pic
pic

Həzrət Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani (damət bərəkatuh) ilə hicab haqqında müsahibə

Xəbərin xülasəsi :
Fiqh əhlindən bir hissəsi fiqhi mənbələrə istinad edərək hicab məsələsi haqqında yeni nəzərlər bəyan ediblər. Bəziləri hicabı Peyğəmbərin (s) hakimiyyət dövrünün hökmlərinin bir hissəsi bilib, onun lazım və vacib olmasını şübhə altına salıblar.

Həzrət Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani (damət bərəkatuh) ilə hicab haqqında müsahibə

 

Fiqhin hicab məsələləri bölməsində ayə və hədislərə zərif və incə baxışlarla diqqət olunmalıdır. Allahsızlar tərəfindən yayılan - hamı üçün hicab vacib deyil - şübhəsinə fiqh baxımdan cavab almaq üçün, şiənin böyük mərcəyi təqlidi həzrət "Mərhum Ayətullah Fazil Lənkəraninin (Allahın rəhməti ona olsun) " oğlu, ilk xüsusi fiqh və ictihad mərkəzi sayılan Əimməye-əthar (ə) adına fiqh ali mərkəzinin rəisi  cənab "Ayətullah Məhəmməd Cavad Fazil Lənkəraninin (damət bərəkatuh)" xidmətinə yetişdik.

Fiqh əhlindən bir hissəsi fiqhi mənbələrə istinad edərək hicab məsələsi haqqında yeni nəzərlər bəyan ediblər. Bəziləri hicabı Peyğəmbərin (s) hakimiyyət dövrünün hökmlərinin bir hissəsi bilib, onun lazım və vacib olmasını şübhə altına salıblar. Bəzilər də, hicabı dini baxımdan deyil, əxlaqi cəhətdən vacib bilir.

Tamam alimlərin müttəfiq olduqları, islami hicaba riayət etməyin fiqhi hədləri, necədir? Bu zidd nəzərlər hansı mənbələrə əsasən yaranır?


Həzrət Ayətullah Məhəmməd Cavad Fazil Lənkərani (damət bərəkatuh) ilə hicab haqqında müsahibə


Hicab, Peyğəmbərin (s) hakimiyyət dövrünün hökmlərinə aiddir yaxud yalnız əxlaqi aspekti vardır nəzəriyyəsi nə bizim Quran və hədislərimizin sübutları ilə uyğun gəlir, nə də İslamın əvvəlindən indiyə qədər şiə və sünni fəqihlərinin heç birinin bu cür nəzəri olub. Bu zənn və gümanlar geridə qalmışların, ateyislərin və bəzilərin zehnində yaranır ki, dini eybəcər hala salmaq istəyirlər. Əslində onlar dinin həqiqətlərini aram-aram cəmiyyətdən və camaatdan almaq istəyirlər, deyə bu təhlil və xəyali mətləbləri bəyan edirlər.


Allah iki mübarək "Əhzab" və "Nur" surəsində hicab məsələsi haqqında mətləblər buyurub  və ayələr nazil edibdir. Baxmayaraq Quranda sıra cəhətdən Nur surəsi Əhzab surəsindən öncə gəlibdir, lakin Əhzab surəsində olan hicab ayələrinin nazil olma tarixi Nur surəsində olan hicab ayələrindən qabaqdır. Əhzab surəsində bizim 3 ayəmiz var ki, fiqhdə və təfsirdə bu haqda geniş bəhs olunur. Onlardan biri mübarək Əhzab surəsinin 53-cü ayəsidir ki, onun bir hissəsində Allah-Təbarək və Təala buyurur:


«وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِن وَرَاء حِجَابٍ»


"Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun".

Cahiliyyət ənənələrinə əsasən, kişilər evə daxil olanda icazə almırdı və buna görə Allah Təbarək və Təala bu ayəni nazil etdi və buyurdu əgər kimsə Peyğəmbərin (s) xanımlarından bir şey istəsə pərdə arxasından tələb etsin və birbaşa otaqlara daxil olmasın. Ola bilsin bu hicab məsələsi haqqında nazil olan birinci ayədir. Məşhur nəzəriyyə budur ki, bu ayə Peyğəmbərin (s) xanımlarının xüsusi hökmlərindən biridir, necə ki ayənin davamında gəlibdir:


«وَمَا کَانَ لَکُمْ أَن تُؤْذُوا رَسُولَ اللَّهِ وَلَا أَن تَنکِحُوا أَزْوَاجَهُ مِن بَعْدِهِ أَبَدًا إِنَّ ذَلِکُمْ کَانَ عِندَ اللَّهِ عَظِیمًا»


"Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!".

Yəni heç vaxt Allah rəsulunu incitməməlisiniz və heç vaxt onun zövcələri ilə evlənməməlisiniz ki, bu iş Allah yanında olduqca böyük günahdır.

Bu ayədən hicab anlamının olub olmamasıda təfsirçilər və fəqihlər arasında müxtəlif nəzərlər və bəhsləri vardır. Amma hələlik bu söhbətə girmək istəmirəm. Biz öz fiqhi söhbətlərimizdə isbat etdik ki, "hicab" kəlməsi bu ayədə hicabın o terminoloji mənası ilə əlaqəsi yoxdur.


 Bu surənin (Əhzab) 59-cu ayəsində Allah Təala buyurur:


«یَأَیهَا النَّبىُّ قُل لاَزْوَجِک وَ بَنَاتِک وَ نِساءِ الْمُؤْمِنِینَ یُدْنِینَ عَلَیهِنَّ مِن جَلَبِیبِهِنَّ»


" Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir".


Mənim nəzərimcə media bir qədər çox bu ayənin üstündə işləməli, onu bugünkü nəslə, fikir əhlinə anlatmalıdır. Çünki bu ayədən çox yaxşı hicabın vacib olması başa düşülür. Həmçinin məlum olur ki, hicabın vacib olması Peyğəmbərin (s) hakimiyyəti zamanında çıxartdığı hökm yox, Qiyamət gününə qədər daimi şəri bir hökmdür. Nəticədə hicabın kamil bir geyim və onun aydın nimunə və sübutu çadra olmasının bu ayədən anlamaq olur.


"Möminlərin qadınların"da məqsəd qiyamətə qədər bütün mömin insanların qadınlarıdır və Allaha iman gətirən hər bir xanım özünü çadra ilə örtməlidir. Cəlabib (çadralar) cəlbabın (çadranın) cəmidir. Əgər insaflı və təhqiqatçı bir insan lüğət, şeir və tarix kitablarına müraciət etsə bir neçə nöqtəni yaxşıca anlaya bilər.


Birinci budur ki cəlbab (çadra), məqnə və baş örtüyündən tam fərqlidir. Baş örtüyü bir qədər məqnədən, çadra isə hər ikisindən uzundur. Əgər bütün hədislərdən istifadə etsək anlayarıq ki, çadra başdan, ayağın üstünə qədər örtür.


Lüğət elmində Cohərinin "Sihahul-luğəti" kimi bəzi orijinal və mərcə kitablarda cəlbab (çadra) mələfə mənasında gəlibdir. Mələfə insanın yatdığı zaman özünü başdan ayağa qədər örtən şeyə deyilir. Demək olar ki, əksər lüğət alimləri çadranı baş örtüyü və hicabın müqabilində qərar veriblər və bu ikisindən böyük olduğunu deyiblər. Bəziləri deyiblər çadra odur ki, bütün bədəni örtsün.


Həzrət Zəhranın (s.ə) məscidə gedib o tarixi xütbəsini oxuma mövzusunda gəlib ki, həzrət əvvəl baş örtüyünü  möhkəm başına büküb sonra çadrasını (başına) atdı. Bu hədisdən məlum olur ki, cəlbab baş örtüyü deyil.


Bu mətləblərə diqqət etməklə aydın olur cəlbab həmin çadradır. Əgər mühüm ədəbiyyat kitablarından biri olan "Məğamate həriri" lüğət toplumu kitabına müraciət etsəniz, orada “Cəlbab”ın çadra olması yazılıbdır. Qolsuz bədənin üst örtüyüdür, enlidir və bədənin bütün üzvlərini əhatə edir. Ərəblər ona mələfə deyir. Buna görə tarixi kitablar, hədislər, ərəb və fars lüğətlərinin hamısı, “Cəlbab”ı çadra mənasında bilmişlər. “Təfsire Nəsəfi”, “Əbul Futuh Razi” və “Şərif Lahici” hamılıqla çadranın mənasını “Cəlbab” üçün bəyan ediblər.


Yeri gəlmişkən ədəbi cəhətdən bu ayədə "Min" hərfindən istifadə olunubsa, bunu sübut edir ki, “Cəlbab”ın asılma qabiliyyəti olmalıdır. Bu söz baş örtüyü üçün istifadə olunmayıb. Lüğətçilər “Min” hərfindən bu mühüm bir nöqtəni istifadə edə bilərlər. Məhz buna görə “Cəlbab” elə çadradır. Allah Təala Peyğəmbərə (s) "Qadın və qızlarına, bütün möminlərin qadınlarına de başına “Cəlbab” örtsünlər" deyəndə, yəni bu Qiyamət gününə qədər Allahın daimi hökmüdür. Əgər hakimiyyət hökmü olsaydı yalnız Peyğəmbər (s) zamanındakı qadınlara işarə edərdi. Halbuki, şərif ayə Qiyamət gününə qədər bütün möminlərin xanımlarına işarə edir. Yəni bu hökm təkcə Peyğəmbərin (s) xanımlarına aid deyil, əksinə  Qiyamət gününə qədər bütün möminlərin xanımlarına aiddir.


Əhzab surəsinin 59-cu ayəsinin başqa hissəsində gəlib:

«ذَلِکَ أَدْنَى أَنْ یُعْرَفْنَ فَلا یُؤْذَیْنَ»

 "Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir". Bu cümlə təfsirçilər fəqihlər arasında müxtəlif şəkildə mənalandırılıb. Lakin bizim nəzərimizə çatan budur ki, Allah Təala buyurur bu qadınlar iffət və hicab əhli tanınsın deyə “Cəlbab” başlarına örtsünlər. Əslində Allah ayənin davamında bu hökmünün səbəb və hikmətini aydın edərək buyurur qadın öz yaşadığı cəmiyyətini iffətli və namuslu tanıtdırsın deyə bu işi görməlidirlər. Buna görə də, Allahın buyurduğu bu hikmətə əsasən bu hökm Peyğəmbərin (s) zamanı ilə məhdudlaşa bilməz. Necə ki, fəqihlər deyir: “ Harda hikmət olarsa o hökm icra olunmalıdır.” Ayənin nazil olduğu vaxtda cavanlardan bəziləri qadınları incidirdi, amma cavan görəndə ki, qadın hicabla çölə çıxır incitmək üçün bəhanəsi olmurdu.

Əgər desək hicab əxlaqi cəhətdən lazımdır və dini cəhətdən vacib deyil, olduqca yanlış sözdür.

«تعلیق الحکم على الوصف مشعر بالعلیه»

 “Hökmün sifətə bağlanması illət və səbəbə işarədir” qanununa əsasən  bu hökm qiyamətə qədər davam edəcək. Bu ayədə "Möminlərin qadınları" gəlibsə, yəni demək istəyir imanın şərti hicabdır. Əgər bir əmr imanın şəraitinin hissəsi bəyan olunursa, artıq əxlaqi məsələdir demək olmaz. Əxlaqi məsələ oradadır ki, əgər yerinə yetirilməzsə imana zərər gətirməz. Halbuki, hicabın hökm şəriətin vacib etdiyi bir hökmdür və Qiyamətə qədər davam edəcək.


İffət və hicabın genişlənmə mədəniyyətində və həmçinin hicabsızlıqla mübarizədə, fiqhin təməli və hüquqi məsuliyyətlər və İslamı hökmətin səlahiyyəti,  nədir?


İlk öncə bilməliyik ki, İslam hökmləri, bir qanun kimi bəyan etmək deyil, icra etmək üçün gəlibdir. Yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək də, İslamın hökmlərindən biridir. Hətta bizim İslam dövləti də olmasaydı camaatın hər birinə və cəmiyyətin nüfuz sahiblərinə yaxşı işlərə dəvət edib pis işlərdən çəkindirmək vacib idi.


Allah Təala Həcc surəsinin 41-ci ayəsində buyurur:

«الذین إن مکناهم فی الأرض أقاموا الصلاه وآتوا الزکاه وأمروا بالمعروف ونهوا عن المنکر ولله عاقبه الأمور»


"Allah Təalanın dostları o kəslərdilər ki, əgər yer üzündə onlara qüdrət (hakimiyyət) və güc versək namaz qılar, zəkat verər, (insanları ağıl və şəriət tərəfindən) bəyənilən bütün işlərə vadar edər və (onları) hər bir nalayiq və çirkin işdən saxlayarlar. Bütün işlərin sonu Allaha məxsusdur".


Buna görə də bu dörd işi möminlər yerinə yetirməlidir. Vaciblərdən daha üstün əmr be məruf və haramlardan daha mühüm nəhy əz münkərdir. Hicab mühüm vaciblərdən biri olduğu halda əgər İslam dövləti onun genişlənməsi üçün etinasız olsa Quranı-Kərimin ziddinə əməl etmişdir. Buna görə də, hicabın yayılması İslam dövlətinin vəzifəsidir və hicabsızlıq haram olduğu halda kimsə hicabına riayət etməzsə haram iş görüb. Bu halda nəhy əz münkər çərçivəsində hökumətin vəzifəsi budur ki, onu bu işdən çəkindirsin. Əgər İslam dövləti nəhy əz münkər üzrə planlar qurmağı və qadağalar yaratmağı lazım olarsa gərək bu işi görsün.


Həmişə bu yanlışlıq mövcuddur ki, biz bütün məsələləri bir-birinə qatırıq və məsələn deyirik din icbari deyil, buna sübut "dində məcburiyyət yoxdur (Bəqərə/256)" ayəsini bəyan edirik. Baxmayaraq ki, din qəlbi bir işdir və məcburi deyil amma cəmiyyəti fəsaddan qorumaq hamımızın boynunda olan bir vəzifədir. Əgər bir dəstə insan cəmiyyətdə fəsadı yaymaq istəsə, müsəlmanların hər birinin və onların başında İslam dövlətinin vəzifəsidir nəhy əz münkərin mərhələlərinə riayət etməklə bu ayəyə istinadən əməl etsinlər.


Deməli bu böyük səhvdir ki, bəziləri deyir bu məsələlər dövlətə aidiyyəti yoxdur. Bu iddiada olanlar Həcc surəsinin bu nəcib ayəsinə necə cavab verirlər? Bu ayə buyurur İslam dövlətinin məsul şəxsi olan gərək geniş şəkildə yaxşı işlərə dəvət edib pis işlərdən çəkindirə və bu mövzuda onların vəzifələri adi şəxslərdən fərq edir və olduqca ondan mühümdür.


İslam dövlətinin xüsusi vəzifəsi olmasına başqa bir sübut Şura surəsinin 13-cü ayəsidir:


: «شَرَعَ لَکُمْ مِنَ الدِّینِ ما وَصَّى بِهِ نُوحاً وَ الَّذی أَوْحَیْنا إِلَیْکَ وَ ما وَصَّیْنا بِهِ إِبْراهیمَ وَ مُوسى‏ وَ عیسى‏ أَنْ أَقیمُوا الدِّینَ»


"(Allah) sizin üçün dindən Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi və  İbrahim, Musa və İsaya tövsiyə etdiyimizi qanun etdi. Bu dini  bərqərar edəsiniz və onda parçalanmayasınız. ...”


Peyğəmbərlər təkcə dini çatdırmaq üçün deyil, ondan əlavə cəmiyyətdə onun düzgün icrası və saxlanması üçün gəlmişlər. İslam hakiminin vəzifəsi dini saxlamaqdır. İslam rejiminin məsulları ayəyə əsasən əgər hicabın zəifləməyə doğru getməsini görsələr gərək bir çarə qılmalıdır. Yeri gələrsə inadkarlıq edənlərlə qarşı təşviq və təbliğ və eyni zamanda dinsizlik və fəsadı yayanlarla mübarizə qəsdi ilə lazımı addımlar atmalıdır. Hər bir halda bu işə biganəlik Allah Təalanın haqqını zay etməkdir.


“Xahiş edirik  hicabsızlıqla mübarizədə, rejimin fiqhi problemlərin bəyan edin.”


Bizim fiqhi Fiqhi cəhətdən heç bir problemimiz  yoxumuzdur. Yəni fiqhi baxımdan fəqihlərin fitvaları tamamilə aydındır. Fəqihlərdə məqsədim elmi hövzələr onları doğurdan da, fəqih, müctəhid və nəzər əhli kimi qəbul edən şəxslərdir. Bu gün bəziləri ictihad iddiası edir amma İslamın bəzi zəruri hökmlərini inkar edir. Belə şey əsla bir araya sığmır.


Əgər kimsə həqiqi mənada fiqh və ictihad əsasları çərçivəsində bəhs etmək istəsə bizim fiqhi baxımdan hicab məsələsində heç bir çatışmamazlıq yoxumuzdur. Əlbəttə bu 30 il ərzində media tərəfdən müxtəlif təsirlər olubdur. Əslində hegemonlar dini yox etməyə çalışırlar və bu yolla bir birinin ardınca dinin həqiqətlərini camaatdan almaq istəyirlər. Buna əsasən bir gün hicab məsələsinə hücum edirlər, başqa gün deyirlər qadın və kişi hökmləri bərabər olmalıdır, başqa bir gün isə irs və diyə qanunlarını sual altına alırlar. Bu hegemonların yüz illər öncə çalışdığı siyasətidir.


Nəzərimcə milli medianın hicab haqqında daha məntiqli və daha dəqiq əməl etməsi olduqca mühümdür. Baxmayaraq media bu zəmində verilişlər verir amma bu proqramlar olduqca azdır. Digər tərəfdən isə bunun ziddinə hərəkət edən verilişlər, müsahibələr və aparıcılar daha çoxdur. Milli mediamız hicab məsələsi haqqında aydın siyasətini daim genişləndirməli, ona qısa şəkildə yer ayırmamalıdır. Qızlarımız, bacılarımız və yoldaşlarımıza hicab haqqında suallar yaranır və məntiqi şəkildə bu suallara cavab verilməlidir.


Bəzən bizim ofisimizə suallar yazılır və soruşurlar ki, Quranın harasında hicab məsələsi qeyd olunub. Bu qəbildən olan suallar xəbər verir ki, əziz cavanlarımız və möhtərəm bacılarımız bəzən hicab mövzusu haqqında tərəddüd edirlər. Əlbəttə onlara Quran ayəsini bəyan etdikdə tamamilə qəbul edib təslim olurlar. Əslində iman ruhu bizim cəmiyyətimizdə mövcuddur. Gərək hicabın bu elmi, fiqhi, Quran və hədis mənbələri cəmiyyətdə yayımlansın. Sözün düzü dövlət bu zəmində heç bir addım atmayıb və hətta bəzən xəbərsiz hicab mövzusuna zərbə vurubdur. Təəssüflər olsun bu gün bunlar İslam rejimində rast gəldiyimiz problemlerdi. Əslində cəmiyyətdə hicabsızlığın genişlənməsi dövlət məsullarından bəzilərinin əməllərinin və fikirlərinin təsiri nəticəsidir.


"Borhana" vaxtınızı ayırdığınız üçün təşəkkür edirik.

Müsahibənin tarixi: 1391/5/14 hicri şəmsi

 

 

4562 Görüş