pic
pic

Həzrət Əmirəl-möminin Əli əleyhissəlamın nəsihətləri

Xəbərin xülasəsi :
“Bəla [çətinlik] zalım üçün ədəb, mömin üçün imtahan, peyğəmbərlər üçün dərəcə və Allah övliyaları [imamlar] üçün kəramətdir [məqam]”

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əmirəl-möminin Əli əleyhissəlamın nəsihətləri

Bəla və çətinliyin hikməti

İnsanların tutduğu mövqedən asılı olmayaraq onların imtahan edilməsi ümumi İlahi bir qanundur. Bu xüsusda ayə, hədis və rəvayətlər olduqca çoxdur.

Dünya bir növ Allahın imtahan “laboratoriyasıdır” ki, kiminsə əməl baxımından daha yaxşı olması aydınlaşsın. 

Geniş və əhatəli bir rəvayətdə Həzrət Əmirəl-möminin Əli (əleyhissəlam) bəla və çətinliyin hikməti barədə buyurur:

...إِنَّ الْبَلَاءَ لِلظَّالِمِ أَدَبٌ وَ لِلْمُؤْمِنِ امْتِحَانٌ وَ لِلْأَنْبِيَاءِ دَرَجَةٌ وَ لِلْأَوْلِيَاءِ كَرَامَةٌ...

Bəla [çətinlik] zalım üçün ədəb, mömin üçün imtahan, peyğəmbərlər üçün dərəcə və Allah övliyaları [imamlar] üçün kəramətdir [məqam]”.[1]

Hədisdə “imtahan”, “dərəcə” və “kəramət” kəlmələrinin işlədilməsi və üç qrupun ‒ "peyğəmbərlər", "Allah övliyaları" və "mömin"in adının verilməsi diqqət olunası məqamdır. Həqiqətdə, hər üç kəlmə kamal və inkişafa aid bir məsələdir ki, Allah Mütəal intahan vəsiləsi ilə bu üç qrup insanın kamala çatmalarını nəzərə almışdur.

Zalım kəlməsi barədə isə qeyd etmək lazımdır ki, zalım zülmünə davam edərsə, “imtahan” mərhələsinə yetişməz. Nəticədə zalımın imtahan “dərsinə” ləyaqəti olmadığı üçün o, kamal və inkişaf mərhələsindən geri qalacaqdır.


[1] “Biharul-ənvar”, cild- 78, səh. 198.


80 Görüş