Xanım Fatiməi-Zəhranın (əleyhasəlam) “Fədək” xütbəsi

29 March 2024

12:31

۱,۲۸۵

Xəbərin xülasəsi :
Salam deyərək xilqətin cövhəri, Qədr gecəsinin həqiqəti, Allahın hüccətlərinin hüccəti olan Peyğəmbərin (sallallahu əleyhi və alih) qəlbi, ruhu, bədəninin parası və aləmlərin xanımı Fatimeyi-Zəhranın (əleyhasəlam) qəmli və ürək yandıran şəhadət günləri ilə əlaqədar başsağlığı veririk
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Xanım Fatiməi-Zəhranın (əleyhasəlam) “Fədək” xütbəsi barəsində

اَلسَّلَامُ عَليْکِ ايَتُهَا الْمَظلُومَةُ المَمْنُوعَةُ حَقُّهَا

Salam olsun sənə, ey haqqı əlindən alınan məzlum!”

Salam deyərək xilqətin cövhəri, Qədr gecəsinin həqiqəti, Allahın hüccətlərinin hüccəti olan Peyğəmbərin (sallallahu əleyhi və alih) qəlbi, ruhu, bədəninin parası və aləmlərin xanımı Fatimeyi-Zəhranın (əleyhasəlam) qəmli və ürək yandıran şəhadət günləri ilə əlaqədar başsağlığı veririk.

İslam tarixinin danılmaz həqiqətlərindən biri Allahın Fatimeyi-Zəhraya (əleyhasəlam) verdiyi şübhə edilməyən haqqının zalımcasına qəsb edilməsidir.

İsra surəsi, ayə 26 nazil olduğu vaxt (وَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ “Qohum-əqrəbaya haqqını ver”...), şiə və sünnilərin böyük Quran təfsiri alimlərinin iqrarına əsasən, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) qızı Fatimeyi-Zəhranı (əleyhasəlam) çağırıb buyurdu: "Allah Fədək bağını sənə bağışlamağı mənə əmr etdi. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Fədəki öz sağlığında Xanım Zəhraya (əleyhasəlam) bağışladı. Bağ kamil surətdə Xanımın (əleyhasəlam) ixtiyarında idi.

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) vəfat etdiyi vaxt həzrət Əmirəl-möminin Əlinin (əleyhissəlam) yəqin olan xilafət və vilayətini qəsb etdilər.

Fədək bağı qəsb ediləndən sonra başına gələn müsibət və ruhi sıxıntı ilə belə Həzrət Fatimeyi-Zəhra (əleyhasəlam) haqqını geri almaq üçün məscidə gedib oxşarsız və ifadəli nitq ilə xütbəsini söylədi.

Həqiqətən bu  xütbə etiqad, ürfan, əxlaq, ictimai-siyasi, bədii və epik janrda olan şah əsərlərdən biridir. Xütbənin sonunda Qurana əsaslanan möhkəm məntiqlə Həzrət Fatimeyi-Zəhra (əleyhasəlam) öz haqqını müdafiə etdi. Amma təəssüflər olsun ki, onlar inkar edilməz haqqının verməyib qəddarlıqla mübarək evinə hücum etdilər. Məsum həyat yoldaşının boynuna kəndir salıb “beyət” almaq üçün çəkə-çəkə məscidə apardılar. Evinin qapısını yandırıb Xanımın (əleyhasəlam) nazənin bədənini qapı və divar arasında sıxıb əzdilər...

Bir daha həzrət Fatimei-Zəhranın (əleyhasəlam) şəhadət günlərinin qeyd edildiyi ərəfədə bütün Əhli-Beyt (əleyhimussəlam) dostlarına böyük hüznlə başdağlığı deyir və hamılıqla o həzrətin əziz övladı zəmanənin İmamı həzrət Sahib Zaman əleyhissəlamın yolunu səbirsizliklə gözləyirik...

İltimas dua

 

Etiketlər :

Xanım Fatiməi-Zəhranın (əleyhasəlam) “Fədək” xütbəsi