabımızın davam etməsini istəyiriksə, gərək səfərbərlik ruhiyyəsini qoruyub saxlayaq, belə ki, cihad etməyin özü də onun şöbələrindən biridir.

Könüllü səfərbərliyin xüsusiyyətlərindən biri budur ki, insan cihad edib çalışmaqla əldə olunan işlərə yanaşsın. Necə ki, bu korona-virus yayılan ağır günlərdə bizim əziz tələbələrimiz xəstəxanalarda çalışırlar. “Fiqh mərkəzi”nin təhsil məsulu mənə nəql etdi ki, ayrı şəhərlərdən gələn tələbələrdən birinin ata-anası koronavirusa mübtəla olur və bu tələbə onlara qulluq etmək məqsədilə Qum şəhərindən getmək məcburiyyətində qalır. Halbu ki, bir neçə bacı-qardaşı var idi, lakin onlar xəstə ata-analarına xidmət etməyə hazır olmamışlar.

 Buna səfərbər ruhiyyəsi deyilir, İslam üçün fədakarlıq etmək, ata-an üçün, insan üçün, müsəlmanlar üçün; bu olduqca böyük bir dəyərdir və bizim hövzəmizə məxsus olan bir iftixardır. Necə ki, bu korona məsələsində bizim cihadsevər tələbələrimiz çox pis və çətin bir şəraitdə xəstəxanala gedib yorulmadan çalışmışlar.

Bir tələbənin həyat yoldaşı övladını dünyaya gətirmək çətinliyi ilə üzləşmişdir, yoldaşını başqa bir xəstəxanaya tapşırmış, özü isə koronavirus xəstələri yerləşən klinikaya gedib çətin vəziyyətdə olan xəstələrə xidmət etmişdir. Bunlar olduqca mühüm məsələdir.

Bizlərdən hər birimiz diqqət etməliyik ki, səfərbər olmaq üçün nə etməliyik? Allaha xatir yerdə qalan bir yükü qaldırmaq və İslama xidmət etmək üçün nə etməliyik?

 Ümid edirik ki, xalq arasında bu ruhiyyə günü-gündən daha artıq olsun, inşa Allah.


Etiketlər :

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) həzrət Məsumə (əleyha salam) haqda və könüllü səfərbərlik həftəsi ilə bağlı bəyanı