İslam dininin elm, bilik və savada təkidi

18 April 2024

14:04

۱,۸۹۰

Xəbərin xülasəsi :
İslam dininin elm və bilik barəsində olan tövsiyələri və çağırışları kimi heç bir məktəb və quruluş təkid etməmişdir. Qurani-kərimdə və çox-çox rəvayətlərdə həzrət Peyğəmbərdən və məsum İmamlardan (əleyhimussəlam) elm və biliyin əzəməti və vacibliyi barəsində çoxlu təkidlər vardır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

İslam dininin elm, bilik və savada təkidi

Heç bir din və ya quruluşda elm, bilik və savada İslam dini qədər ehtiram və əzəmətə qail olmamışdır; İslam dininin elm və bilik barəsində olan tövsiyələri və çağırışları kimi heç bir məktəb və quruluş təkid etməmişdir. Qurani-kərimdə və çox-çox rəvayətlərdə həzrət Peyğəmbərdən və məsum İmamlardan (əleyhimussəlam) elm və biliyin əzəməti və vacibliyi barəsində çoxlu təkidlər vardır.

Qurani-kərim Mücadilə surəsinin 11-ci ayəsində elmin əhəmiyyəti və alimin dərəcəsi və məqamının üstünlüyünə işarə edib buyurur:

"يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَ الَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجاتٍ"

"Allah taala, iman gətirən və elm əldə edən kəslərə əzəmətli dərəcələr bəxş etmişdir."

“Dərəcələr” sözü burada mütləq surətdə və qeydsiz gəlmişdir və bu da onların yüksək məqamını göstərir. Bu şərafətli ayənin təfsirində Əbu-Zər (Allah ruhunu şad etsin) həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql edir ki, buyurdu: “Ey Əba-Zər! Elm öyrənən şəxsi Allah-taala, mələklər və peyğəmbərlər sevirlər və elmi ancan səadət əhli sevər. Belə olan surətdə elm tələb edən insan Qiyamət günü xoşbəxtdir. Evindən elm öyrənmək niyyəti ilə xaric olan kəsə, Allah-taala hər qədəminə Bədr döyüşündə şəhid olmuş şəhidlərdən birinin savabını yazar, elm sevən və tələb edən şəxs Allahın dostudur. Elmi sevən şəxsə behest vacib olar, belə insan gecə və gündüz Allahın razılığında olar və dünyadan gedərkən Kövsər bulağından içər və behest meyvələrindən meyl edər və cənnətdə həzrət Xızrın (əleyhissəlam) rəfiqi olar. Sonra Həzrət buyurdu: Bütün bu fəzilətlər bu mübarək ayənin mənasından ələ gəlir ki, buyurur:

«يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَ الَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجاتٍ‏».

Başqa bir ayədə alimlərin və əhli-elmin məqamına işarə buyurur:

 "هَلْ يَسْتَوِي الَّذينَ يَعْلَمُونَ وَ الَّذينَ لا يَعْلَمُونَ "

"Görəsən, bilik sahibi olanlarla bilməyənlər eyni ola bilərlərmi?!"

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:

" مَن طَلَبَ العِلمَ فهُوَ کالصّائمِ نَهارَهُ ، القائمِ لَیلَةُ ، وإنَّ بابا مِنَ العِلمِ یَتَعَلَّمُهُ الرَّجُلُ خَیرٌ لَهُ مِن أن یَکونَ أبو قُبَیسٍ ذَهَبا فأنفَقَهُ فی سَبیلِ اللّه"

"Hər kəs elm ardınca gedərsə, günlərini oruc tutub gecələrini ibadət edən şəxs misalındadır. Əgər bir kəs bir bab elm öyrənərsə, bu, onun üçün Əbu Qubeys dağı qədər qızılı Allah yolunda ehsan etməkdən daha üstündür."

Həmçinin Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:

"طالِبُ العِلمِ طالِبُ الرَّحمَةِ ،طالِبُ العِلمِ رُکنُ الإسلامِ ، ویُعطى أجرَهُ مَعَ النَّبِیّینَ "

"Elm axtaran rəhmət axtaran kimidir, elm axtarmaq İslamın rüknüdür və belə şəxsin mükafatı peyğəmbərlərin öhdəsinədir."

Eləcə də bəzi rəvayətlərə əsasən, Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:

"إنَّ طـالِبَ العِلمِ تَـبسُطُ لَـهُ الـمَلائکَةُ أجـنِحَتَها وتَستَغفِرُ لَهُ "

"Elm axtaran şəxsin ayaqları altına mələklər öz qanadlarını salar və Allahdan onun üçün bağışlanmaq istəyərlər."

Həzrət İmam Sadiq əleyhissəlam buyurur:

"فَضْلُ الْعَالِمِ عَلَى الْعَابِدِ كَفَضْلِ الْقَمَرِ عَلَى سَائِرِ النُّجُومِ لَيْلَةَ الْبَدْر "

"Alimin abidə nisbət üstünlüyü, on dörd gecəlik ayın işığının göydəki ulduzların işığı kimi aşkardır."

Elm və biliyin fəzilətləri barəsində onlarla digər rəvayətlər vardır ki, bütün bunlar insanları elm kəsb etməyə sövq edir.

Əmək, çalışmaq və fəaliyyət etmək barəsində də İslam dininin təkidləri çoxdur və tənbəl və passiv insanları dinimiz məzəmmət edir.

İltimasi dua!

 

Etiketlər :

İslam dininin elm bilik və savada təkidi