Xüşu və hüzuri-qəlbin lazımlığı

24 April 2024

23:25

۹۴۳

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Şeyx Muhəmməd Cavad Fazil Lənkərani (Allah bərəkətli ömrünü uzun etsin) cənablarının "Namazın əsrarı və qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Xüşu və hüzuri-qəlbin lazımlığı

Allah-təalanın dərgahına təhvil verdiyimiz bəzi namazlar, özümüz də bilmədən bizim öz üzümüzə qayıdır, yəni bu mənada ki, sənin namazın öz dərdinə dəyər və Allah dərgahında məqbul deyil və heç bir dəyəri yoxdur, ona görə də onu namaz qılanın özünə qaytarırlar. Həzrət burada ümumi bir qayda olaraq belə buyurur:

 وَ إِنَّمَا لَكَ مِنْ صَلَاتِكَ مَا أَقْبَلْتَ عَلَيْهِ بِقَلْبِكَ

“Namazda Allah-təalaya hər nə qədər ürəkdən üz gətirib rəğbət göstərirsizsə, bir o qədər də sizə nəsib olacaqdır.”[1]

Həzrət imam Sadiq əleyhissəlam bir hədisdə buyurur:

وَ اللَّهِ‏ إِنَّهُ‏ لَيَأْتِي‏ عَلَى‏ الرَّجُلِ‏ خَمْسُونَ‏ سَنَةً وَ مَا قَبِلَ اللَّهُ مِنْهُ صَلَاةً وَاحِدَةً

İmam Sadiq əleyhissəlam Allaha and içərək buyurur ki, “mümkündür bir insan əlli il ömür sürə, halbuki Allah dərgahında onun hətta bir namazı da qəbul edilməsin.”

Sonra buyurur: “فَأَيُّ شَيْ‏ءٍ أَشَدُّ مِنْ هَذَا” – Bundan da ağır və şiddətli bir bədbəxtlik olarmı?[2]

Biz keçmiş namazlarımız barəsində nə qədər fikirləşmişik ki, görəsən, Allah dərgahında qəbul olublar, ya xeyr? Böyük müctəhidləri tanıyırıq ki, hərçənd həddi-büluğa yetən çağdan və hətta ondan da öncədən ömürlərinin sonuna qədər namazlarını vaxtında və diqqətlə yerinə yetirmişlər, amma bununla belə özləri buyurmuşlar ki, mən öz ömrümün bütün namazlarını üç dəfə yenidən əncam vermişəm. Belə təşəbbüs ona görədir ki, onlar bu hədisləri mütaliə ediblər və ehtimal veriblər ki, qıldıqları namazlarında Allaha təvəccöhləri az olubdur və ya Allah göstərməmiş təvəccöhləri olmayıbdır. Ona görə də deyiblər: “nə qədər ki, sağıq özümüz bu işləri yerinə yetirək.”

Nə üçün vacibatı və öz namazlarımızı yerinə yetirməkdə qüsur və səhlənkarlıq edib, onları vəfat dövründən sonraya saxlayaq və vəsiyyət edək ki, 30 il, 40 il bizim üçün qəza namazları əncam verilsin. Əgər namazlarımızda bir nöqsan olmuşsa, özümüz həyatda ikən onları islah və əvəz edək. Özümüz qıldığımız bir rükətli namaz, insan vəfat etdikdən sonra on il qılınan namazla müqayisə olunası deyil. Gərək huş-guşla və hüzuri-qəlb ilə namaz qılaq ki, Allah-təala da lütf və kərəmi sayəsində, inşaallah namazımızı qəbul etsin.


(ardı var)

[1] «Biharul ənvar”, cild-81, səh. 260

[2] “Əl-Kafi”, cild-3, səh. 269; “Təhzibul-əhkam”, cild-2, səh. 240; “Vəsailuş-şiə”, cild-4, səh. 24

Etiketlər :

Xüşu və hüzuri-qəlbin lazımlığı