Hüzuri-qəlbin maneələri

25 April 2024

09:08

۹۳۷

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Şeyx Muhəmməd Cavad Fazil Lənkərani (Allah bərəkətli ömrünü uzun etsin) cənablarının "Namazın əsrarı və qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hüzuri-qəlbin maneələri

Həzrət imam Rza əleyhissəlam buyurdu:

"طُوبى‏ لِمَنْ‏ أَخْلَصَ‏ لِلَّهِ‏ الْعِبَادَةَ وَ الدُّعَاءَ، وَ لَمْ يَشْغَلْ قَلْبَهُ بِمَا تَرى‏ عَيْنَاهُ، وَ لَمْ يَنْسَ ذِكْرَ اللَّهِ بِمَا تَسْمَعُ أُذُنَاه‏"

“Xoşbəxt o kəslərdir ki, Allah üçün xalisliklə ibadət və dua edirlər və gözləri ilə gördükləri şeylərə qəlblərini məşğul etmirlər və qulaqları ilə eşitdikləri şeylər səbəbinə Allahın zikrini unutmurlar...”[1]

Diqqəti cəlb edən mühüm bir məsələ budur ki, namaz son dərəcə çoxlu əsrar, həqiqətlər, əsərlər və faydalara malikdir və insanın bu əsrardan müəyyən bir miqdarı əldə etməsi və ondan faydalanması üçün Allah təbarək və təala bütün imkanları və yolları nəzərə almışdır. Əgər namazın vaxtı əldən çıxsa, buyurur ki, namazın qəzasını yerinə yetirsin. Əgər fərz və vacib əməlləri xüşu və hüzuri-qəlblə səhih əncam verməsə, nafilə və müstəhəb (bəyənilən və xoşagələn qeyri-vacib) əməllər vasitəsilə onun əvəzini yerinə yetirsin.

Zürarə həzrət imam Baqirdən (əleyhissəlam) belə nəql edir:

" إِذَا قُمْتَ‏ إِلَى‏ الصَّلَاةِ فَعَلَيْكَ‏ بِالْإِقْبَالِ‏ عَلَى‏ صَلَاتِكَ "

“Namaz qılmaq üçün dayanarkən, gərək Allah təbarək və təalaya rəğbətlə üz gətirəsən.”

" فَإِنَّمَا لَكَ مِنْهَا مَا أَقْبَلْتَ عَلَيْهِ "

“Namaz qılmaq səbəbinə qazandığın fayda, sənin Allaha rəğbət göstərib təvəccöh etməyin miqdarındadır.” Yəni insan iki, üç və ya dörd rükətli bir namazda hər nə qədər Allah təbarək və təalaya meyl göstərib yaxın ola bilərsə, qıldığı namazdan əldə etdiyi fayda və bəhrə də bir o qədərdir.

" وَ لَا تَعْبَثْ فِيهَا بِيَدَيْكَ وَ لَا بِرَأْسِكَ وَ لَا بِلِحْيَتِكَ وَ لَا تُحَدِّثْ نَفْسَك "

“(Namaz əsnasında) əlinlə, saqqalınla və başının tükü ilə boş yerə oynama və öz-özünlə danışma.” Yəni namazda fikrin, zehnin və təvəccöhün Allahda olsun, diqqətini başqa məsələlərə məşğul etmə.[2]

 Bu incə və mühüm mətləb Peyğəmbəri əkrəmin (sallallahu əleyhi və alih) dəyərli sözlərində də dönə-dönə qeyd olunmuşdur, Həzrət buyurur:

" أَنَ‏ الْعَبْدَ إِذَا اشْتَغَلَ‏ بِالصَّلَاةِ جَاءَهُ‏ الشَّيْطَانُ وَ قَالَ لَهُ اذْكُرْ كَذَا اذْكُرْ كَذَا حَتَّى يُضِلَّ الرَّجُلَ أَنْ يَدْرِيَ كَمْ صَلَّى‏"

Bu hədis çox təəccüblüdür, şeytanın mühüm məmuriyyətlərindən biri məhz namaz əsnasındadır. Əsasən, insan namaz qılmağa dayanarkən şeytan işinə başlayır. Namaz əhli olmayan bir kəsin üzərində şeytan sərmayə qoymur və onunla şeytanın heç işi də yoxdur. Amma namaz qılmağa dayanan bir şəxs, bu namaz vasitəsilə həmişəlik şeytandan uzaqlaşması və şeytanla mübarizədə namazın çox qüvvətli bir vəsilə olması üçün şeytan ona qarşı işə başlayır.

(ardı var)

[1] «Əl-Kafi”, cild-2, səh. 16; “Əl-Vafi”, cild-4, səh. 374; “Vəsailuş-şiə”, cild-1, səh. 59

[2] “Vəsailuş-şiə”, cild-5, səh. 463

Etiketlər :

Hüzuri-qəlbin maneələri