Ölüyə ağlamaq və həmçinin ona əzadarlıq etmək insanın pak hislərindən və lətif ruhundan qalxan bir işdir.

18 April 2024

22:55

۱۱,۸۸۳

Xəbərin xülasəsi :
slam ağlamağı təsdiq etməkdən əlavə ona təkid də, edir. Əziz Peyğəmbərimizin (s) və onun əzəmətli səhabələrinin getdiyi yol bu iddianı sübut edir.
آخرین رویداد ها


Bismillahir-Rəhmanir-Rəhim


 

Ön söz

 

Ölüyə ağlamaq və həmçinin ona əzadarlıq etmək insanın pak hislərindən və lətif ruhundan qalxan bir işdir.

İslam ağlamağı təsdiq etməkdən əlavə ona təkid də, edir. Əziz Peyğəmbərimizin (s) və onun əzəmətli səhabələrinin getdiyi yol bu iddianı sübut edir.

Bu mərkəz, ağlamaq və əzadarlıq etmək haqqında olan hədisləri ixtisarla bəyan edib və bu istiqamətdə İslam tarixində əzadarlıq barədə Peyğəmbər (s) və onun səhabələrinin həyatındakı matəm saxlama nümunələrini təqdim edərək, ağlamağı haram bilən hədislərin təhlil və tənqidini bəyan edir.

Hörmətlə: Nəcməddin Təbəsi


   Ağlamağa tövsiyə 

Dünyadan köçənlərə ağlamaq və onlara əza saxlamaq hissiyyatdan qalxan bir işdir və hər bir müsibət görmüş şəxsi özünə tərəf çəkir. İslam peyğəmbəri həzrət Mühəmməd Mustafa (Allahın salamı və salavatı ona və ailəsinə olsun) bu işi layiqli və bəyənilmiş hesab edərək ağlamağa tövsiyə edirdi.

 

Usamə ibn Zeyd deyir:

Bir gün Peyğəmbərin qızının övladı dünyadan köçdü. Bəla görmüş qız, bu hadisəni atasına xəbər verdi və onu yanına çağırdı. Allahın Rəsulu (s) da, Səd ibn Ubadə, Məaz ibn Cəbəl, Ubey ibn Kəb, Zeyd ibn Sabit və bir neçə səhabəsi ilə birlikdə qəm görmüş qızının evinə getdi. Mehriban Peyğəmbər (s) uşağı qucağına alıb şiddətlə ağlayaraq mübarək göz yaşları axdı. Səd Peyğəmbərin (s) ağlamağını görəndə təəccüblə soruşdu: “Niyə ağlayırsınız?!”

Allahın Rəsulu (s) cavabında belə buyurdu:

 رحمة يجعلها فى قلوب عباده، انما يرحم اللَّه من عبادة الرحماء؛

(ağlamağımın səbəbi) Bu uşağa rəhmimdəndir ki, Allah Öz bəndələrinin qəlbində rəhmət qərar verir və Allah Öz rəhimli bəndələrinə rəhm edir.1

Ühüd döyüşündən sonra Rəsuli-Əkrəm (s) Mədinəyə doğru yola düşdü. Bu an ənsardan olan qadınlar öz şəhidlərinin qəmində ağlayırdı. Peyğəmbər (s) əza saxlayanların naləsini eşidəndə əmisi Həmzənin qürbət və şəhadətini yada salaraq buyurdu:

و لكن حمزة لا بواكى له

“Amma əmim Həmzənin ağlayanı yoxdur!

Peyğəmbər (s) bir qədər istirahətdən sonra ənsar qadınlarının Həmzə üçün ağlayan nalə səslərini eşitdi.

İbn Əbdul Birr deyir: “Bu günə qədər ənsar qadınları öz ölülərinə ağlamazdan öncə birinci Həmzəyə ağlayır.2

Həmçinin Mutə döyüşündə Cəfər ibn Əbi Talib öldürüləndən (şəhid edildikdən) sonra Peyğəmbər (s) onun evinə getdi və özünün gedişi ilə onun ailəsinə aramlıq bəxş edid ürək-dirək verdi. O həzrət evdən çıxan zaman belə buyurdu:

 على مثل جعفر فلتبك البواكى»

“Cəfər kimisinə ağlamaq bəyəniləndir, elə isə ağlayanlar Cəfər kimisinə ağlasınlar!”3

Radikal baxışlar və ağlamağın əleyhinə olan emosiyadan uzaq olanlar Peyğəmbərin (s) yanında heç bir məqamı yox idi və o həzrət bunun müqabilində mövqe tuturdu. Tarixçilərin sözlərinə əsasən:

Bir gün Allahın Rəsulu (s) müsəlmanlardan birinin dəfn mərasiminə getdi və Ömər də onunla birlikdə yola düşdü. Ömər qadınların ağlamaq səsini eşidəndə əsəbləşərək onları ağlamaqdan çəkindirdi! Allahın Rəsulu (s) üzünü Ömərə tutaraq belə buyurdu:

يا عمر! دعهُنَّ، فان العين دامعة و النفس مصابة و العهد قريب  -

"Ey Ömər! Onlarla işin olmasın, qoy ağlasınlar. Həqiqətən ağlar gözlərdir, müsibət görmüş nəfslərdir və olduqca yaxın olan yeni dünyadan köçənlərinə bağlılıq".1

 

 

Allah Rəsulunun (s) yolu, sünnəsi

 

Ölünün qəminə, yasına ağlamağı Allah Rəsulunun (s) həyat güzgüsündə görmək olar. Tarixçilər o həzrətin qohumlarının və əziz köməkçilərinin dünyadan getdiyi vaxt müxtəlif cür ağladığını rəvayət ediblər. O cümlədən aşağıdakı məqamlara işarə etmək olar:

a).Əbdülmüttəlibə ağlaması

Əbdülmüttəlibin vəfatından sonra, həzrət Mühəmməd (s) əziz babasına ağladı; Ummu Əymən deyir: "أَنا رأيت رسول اللَّه يمشى تحت سريره و هو يبكىMən Peyğəmbəri (s) gördüm ki, Əbdülmüttəlibin cənazəsinin dalınca gedərək ağlayırdı".2

b).Əbu Talibə ağlaması

Peyğəmbərin (s) imanlı və əziz himayədar əmisi həzrət Əbu Talibin dünyadan köçməsi də, o həzrətə olduqca ağır gəldi, həzrət Əli (ə) buyurur:

Elə ki, atam Əbu Talibin vəfat xəbərini Peyğəmbərə (s) verdim, o ağlayaraq buyurdu: "اذهب فاغسله و كفّنه و واره غفراللَّه له و رحمهOna qüsl verin, kəfənləyin və torpağa tapşırın. Allah onu bağışlasın və ona rəhmət eləsin!"3

c).Anası Amənəyə ağlaması

Bir gün Allahın Rəsulu (s) əziz anası Amənənin qəbrini Əbvada (məntəqə adıdır) ziyarət etdi. Tarixçilərin dediyinə əsasən, o həzrət anasının qəbri yanında ağladı və öz yoldaşını da, ağlatdı.”4

d)Oğlu İbrahimə ağlaması

İbrahim, yeganə oğlan idi ki, Mədinədə Allah Rəsuluna (s) nəsib oldu. Lakin bir yaşında vəfat etdi və özünün getməyi ilə atasını qəm-qüssəyə saldı. Peyğəmbəri Əkrəm (s) övladının matəmində ağladı və səhabələrinin ölüyə ağlamağın səbəbi haqqında soruşduğu suala bu cür cavab verdi: " تدمع العينان و يحزن القلب و لانقول مايسخط الربّ- Göz yaşı axır, ürək qəmlənir, lakin Allahı qəzəbləndirən sözü dilə gətirmirəm".5

e).Fatimə binti Əsədə ağlaması

Həzrət Əbu Talibin həyat yoldaşı və həzrət Əlinin (ə) anası Fatimə binti Əsəd, Peyğəmbərin (s) yanında olduqca sevimli idi. O da, Allah Rəsulunu (s) himayə etməkdə çox çalışırdı. Hicrətin üçüncü ilində Fatimə dünyadan köçəndə Peyğəmbər (s) onu anası kimi sevdiyi üçün çox qəmgin olaraq ağladı. Tarixçilər deyir:

" صلّى عليها و تمرغ فى قبرها و بكى؛ -  Peyğəmbər ona namaz qılıb, qəbrində yatdı və ona ağladı".6

f).Həmzəyə ağlaması

Əbdülmüttəlibin övladı Həmzə, İslamın seçilmiş və qəhrəman simalarından idi ki, Ühüd döyüşündə şəhid oldu. Allah Rəsulu (s) əmisinin şəhadətində olduqca qəmgin olub, onu şəhidlər ağası adlandıraraq onun ayrılığına ağladı:

" لمّا رأى النبى حمزة قتيلا، بكى فلمّا راى ما مثّل به شهق  Peyğəmbər (s) Həmzənin qanlı bədənini görəndə ağladı və onu vəhşicəsinə qətlə yetirildiyini biləndə uca səslə ağladı".7

 

 

g).Səhabələrinə ağlaması

Yanında olan bəzi köməkçilərini itirməsi də, Peyğəmbəri (s) incidər və mübarək göz yaşını axıdardı: " ان النبى قبّل عثمان بن مظعون و هو ميت و هو يبكى - Allah Rəsulu (s) Osman ibn Məzuna ağlayaraq onun cansız bədənini öpdü".1

" فجلسنا و رسول اللَّه صلي الله عليه و آله و سلم يحدِّثنا عن سعد بن ربيع، يترحّمُ عليه و يقول لقد رأيتُ الأَسنَّة شرعت اِليه يومئذٍ حتّى قُتِل فلما سمع ذلك النسوة، بكين فدمعت عينا رسول اللَّه، و ما نهاهن عن شى‏ء  - Həmçinin “Həmraul-əsəd” müharibəsindən sonra o həzrət, Ühüd döyüşünün səhidlərindən biri olan Səd ibn Rəbinin ailəsinin görüşünə gedib, orada Sədin mədhindən və fədakarlığından danışdı. Sədin ailəsi də, Peyğəmbərin (s) sözlərini eşidərək ağlayırdı, Allah Rəsulu (s) da, ağladı və onları ağlamaqdan çəkindirmədi".2

 

 

Səhabələrin ənənəsi (üslubu)

 

Peyğəmbər (s) səhabələrinin arasında, ölülərə ağlamaq və əzadarlıq etmək yayılmış bir iş idi. Tarixdə səhabələrin ölülərə əzadarlığının çoxlu nümunələrini qeyd olunmuşdur. Misal olaraq aşağıdakı hallara işarə etmək olar:

لما قبض النبى صلي الله عليه و آله و سلم ارتجت مكة بصوت

“Səid ibn Müsəyyibin dediyinə əsasən, İslamın əziz Peyğəmbərinin (s) vəfatı zamanı Məkkə şəhəri camaatın ağlamaq və nalələrinin şiddətindən titrədi".3

 " و قمتُ التدم ( اضرب صدرى ) مع النساء و اضرب وجهى-

Ayişə belə deyir: “Allahın Rəsulunun (s) vəfatından sonra, qalxıb (Peyğəmbərin (s) əzasında) digər qadınlar ilə birgə üz və sinəmizə vururduq".4

“Abdullah ibn Rəvahə Həmzəyə ağlayaraq onun mərsiyəsində şeirlər oxudu.”5

" عن أبى عثمان: اتيتُ عمر بنعى النعمان بن مقرن، فجعل يده على راسه و جعل يبكى -

“Elə ki, Noman ibn Müqərrinin ölüm xəbərini Ömər ibn Xəttaba verdilər, o əlini başına qoyub onun matəmində ağladı".6

" فوقف ابن مسعود على قبره يبكى

“Ömərin ölümündən sonra İbn Məsud onun qəbri kənarında dayanaraq onun üçün ağladı".7

 

 

Qadağa əfsanəsi

 

Əhli-sünnə alimlərindən bir dəstəsi, ölülərə ağlamağı qadağan edərək İslam Peyğəmbərinin (s) tövsiyə və səhabələrin ənənəsinə (yəni ağlamağa) müxalif oldular. Şübhəsiz onların sənədlərinə diqqətlə baxıb düşünsək, “əzadarlığı qadağan etmək” əfsanədən başqa bir şey olmadığını görərik. Əzadarlığı qadağan etmə mövzusu və onun cavabına iki mehvər və bir nəticə ilə araşdıraq:

 

Birinci mehvər:

Ağlamaq və əzadarlıq etməyə müxalif olanlar, ağlamağın qadağan olmasına bir neçə hədis sayır; o cümlədən:

1)Bu sözü Peyğəmbərə (s) aid edərək deyirlər ki, ölən şəxs onun yaxınlarının ona ağlamasına və şivən etməsinə görə qəbirdə əzab olunur: "الميّت يعذب فى قبره بما نيح عليه" – " ان الميّت ليعذب ببكاء اهله عليه Ölü yaxınlarının ona ağladığı üçün əzab çəkir".

(“Səhihi- Buxari” 1-ci cild, səhifə 223, “Kitabul-Cənaiz”; “Səhihi-Müslim”, 3-cü cild, səhifə 44, “Kitabul-Cənaiz”; “Cameul-Üsul2, 11-ci cild, səhifə 99, nömrə 858.)

 

2)Səid ibn Müsəyyibin dediyinə əsasən Ayişə atası Əbu Bəkrin öldüyü vaxt əzadarlıq məclisi qurdu. Onun xəbəri Ömərə çatanda, o məclisin qabağını almaq üçün göstəriş verdi. Lakin Ayişə xəlifənin göstərişinə tabe olmadı. Bundan təsirlənən Ömər, Hişam ibn Vəlidə əmr etdi ki, Ayişənin yanına gedərək şallaq gücünə əzadarların və mərsiyə oxuyanların qarşısını alsın. Hişamın məmuriyyətindən xəbərdar olan qadınlar, məclisi tərk edərək dağıldılar. Bu zaman Ömər onlara belə dedi: "- تردن ان يعذب ابوبكر ببكائكن! ان الميت يعذب ببكاء اهله عليه

“Öz ağlamağınız ilə Əbu Bəkrə əzab vermək istəyirsiniz! Həqiqətən ölən şəxs qohumlarının ona ağlaması ilə əzab çəkir".

(“Səhihi-Tirmizi”, 1002.)

 

1.Bu hədis də, Ayişədən nəql olunub:

“Cəfər ibn Əbi Talib, Zeyd ibn Harisə və Abdullah ibn Rəvahənin şəhadət xəbəri çatanda Peyğəmbəri-Əkrəmin (s) üzündə qəm-qüssənin təsiri göründü. O oturmuşdu, mən bir guşədən ona baxırdım. Bu an bir kişi onun yanına getdi və ərz etdi: “Ey Allahın Rəsulu (s), qadınlar Cəfərə ağlayırlar!”

Peyğəmbər (s) cavabında ona buyurdu:

" فارجع اليهن فاسكتهن، فان ابين فاحث فى وجوههن التراب-

Qayıt onları sakit et, əgər sakit olmasalar üzlərinə torpaq səp!".

(“Əl-Müsnəf”, ibn Əbi Şeybə, 3-cü cild, səhifə 365.)

 

2.Əbi Asimin oğlu Nəsrdən nəql olunub: “Bir gecə Ömər, Mədinə evlərinin birindən bir qadının əza mərsiyə səsini eşitdi. Tələsik evə daxil olub qadınları dağıtdı və mərsiyə oxuyan qadını öz qırmancı ilə elə döydü ki, onun baş örtüyü açıldı. Xəlifə ilə bir yerdə olanlar bu səhnəni gördükdə ona dedilər: “Ey xəlifə! Qadının saçları göründü. Ömər cavabında belə dedi: " أَجل، فلا حرمة لها – “Bəli, bu qadının ehtiramı yoxdur".

(“Kənzul-Ummal”, 15-ci cild, səhifə 731.)

 

İkinci mehvər:

Qadağa iddiasının cavabında yaxşı olar ki, ağlamağı haram bilənlərin istinad etdiyi yuxarıdakı hədisləri təhlil və tədqiq edək:

1.İlk olaraq Ayişənin nəzərini xatırladaq: “O, yuxarıdakı hədisləri etibarsız bilir, onları qəbul etmirdi və o hədisin ravilərinə səhv və unutqanlıq nisbəti verirdi.”

Nəvəvi deyir:Yuxarıdakı hədislər Ayişə tərəfindən qəbul olunmayıb, onları qəbul etmirdi və o hədisin ravilərinə səhv və unutqanlıq nisbəti verirdi. Çünki ikinci xəlifə və onun oğlu Abdullah bu hədisləri düzgün şəkildə Peyğəmbərdən (s) almayıblar.”

İbn Abbasın dediyi kimi: “bu söz Peyğəmbərin (s) sözü yox, xəlifənin sözüdür.” (“Şərhun-Nəvəvi”, 5-ci cild, səhifə 307.)

 

Bu haqda aşağıdakı hədisləri qetd etmək yerinə düşərdi:

a).İbn Məlikə elə macəralardan söhbət açır ki, ağlamağı haram bilən hədislərin saxta olmasından xəbər verir. O deyir:

Osmanın qızlarından biri vəfat etdi. Abdullah ibn Ömər və Abdullah ibn Abbas ilə birgə onun dəfn mərasimində iştirak etdik. O iki nəfərin arasında oturmuşdum. Abdullah ibn Ömər təəccüblənib Osmanın oğluna belə dedi:

“Nə üçün camaatı ağlamaqdan çəkindirmirsiniz? Həqiqətən Allahın Rəsulundan (s) eşitdim ki, buyururdu: "Ölən öz yaxınlarının ona ağlamasından əzab olunur". O an İbn Abbas üzünü İbn Ömərə tutub dedi: "Bu sözü deyən Ömərdir". Çünki Ömər yaranın şiddətindən ölüm yatağında olan zaman Süheyb onun yanına gələrək ağlayıb nalə etdi. Ömər, Süheybin bu əməlindən əsəbləşərək dedi: “Mənə ağlayırsanmı, halbuki Peyğəmbər (s) buyurubdur ki, ölən yaxınlarının ona ağlamasından ötrü əzabda olacaq!

O ardınca belə bəyan etdi: “Ömərin ölümündən sonra, onun bu sözünü Ayişə üçün danışdım. O cavabında belə dedi: "- رحم اللَّه عمر، واللَّه ما حدث رسول اللَّه، ليعذب 

“Allah Ömərə rəhmət eləsin! Allaha and olsun ki, heç vaxt Peyğəmbər (s) belə bir sözü dilinə gətirməyibdir, əksinə o həzrət belə buyurub: “Allah kafirin əzabını qohumlarının ağlaması ilə artırır".

Sonra Ayişə öz sözünü bu cümlə ilə davam etdi:

 " حسبكم كتاب اللَّه ولا تزر وازرة وزر اخرى-

Quran, sizə bu haqda kifayət edir ki, buyurdu: “Heç kim başqasının günahını daşımaz!” (Fatir surəsi,18)".

O an İbn Abbas bu cümləyə təkid etdi ki, “Allah güldürür və ağladır.”

Bu hadisəni danışan deyir: Elə ki, İbn Abbasın sözü bitdi, Abdullah ibn Ömər sakit oldu və danışmadı.”

(“Müsnədi-Əhməd”, 1-ci cild, səhifə 41. “Cameul-Üsul”, 11-ci cild, səhifə 99.)

 

b).Bir gün Ayişənin yanında Abdullah ibn Ömərin dediyi söz araya gəldi ki, Peyğəmbərdən (s) nəql edərək deyir: “Meyit qohumlarının ağlaması ilə qəbirdə əzab olunur!”

Ayişə cavabında belə dedi: " ذهل ابن عمر! انما قال رسول اللَّه صلي الله عليه و آله و سلم انه ليعذب بخطيئته و ذنبه و انّ اهله ليبكون عليه الان؛  -

“Ömərin oğlu unudubdur, əksinə Allahın Rəsulu (s) belə buyurub: Ölü qəbirdə günahlarına görə əzab olunur, halbuki yaxınları da, o vaxt onun üçün ağlayırlar.” (“Şərhun-Nəvəvi2, 5-ci cild, səhifə 308)

 

c).Ayişə başqa bir ifadəsində iddia edir: - انكم لتحدثون عن غير كاذبين و لا مكذوبين و لكن السمع يخطى

Ömər və övladı Abdullah, bilərəkdən və qəsdən Allah Rəsulunun (s) adından yalan danışmayıblar, əksinə hədisi Peyğəmbərdən (s) səhv eşidiblər".

(“Müsnədi-Əhməd”, 1-ci cild, səhifə 42. “Camiul-Üsul”, 11-ci cild, səhifə 93.)

 

Həmçinin Ayişə bu hadisəni xatırlayır ki:

d).Bir gün Allah Rəsulu (s) bir qəbrin yanından keçirdi, onun qohumlarının ona ağladığını görüb bu sözü dilinə gətirdi: "heç kim, başqasının əməlinin yükünü daşımaz".

(“Səhihi-Buxari”, 1-ci cild, səhifə 223. “İrşadus-Sari”, 2-ci cild, səhifə 404.)

 

(Yuxarıda) İşarə olunan, Peyğəmbərin (s) Cəfər ibn Əbi Talibin qohumlarının ona ağlamasına mane olduğu hədis də, həqiqətdən uzaqdır; çünki:

1.Bu hədis Peyğəmbərin (s) ağlamağa şövq etdiyini bildirən başqa hədis ilə ziddiyyət təşkil edir: “Sünəni-Nəsai”, 4-cü cild, səhifə 19. “Müsnədi-Əhməd”, 2-ci cild, səhifə 323. “Əl-Müstədrək ələs-Səhiheyn”, 1-ci cild, səhifə 381.

(Sirətu- Rəsulillah bölümündə zikr olunan hədislərə baxa bilərsiniz.)

 

2.Yuxarıdakı hədisin sənədində, "Məhəmməd ibn İshaq ibn Yəsar ibn Xəyyar" adında bir şəxs vardır ki, əhli-sünnə hədisçiləri və “Rical” elminin alimləri yanında onun tayfasına etina olunmurl və onlar zikr olunan hədisi onun vasitəsilə "zəif" və "cəli (saxta)" bilirlər.

عن ابن نمير: انه يحدث عن المجهولين احاديث باطلة. و عن احمد: يشتهى الحديث فياخذ كتب الناس فيضعها فى كتبه. و عنه ايضا: كان ابن اسحاق يدلّس. و عن ابى عبداللَّه: كان لايبالى عن من يحكى. و عنه ايضا: ليس بحجة. و عن احمد: لم يكن يحتج به فى السنن. و عن يحيى بن معين: ليس بذاك، ضعيف. و عنه ايضا: سقيم ليس بالقوى. و عن النسائى: ليس بالقوى.

(“Təhzibul-Kəmal”, 16-cı cild, səhifə 70-80.)

 

3."Nəsr ibn Əbi Asim"dən zikr olunan hədis də, zəifliyin qurbanı olub və aşağıdakı sübutlara əsasən ona istinad etmək olmaz:

a).O hədisin sənədi zəifdir, çünki hədisçilər arasında "İbrahim ibn Məhəmməd ibn Əbi Yəhya" adında bir nəfər gözə dəyir və əhli-sünnənin adlı-sanlı alimləri onu yalançı, hədis saxtakarı və etina olunmayan şəxs biliblər.

قال احمد: كل بلاء فيه. و قال ايضا: لايكتب حديثه، ترك الناس حديثه، كان يروى احاديث منكرة، لا اصل لها، و كان يأخذ احاديث الناس يضعها فى كتبه. و قال بشر بن المفضل: سألت فقهاء اهل المدينة عنه، فكلهم يقولون: كذّاب. و قال النسائى: ليس بثقة و لايكتب حديثه.

(“Təhzibul-Kəmal”, 1-ci cild, səhifə 420.)

 

b).Bu cür bəyənilməyən hadisəni müsəlmanların xəlifəsinə aid etmək inanılmazdır və onu həqiqətdən uzaq bilmək olar. Çünki Ömərin naməhrəm bir qadının evinə hücum etməsi və onu başından baş örtüyü açılana qədər qırmanc ilə döyməsi necə mümkündür. Üstəlik xəlifə köməkçilərinin etirazı müqabilində o qadını ehtiram olunmayan bir qadın saysın və vəhy evinə yürüş etdiyi acı xatirəni zehinlərdə təzələsin.

c).Yuxarıdakı hadisənin düzgün olduğunu fərz etsək: “Tutaq ki, Ömər bu işi görübsə bu bizə sübut və höccətdirmi? sualı qarşıya çıxır? Halbuki, onun ismət iddiası olmayıb və başqaları da, bu iddianı onun üçün zikr etməyib. Sünnilərin seçilmiş alimi olan Ğəzali, Ömər və Əbu Bəkrin sözünün sənəd və sübut olmasını xülyadan başqa bir şey bilməmişdir.

فقال: الاصل الثانى من الاصول الموهومة: قول الصحابى، و قد ذهب قوم الى ان مذهب الصحابى حجة مطلقا، و قوم الى انّه الحجة ان خالف القياس، و قوم الى ان الحجة فى قول ابى بكر و عمر خاصة لقوله اقتدوا باللذين بعدى، و قوم الى ان الحجة فى قول الخلفاء الراشدين اذا اتفقوا. و الكل باطل عندنا، فانّ من يجوز عليه الغلط و السهو، و لم تثبت عصمته عنه فلا حجة فى قوله، فكيف يحتج بقولهم مع جواز الخطاء.

(“Əl-Mustəsfa”, 1-ci cild, səhifə 260; “Dirasətul-fiqhiyyə fi məsailin xilafiyyə, səh.138)

 

d).Şübhəsiz xəlifənin rəftarı Peyğəmbərin (s) sünnəsinə uyğun olmayıbdır. Bizi bu iddiaya yönəldən odur ki, o həzrət (Peyğəmbər (s)) bir hədisdə onu (Öməri) ağlayanlar ilə mübarizə aparmaqdan çəkindirərək buyurdu: "يا عمر! دعهن"Ey Ömər, onlardan əlçək!”

Müsnədi Əhməd, 2-ci cild, səhifə 323... və həmçinin Ayişə bu xüsusi məsələdə Ömərə səhv və unutqanlığı nisbət vermişdir.

(“Əl-Məcmu lin-Nəvəvi”, 5-ci cild, səhifə 308.)

 

Nəticə:

Yuxarıdakı hədislər haqqında səbirlə düşünərək bilmək olar ki, ölülərə əza saxlamaq və ağlamağın haram olması Ömər və onun övladına qayıdır. Əgər nikbincəsinə Ayişənin sözünə baxsaq və Peyğəmbərin (s) buyurduğunu "anlamaqda səhv" və yaxud "nəqlində xəta" kimi qəbul etsək bu nəticəyə çatacağıq ki:

“İslamın əziz Peyğəmbəri (s) heç vaxt müsəlman ölülərə ağlamaq və əza saxlamağı qadağan etməmiş və meyitə əzab vermə hədisi isə kafir ölüsünə işarədir və müsəlman ölülərinə şamil olunmur.”

 

 

Tarixi araşdırma

 

Tarixdə əzadarlıq, mərsiyə oxuma, rövzəxanlıq, xatirə və matəm mərasimləri həddən artıq çoxdur. Tarixi mətnləri, qədim islami əsərləri tədqiq və təhlil etməklə çoxlu nümunələr tapmaq olar ki, bu işin (əzadarlıq) geniş yayılmasından və adi bir iş olmasını xəbər verərək bu məclislərin ənənəvi olmasına şəhadət verir. Mədinə camaatının imam Hüseynin (ə) şəhadət xəbərini eşitməsindən təsirlənməsi bu iddianın aşkar nümunələrindən biridir. Təbəri öz tarixində hədis söyləyənlərin birindən nəql edərək yazır:

" فلم اسمع واللَّه واعية مثل واعية نساء بنى هاشم فى دورهن على الحسين

Allaha and olsun, mən Bəni-Haşimin qadınlarının Hüseyn (ə) müsibətinə nalə etməsi və ağlaması kimi əzadarlıq eşitməmişəm".

(“Tarixi-Təbəri”, 3-cü cild, səhifə 341 və 342.)

 

İbn Kəsir öz tarixində belə yazır: “Aşura günü Dəməşqdə Sibt ibn Cuzidən istənildi ki, minbərə çıxıb imam Hüseynin (ə) necə şəhadətə yetməsindən söhbət etsin. Sibt ibn Cuzi bu istəyi qəbul edərək minbərin yuxarısına söykəndi. O uzun bir sükutdan sonra dəsmalını üzünə qoyub güclü ağlamağa başladı. O an ağlayaraq bu iki beyti oxudu:

ويل لمن شفعاؤه خصماؤه * و الصور فى نشر الخلايق ينفخ

‏ لابد أن ترد القيامة فاطم * و قميصها بدم الحسين ملطخ

“Vay olsun o kəsin halına ki, şəfaətçisi onun düşməni olsun! Qiyamət baş verəndə insanların yerdən çıxması üçün Sura üfürüləcək.

Nəhayət Qiyamətdə Fatimeyi-Zəhra məhşərə daxil olacaq. Bu vaxt Hüseynin (ə) qanına bulanmış köynək onun əlində olacaq.”

Sonra Sibt ibn Cuzi minbərdən aşağı gələrək göz yaşı axıdan halda evinə getdi.

(“Əl-Bidayə vən-Nihayə”, 13-cü cild, səhifə 207. Hicri-qəməri, 654-cü ilin hadisələri).

 

Tarixdə əhli-sünnə şəxsiyyətlərinin əzadarlıq məclisi qurması nümunələri də yazılmışdır. Misal olaraq aşağıdakı hallara işarə etmək olar:

 

Əbdül-mömin üçün əzadarlıq (təvəllüdü, 346 h.q)

Əbdül-mömin ibn Xələf, zahiri məzhəbinin fəqihlərindən və Məhəmməd ibn Davud məktəbinin davamçılarındandır. Nəsəfi, onun torpağa tapşırılması haqqında belə deyir: Əbdül-möminin cənazəsinin dəfn mərasimində iştirak etdim. Təbilin səsi o qədər güclü idi, elə bil ki, bir qoşun Bağdad şəhərinə yürüş edibdir. Bu mərasim camaatın meyit namazı bərpa edənə qədər davam etdi.

(“Tarixu mədinətid-Dəməşq”, ibn Əsakir, 10-cu cild, səhifə 272. “Seyru Əlamil-Nübəla”, 10-cu cild, səhifə 480.)

 

Cüveyni üçün əzadarlıq (təvəllüdü, 478 h.q)

Zəhəbi, Cüveyninin vəfatı və əzadarlıq mərasimindən belə yazır:

"Əvvəl onu evində dəfn etdilər və o zaman cəsədini məqbərətul-Hüseynə (Hüseynin məqbərəsinə, ola bilsin məqsəd Kərbəladır) köçürtdülər". Onun matəmində minbərini sındırdılar. Bazarları tətil etdilər və müsibətində çoxlu mərsiyələr oxudular. Onun dörd yüz tələbə və şagirdi var idi. Onlar (şagirdləri) müəlliminin matəmində qələm və qələm qablarını sındırıb bir il əzadarlıq etdilər və əmmamələrini bir il ərzində başlarından götürdülər elə həddə ki, kimsə əmmamə qoymağa cürət etmirdi. Onlar bu müddətdə şəhər səviyyəsində növhəxanlıq və mərsiyəxanlıq edərək artıqlaması ilə nalə və fəryad etdilər.

(“Seyru əlaml-Nübəla”, 18-cu cild, səhifə 468. “Əl-müntəzəm”, 9-cu cild, səhifə 20.)

 

İbn Cuzi üçün əzadarlıq (təvəllüdü, 598 h.q)

Sibt ibn Cuzi, Ramazan ayının on üçü cümə axşamı vəfat etdi. Zəhəbi onun ölümünün inikası haqda yazır:

"Onun ölümü ilə, bazarlar tətil oldu və çoxlu cəmiyyət gələrək, camaatın çoxluğu və istinin şiddəti əzadarların çoxunun öz orucunu açmasına səbəb oldu! Bəziləri özünü Dəcləyə (Dəclə çayına) atdı...kəfəndən bir az qaldı... camaat ramazan ayının sonuna qədər onun qəbri kənarında gecəni sübh etdilər. Onlar şam, işıq və qəndil gətirib Quranı sona çatdırdı. Əzadarlıq mərasimini şənbə günü təşkil etdik, vaizlər onun haqqında söhbət etdilər. Çoxlu camaat iştirak etdi və onun haqqında mərsiyə deyildi". (“Seyru Əlamil-Nübəla”, 18-cu cild, səhifə 379.)

 

Həqiqətən, görəsən bu ikitirəlik nədəndir?.........

 



1              Sünəni-Nəsai”, c.4, səh.22, “Səhihi-Buxari”, c.1, səh.223.

2              Əl-İstiyab”, Qurtəbi c.1, səh.275; Müsnədi-Əhməd”, c.6, səh 40; “Səfaul-ğəram”, c.2, səh.347.

3              Ənsabul-Əşraf”, lazəri, c.2, səh.298.

1              Müstədrəki- Hakim”, c.1, səh.381; “Müsnədi-Əhməd”, c.2, səh.323; “Kənzul-ümmal”, c.10, səh.621

2              Təzkirətul-xəvas”, səh.7

3           Ət-təbəqatul-Kubra”, İbn Səd, c.1, səh.123.

4              Əl-Müstədrək”, c.1, səh.357; Tarixul-Mədinə”, İbn Şübbə, c.1, səh.118.

5              Əl-Əqdul-Fərid”, c.3, səh.19.

6              Zəxairul-uqba”, səh.56.

7              Əs-Sirətul-Hələbiyyə”, c.2, səh.247.

1              Əl-Müstədrək ələs-Səhiheyn”, c.1, səh.261; “Əs-Sünənul-Kubra”, c.3, səh.407.

2              Əl-Məğazi”, c.1, səh.239

3              Əxbaru-Məkkə”, Fakihi c.3, səh.80.

4              Əs-sirətun Nəbəviyyə, c.4, səh.305

5              Əs-sirətun Nəbəviyyə, c.3, səh.171

6              Əl-Müsnəf ibn Əbi Şeybə”, c.3, səh.175

7              Əl-Əqdul Fərid”, c.4, səh.283.


Etiketlər :