Aşura hadisəsinin təhlillərindən (ardı)

20 April 2024

07:10

۱,۰۹۰

Xəbərin xülasəsi :
Osman xilafət kürsüsünə qalxdıqdan sonra Əbu Sufyan onun yanına gəlib deyir: “Təym və Ədiy (Əbu Bəkr və Ömərin qəbiləsin)-dən sonra bu xilafət sənə çatdı. Onu (öz qəbilən arasında) top kimi dolandır və onun dayaqlarını Bəni-Üməyyədən qərar ver! (Bunu xatırla ki,) məqsəd yalnız hakimiyyətdir (nəinki İslam xilafəti). Mən ki, heç bir cənnət və cəhənnəmin olmasına inanmıram!”





آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Aşura hadisəsinin təhlillərindən

Görəsən, Əbu Sufyan oğlu Muaviyənin həzrət Əliyə (əleyhissəlam) qarşı kəskin düşmənçiliyini, Bəni-Üməyyənin Bəni-Haşimə qarşı ədavət hissindən doğan Əbu Sufyanın həzrət Peyğəmbərlə (sallallahu əleyhi və alih) uzun sürən müharibələrinin ardı kimi qiymətləndirmək və dünya mənfəətlərinə xatir minlərlə müsəlmanın qanının axıdılması ilə nəticələnən bu iki qarşıdurma arasında uyğunluq və məntiqi əlaqəni sübut etmək üçün əlavə dəlil lazımdırmı?

 Gün kimi aydın olan bu məsələ haqqında daha bir qeydi xatırladaq:

Osman xilafət kürsüsünə qalxdıqdan sonra Əbu Sufyan onun yanına gəlib deyir:

"صارَتْ إِلَيْکَ بَعْدَ تَيْم وَ عَدِیٍّ فَأَدِرْها کَالْکُرَةِ، وَاجْعَلْ أَوْتادَها بَنِی أُمَيَّةَ، فَإِنَّما هُوَ الْمُلْکُ وَ لاَ أَدْرِی ما جَنَّةٌ وَ لا نارٌ"

  “Təym və Ədiy (Əbu Bəkr və Ömərin qəbiləsin)-dən sonra bu xilafət sənə çatdı. Onu (öz qəbilən arasında) top kimi dolandır və onun dayaqlarını Bəni-Üməyyədən qərar ver! (Bunu xatırla ki,) məqsəd yalnız hakimiyyətdir (nəinki İslam xilafəti). Mən ki, heç bir cənnət və cəhənnəmin olmasına inanmıram!”

“Dəməşq tarixi” kitabında deyilir: Əbu Sufyan (qoca yaşlarında) gözləri görmədiyi bir vaxt Osmanın yanına gəlib dedi: Aramızda casus (kənar adam) varmı? Osman dedi: Xeyr. Əbu Sufyan dedi: Ey Osman! Bu padşahlıq eyni ilə cahiliyyət dövrünün padşahlığıdır. Ona görə Bəni-Üməyyəni rəhbərlik vəzifələrinə təyin et!”[1]

Amma Əbu Sufyanın oğlu Muaviyə barəsində də bir nümunə deyək:

Muğeyət ibn Şöbənin oğlu Mutərrif deyir:

"...وإنّ أخا هاشم يُصرَخ به في كلّ يوم خمس مرّات : أشهد أنّ محمّدا رسول اللّه ، فأيّ عمل يبقى مع هذا؟ لا اُمّ لك؛ واللّه إلاّ دفنا دفنا"

“Bir gecə (atam – Muğeyrə – evə ) gəldi, çox qəmgin idi, şam yeməyini belə, yemədi. Elə güman etdim ki, bizim barəmizdə bir narahatlıq baş vermişdir. Bir qədər ara verdikdən sonra ondan: Nə üçün qəmginsən, nə baş vermişdir? – deyə, soruşdum. Dedi: Oğlum, mən ən xəbis insanın yanından gəlirəm. Dedim: Nə olubdur? Dedi: Muaviyə ilə təklikdə oturmuşdum, ona dedim ki, ey Əmirəl-möminin! Bizdən sən hökumətə yetişdin, yaxşı olar ki, ədalətlə davranıb yaxşılıqlar edəsən. Artıq yaşın ötüb, əgər Bəni-Haşimdən olan qardaşlarına lütf etsən və qohumluq əlaqələrini yaxşılaşdırsan, (çox yaxşıdır). Allaha and olsun ki, artıq elə bir şeyə (qüdrətə) malik deyillər ki, onlardan qorxasan. Muaviyə mənim cavabımda dedi: Heç vaxt, heç vaxt! Təym (qəbiləsindən) olan kişi hökumətə çatdı, ədalətlə rəftar edib yaxşı işlər gördü. Amma Allaha and olsun, elə ki, öldü, onun adı da öldü. Bir nəfər ancaq tapılar ki, onun – Əbu Bəkr deyə, adını çəkib yada salsın. Ondan sonra Ədiy (qəbiləsindən) olan kişi hökumətə çatdı. On il çalışdı, amma Allaha and olsun, elə ki, öldü, adı da onunla bərabər öldü. Bir nəfər ancaq tapılar ki, desin Ömər. Sonra qardaşımız Osman hökumətə çatdı. O, elə bir şəxs idi ki, əsil-nəsəbdə bərabəri yox idi. O qədər işlər görməyinə baxmayaraq, onunla elə etdilər (və qətlə yetirdilər). Onun ölümü ilə adı da ölüb getdi, hətta ona qarşı edilən işləri də yada salmırlar. Amma o Haşimi (qəbiləsindən) olan kişinin adını gündə beş dəfə ucadan səsləndirirlər: “Əşhədu ənnə Muhəmmədən Rəsulullah”. Belə olan tərzdə daha nə etmək qalır? Ey anası ölmüş! Allaha and olsun ki, (bu adı) ancaq dəfn etmək və dəfn etməkdən başqa yol yoxdur!”[2]


[1] “Tarixi-Dəməşq” 23-cü cild, səh. 471; “Əl-Əğani”, 6-cı cild, səh. 370; “Murucuz-zəhəb”, 2-ci cild, səh. 351; “Tarixi-təbəri”, 10-cu cild, səh. 57; “Əl-İstiab”, 4-cü cild, səh. 241 (3035); “Şərhi Nəhcul-bəlağə”, 15-ci cild, səh. 175.

[2] “Murucuz-zəhəb”, 4-cü cild, səh. 41; “Əxbarul-muvəffəqiyyat”, səh. 576, hədis-375; “Şərhi Nəhcul-bəlağə”, 5-ci cild, səh. 129; “Kəşful-ğummə”, 2-ci cild, səh. 44.

(ardı var)

Etiketlər :

Aşura hadisəsinin təhlillərindən (ardı)