Hüzuri-qəlbin mərhələləri

20 April 2024

14:21

۹۸۷

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Şeyx Muhəmməd Cavad Fazil Lənkərani (Allah bərəkətli ömrünü uzun etsin) cənablarının "Namazın əsrarı və qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
آخرین رویداد ها

 

Bismilləhir-Rahmənir-Rahim

Hüzuri-qəlbin mərhələləri

Namaz əsnasında hüzuri-qəlb xüsusunda gərək çoxlu mətləblər deyilsin ki, namazda hüzuri-qəlb nədir? Hansı mərtəbələri, maneələri və illətləri vardır? Allah təbarək və təalanın fəzl və lütfü ilə əgər bu incəliklərə, inşaallah aydınlıq gətirə bilsək, qeyd olunan mətləblərin ən əhəmiyyətlisini bəyan etmiş olarıq.

Öncə qeyd etdik ki, bəzi böyük şəxsiyyətlər namazda hüzuri-qəlb məsələsini mühüm hallardan biri qərar vermişlər və hüzuri-qəlb üçün müəyyən mərtəbələr və mərhələlər saymışlar.[1] Birinci mərtəbə budur ki, insan Allahın hüzurunda və məhzərində dayandığını, Onunla söhbət etdiyini və Onun əmrini yerinə yetirdiyini bilsin. Bu surətdə əgər nə danışdığına və nəyi etdiyinə diqqət etməzsə, əməllərin və zikrlərin həqiqətindən və  namazın tərkibindən heç bir bəhrə yoxdur. Bu mərhələdə mümkündür qiraətin səhihliyinə və namazı ərəb ləhni ilə dəqiq oxumağa da fikir verməsin.

İkinci mərtəbə odur ki, bu kəlmələri və bu əməllərin zahirini o cür ki, Allah əmr buyurubdur, yerinə yetirsin; qiyam halında necə dayansın, rüku və səcdə halında nə cür əyilsin? Qiraət zamanı kəlmələri necə bəyan etsin? Bu hüzuri-qəlbin digər bir mərtəbəsidir.

Üçüncü mərtəbə odur ki, bu zikrlərin və əməllərin həqiqətinə diqqət yetirsin, rükunun həqiqəti nədir və qiyamla onun fərqi nədədir? Bilsin ki, səcdənin həqiqəti Allah təbarək və təalanın məhzərində fani olmaqdır və rüku ilə onun fərqini bilsin. Zikrlərin mənalarını tam şəkildə bilsin, məsələn, “Allahu əkbər”in mənası nədir? Namazın başlanğıcında “iftitahiyyə” (açılış) təkbirlərini və sonra “təkbirətul-ehram”ı dediyi zaman, bu ifadələrlə nə dediyini bilsin: görəsən, qəlbinin, nəfsinin və ürəyinin dilində cari olanlara imanı vardır, yoxsa xeyr? Rüku zikrinin və sair zikrlərin həqiqətini dərk etsin.

Daha yüksək mərhələ budur ki, bütün diqqəti Allaha olsun və özünü tam şəkildə Allah təbarək və təalanın varlığında məhv etsin. Bəyan etdiyi bütün kəlmələrə qəlbində yer versin: ön mərhələdə “الحمد لله رب العالمین” ifadəsinin mənasını dərk etməkdən əlavə bu həqiqəti o geniş mənası ilə öz qəlbində yer versin. O geniş məna budur ki, hər bir kəsin, hər bir “həmd” deyənin və hər bir şey barəsində sadir olan “həmd”, həqiqətdə Allah-taala üçün deyilən həmddir. Əgər insan bir alimin elminə görə ona pərəstiş edirsə, əgər bir şəxs, təqvalı və arif, yaxud sənətkar və məharətli bir kimsəni tərif edib hörmətlə yad edirsə, həqiqətdə Allah təbarək və təalaya sitayiş edir. Ümumiyyətlə, Allahdan qeyri heç bir mövcudun həmd olunmağa qabiliyyət və dəyəri yoxdur. Əgər bütün bu mənaya öz qəlbində yer vermiş olsa, bəzi əxlaq elminin alimləri bunu, hüzuri-qəlbin halı ünvanı altında müzakirə etmişlər.

(ardını izləyin)

[1] 11-ci məclis.

Etiketlər :

Hüzuri-qəlbin mərhələləri