Həzrət Fatimei-Zəhra əleyha səlamın şəhadət günü

25 April 2024

15:35

۹۴۹

Xəbərin xülasəsi :
Hicri-qəməri 1439-cu il cumadil-ula ayının 13-ü, miladi 2018-ci il yanvarın 31-i, bəzi nəqllərə əsasən həzrət Fatimei-Zəhra əleyha səlamın şəhadət günüdür. Bəşər tarixinin üçüncü şəxsiyyəti olan bu əzəmətli xanımın şəhadəti haqqında bir neçə nəzər bəyan olunmuşdur. Həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) və o Həzrətin şərəfli Əhli-beytinə (əleyhimussəlam) sevgi və məhəbbət bəsləyən müsəlmanlar bu qeyd edilən tarixlərdə Xanım Zəhranın (əleyhasəlam) xatirəsini əzəmətlə yad edir və İlahi övliyanın adı ilə bağlı dini mərasimlər keçirirlər
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 1439-cu il cumadil-ula ayının 13-ü, miladi 2018-ci il yanvarın 31-i, bəzi nəqllərə əsasən həzrət Fatimei-Zəhra əleyha səlamın şəhadət günüdür. Bəşər tarixinin üçüncü şəxsiyyəti olan bu əzəmətli xanımın şəhadəti haqqında bir neçə nəzər bəyan olunmuşdur. Həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) və o Həzrətin şərəfli Əhli-beytinə (əleyhimussəlam) sevgi və məhəbbət bəsləyən müsəlmanlar bu qeyd edilən tarixlərdə Xanım Zəhranın (əleyhasəlam) xatirəsini əzəmətlə yad edir və İlahi övliyanın adı ilə bağlı dini mərasimlər keçirirlər. Ümid edirik mömin bacı və qardaşlar belə məclislərin rəvac tapması və yüksək dərəcədə keçirilməsi istiqamətində əllərindən gələn hər hansı xidməti əsirgəməyəcək və bu əməlləri ilə İmam Zaman əleyhissəlamın qəlbini sevindirəcəklər.

Həzrət Fatiməi-Zəhranın (salamullah əleyha) xütbəsindən bir fəqərənin şərhini əzizlərə təqdim edirik:

Allahın həmd və sənası

Həzrət Fatimə (əleyhasəlam) buyurdu:

فقالت علیها السلام

الحَمدُ لِلّه عَلَی ماأنعَمَ وَ لَه‌ُ الشُّکرُ عَلی ما ألْهَم

Həmd, verdiyi nemətlərə görə Allaha məxsusdur. Şükür, ilham etdiyi şeylərə görə də yalnız onun üçündür.

Həmd (tərif etmək) və mədhin fərqi:

1- Həmdin məfhumu, edilən yaxşılıq tərif edən şəxsə aid olmasa da belə  ixtiyar üzündən baş verən yaxşılıq (ehsan) qarşısında tərif etmək deməkdir.

2- Mədh isə vəsf və ixtiyar üzündən baş verən əməllər və ya zati sifətlərin müqabilində baş vermiş olur.

Bu əsasla mədhin məfhumu həmdin məfhumundan daha da genişdir.

Mənbə: “Şərhe xütbeye Həzrət Zəhra (əleyhasəlam)”, Ayətullah Seyid İzzuddin Huseyni Zəncani.


 

Etiketlər :

Həzrət Fatimei-Zəhra əleyha səlamın şəhadət günü