Həzrət Sahib əsr vəz-Zamanın (əleyhissəlam) təvəllüdü

27 April 2024

00:08

۴۷۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-ci il şəban ayının 15-i, miladi 2021-ci il martın 29-u Allah-taalanın yer üzündə sonuncu hüccəti, bəşəriyyətin nicat vericisi, bütün dünyada haqqın və ədalətin bərqərar edəni, Peyğəmbərin (sallallahu əleyhi və alih) vədə verdiyi sonuncu imam və ilahi xəlifə həzrət Məhdi Sahib əsr vəz-zamanın (Allah onun mübarək zühurunu tezləşdirsin) təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Sahib əsr vəz-Zamanın (əleyhissəlam) təvəllüdü

Hicri-qəməri 1442-ci il şəban ayının 15-i, miladi 2021-ci il martın 29-u Allah-taalanın yer üzündə sonuncu hüccəti, bəşəriyyətin nicat vericisi, bütün dünyada haqqın və ədalətin bərqərar edəni, Peyğəmbərin (sallallahu əleyhi və alih) vədə verdiyi sonuncu imam və ilahi xəlifə həzrət Məhdi Sahib əsr vəz-zamanın (Allah onun mübarək zühurunu tezləşdirsin) təvəllüd günüdür. Bu fərəhləndirici böyük munasibəti ilk növbədə o həzrətin öz hüzuruna, daha sonra bütün mömin bacı-qardaşlara təbrik deyir və sivincimizi siz əzizlərlə bölüşürük. Həmçinin, bütün Əhli-beyt (əleyhimussəlam) aşiqləri üçün şadlıq və səadət diləməklə bu əzəmətli gündən kamil faydalanmağı arzulayırıq.

Şəban ayının 15-i islam tarixində böyük bayram edilir və bu günün və gecəsinin özünəməxsus əməlləri vardır. Bu əməllərin hər miqdarını yerinə yetirilmək üçün hədislərdə çoxlu tövsiyələr olunur, onlardan bəzilərinə aşağıda işarə edirik:

1-Qüsl etmək- günahların azalmasına səbəb olar;

2- Gecəni ibadətlə məşğul olub, ehya etmək;

3-Günahların bağışlanmasına səbəb olan imam Huseyn əleyhissəlamı ziyarət etmək; o həzrətin ən qısa ziyarəti belədir ki, hündür bir yerə qalxıb səmaya baxaraq Kərbəla torpağına tərəf (qibləyə) yönəlib bu kəlmələri desin: “Əssəlamu ələyk ya Əba Əbdillah! Əssəlamu ələyk və rahmətullahi və bərakətuh!” (üç dəfə bu ifadələri təkrar etsə daha yaxşıdır);

4-Həzrət imam Zamanın (əleyhissəlam) ziyarəti mislində olan duanı oxumaq:

Əllahummə bihəqqi ləylə­tina (hazihi) və məvludiha...”

Həmçinin, imam Sadiq  əleyhissəlamdan nəql olunan duanı oxumaq:

Əllahummə əntəl həyyul qəy­yumul əliyyul əzimul...”

Eləcə də həzrət Peyğəmbərin (salallahu əleyh və alih) bu gecədə oxuduğu dua:

Əllahumməqsim ləna min xəşyətikə ma yəhulu bəynəna və bəynə mə`siyətik...”

(Məfatihul-cinan kitabında şəban ayının 15-i gecəsində oxunan dualar; həmin mənbəyə müraciət edə bilərsiz);

5-Komeyl duasını oxumaq;

6-Şəbaniyyə salavatları;

7-Günahların bağışlanması üçün və hacətlərin qəbul edilməsi üçün təsiri böyük olan: “Sübhanəllah”, Əl-Həmdulillah”, “Əllahu əkbər” və “Lə ilahə illəllah” zikrlərini yüz dəfə demək;

Həmçinin, bu gecə yerinə yetirilməsi müstəhəb olan namazlar da qeyd olunubdur ki, möminlər onların qaydalarını dua və munacat kitablarından, o cümlədən, “Məfatihul-cinan” kitabından əxz edə bilərlər...

İltimas dua!

Etiketlər :

Həzrət Sahib əsr vəz-Zamanın (əleyhissəlam) təvəllüdü