Quranın qiraətləri müxtəlifliyi haqda olan şübhəyə cavab

05 May 2024

04:17

۴۷۱

Xəbərin xülasəsi :
Ayətullah Muhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) ali fiqh elmi dərsində Quranın qiraətləri müxtəlifliyi haqda olan şübhəyə cavabı
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Quranın qiraətləri müxtəlifliyi haqda olan şübhəyə cavab

Əlhəmdu lillahi Rabbil aləmin və sallallahu əla səyyidina Muhəmmədin və Alihit-tahirin

Son günlərdə bəziləri Qurani-kərim haqda bir şübhəni müzakirəyə çıxarmışlar ki, həqiqətdə yeni şübhə deyil. Quran elmləri kitablarında tanınmış şiə və sünni alimləri bu şübhəni müzakirə etmiş və ona cavab da vermişlər. Amma bu son günlərdə bəziləri həmin şübhəni yenidən öndəmə gətirmiş və belə nəticə çıxarmışlar ki, hazırda ixtiyarımızda olan Quranın, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) qəlbinə nazil olan həmin Quran olmasıdır, ya xeyr? Bu şübhə sosial şəbəkələrdə yayımlanmış və təəssüflər olsun ki, dindar xalqı iztiraba və nigaranlığa salmışdır. Qısa şəkildə bu barədə bəzi məsələlərə işarə edilir.

Qurani-kərim haqda deməliyik ki, Quranın özünün təvatur olması qətidir. Burada iki mövzu var, biri Quranın özü, digəri Quranın qiraəti. Peyğəmbər əkrəmin (sallallahu əleyhi və alih) zamanından indiyə kimi Quranı hazırda hamımızın ixtiyarında olan şəkildə nəsildən-nəslə təvatur, hətta təvaturdan da yüksək şəkildə bizə çatdırmışlar. Heç kəsin bu məsələdə, hətta qeyri-müsəlmanların belə, şübhəsi yoxdur.Yəni hazırda bu cildlənmiş kitabda mövcud olan Quranın surələri və ayələri, Peyğəmbərin (sallallahu əleyhi və alih) mübarək qəlbinə vəhv ünvanı ilə nazil olan həmin surələr və ayələrdir.

Amma qiraətlər məsələsi başqa bir mətləbdir. Qiraətlər babında iki məslək vardır; bir qisim qaildilər ki, “Yeddi qiraət” (Qiraate səb`e) təvaturə əsaslanır. Bəziləri də deyirlər ki, bu qiraətlər təvatur deyil. İndi bu qiraətlər, istər mutəvatir ola, ya olmaya, bu məsələ Quranın təvatur olmasına heç bir xələl yetirmir.

Quran elmlərində olduqca əhəmiyyətli kitablardan olan “Əl-Burhan” kitabının müəllifi deyir: “القرآن و القراءات حقیقتان متغایرتان”, yəni Quran və Quranın qiraətləri iki müxtəlif məsələdir. Bir Quran varımızdır və bir də Quran qiraəti, bunlar bir-birindən ayrı iki həqiqət və iki müxtəlif məsələdir. “فالقرآن هو الوحی المنزل علی محمد (ص) للبیان والاعجاز”, Quran, Peyğəmbərə nazil olan həmin vəhydir.

Bir ayəni, öz kəlmələrinin xüsusiyyəti ilə nəzərdə tutun, məsələn, “أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ”. Əvvəldə “أَلَا”  gəlib, sonra “بِذِكْرِ اللَّه”, daha sonra “تَطْمَئِنُّ الْقُلُوبُ”. Kəlmələrin bu tərkibi çox hallarda, bəlkə Quranın bütün ayələrində, onun möcüzə olması üçün müzakirə mövzusudur. Bu, olur Quran. Bu məsələdə heç bir ixtilaflı nəzər yoxdur, yəni birisi desin: “بِذِكْرِ” var idi, ya digəri desin ki, yox idi. Quran, hazırda olan həmin bu tərkibdə mutavatir şəkildə bizə yetişibdir və qarilərə heç bir rabitəsi də yoxdur.

 Əl-Burhan kitabının müəllifi sonra belə deyir: “والقراءات اختلاف الفاظ الوحی المذکور فی الحروف و کیفیتها من تخفیف و تشدید”. Qiraətlər bəhsi, məsələn, biri desin: “إلّا” təşdid ilədir, yaxud digəri desin: “أَلَا” təxfif ilədir (təşdidsiz), bu Quran həriflərinin qiraətinə və onun keyfiyyətinə aid olan bəhsdir. Amma bu kəlmə, həmin yerdə və həmin söz tərkibində Peyğəmbərə nazil olmuşdur və Peyğəmbərin dövründən indiyə qədər bizə mutavatir şəkildə yetişmişdir.

Bu təbiri də mərhum Xoyi (ruhu şad olsun) “Əl-Bəyan” təfsirində buyurur:

«إن الواصل إلینا بتوسط القراء إنّما هو خصوصیات قراءاتهم، و أما أصل القرآن فهو واصلٌ إلینا بالتواتر بین المسلمین و بنقل الخلف عن السلف و تحفّظهم علی ذلک فی صدورهم»

Qarilər vasitəsilə bizə çatan kəlmələrin qiraətlərinin xüsusiyyətidir, lakin Quranın özü müsəlmanların arasında təvatur şəklində bizə yetmişdir. Yəni bilirik ki, bu ayənin əvvəlində bu hərf və kəlmə gəlir, axırında o kəlmədir və cümlə tərkibi də budur.

(ardını izləyin)



 







Etiketlər :

Quranın qiraətləri müxtəlifliyi haqda olan şübhəyə cavab