pic
pic

Əhli-Beytin (əleyhimussəlam) kəraməti

Xəbərin xülasəsi :
Hicri-qəməri tarixində zil-qə`də ayının 1-dən 11-nə qədər olan tarix “Əhli-Beyt əleyhimussəlamın kəramət günləri” olaraq adlandırılır. Ona görə ki, bu iki tarix Əhli-beytin (əleyhimussəlam) iki mübarək təvllüd günü ilə müsadifdir


Bismilləhir-Rahmənir-Rahim

Əhli-Beytin (əleyhimussəlam) kəraməti

Hicri-qəməri tarixində zil-qə`də ayının 1-dən 11-nə qədər olan tarix “Əhli-Beyt əleyhimussəlamın kəramət günləri” olaraq adlandırılır. Ona görə ki, bu iki tarix Əhli-beytin (əleyhimussəlam) iki mübarək təvllüd günü ilə müsadifdir.

Hicri-qəməri 173-cü ili, zil-qə`də ayının 1-də həzrət Musa ibn Cəfərin (əleyhiməssəlam) əziz qızı həzrət Fatiməi-Məsumənin (əleyhasəlam) dünyaya gəldiyi gündür. O həzrətin əziz atası həzrət imam Musayi-Kazim əleyhissəlam və mehriban anası həzrət Nəcmə Xatun, həzrət imam Rza əleyhissəlamın anası olmuşdur. Xanımın adı Fatimə, ləqəbi isə Məsumədir. Həzrət imam Musayi-Kazimin (əleyhissəlam) ailəsində xanımı Fatiməyi-Kubra adı ilə çağırarmışlar.

 Xanım Məsumənin (əleyhasəlam) fəzilət və kəramətləri barəsində Əhli-Beyt əleyhimussəlam tərəfindən və eləcə də böyük alimlərin dili ilə əzəmətli kəlmələr qeyd edilmişdir və bunun üçün ayrıca bir vaxtda məlumat verəcəyik. Lakin burada bu qədər desək kifayətdir ki, Əhli-Beyt (əleyhimussəlam) məktəbinin böyük şəxsiyyətləri həzrət Məsumədə (əleyhasəlam) Fatiməi-Zəhra əleyhasəlamın həqiqətinin təcəlli etdiyini qeydə almışlar və o Həzrətin müqəddəs Qum şəhərində yerləşən şərafətli məzarını ziyarət etmək alimlər və elm sahiblərinin böyük arzularından olmuşdur.

Həmçinin, hicri-qəməri 148-ci ili, zil-qə`də ayının 11-də həzrət imam Rza əleyhissəlam müqəddəs Mədinə şəhərində dünyaya gəlmişdir. Əlbəttə, o Həzrətin zil-hiccə ayının 11-də dünyaya gəlişi barəsində də tarixi qeydlər vardır, lakin məşhur budur ki, imam Rza əleyhissəlam zil-qə`də ayının 11-də dünyaya göz açmışdır.

Beləliklə, bu iki mövlud münasibəti ilə zil-qə`də ayının 1-dən 11-nə qədər  olan tarixdə Əhli-Beyt əleyhimussəlamın davamçıları tərəfindən “Kəramət günləri” və ya “Kəramət ongünlüyü” ünvanı ilə qeyd edilir və həmçinin, zil-qə`də ayının 1-ni təqvimdə “Qızlar günü” də adlandırırlar. Bu sevindirici münasibət səbəbi ilə bütün mömin bacı və qardaşlara təbrik deyir, müsəlman ailələrinə şadlıq və səadət arzulayırıq.

 

Mənbələr:

1-Ə`lamul-vəra, cild-2, səh. 40

2-Feyzul əllam, səh. 90

3- Biharul-ənvar, cild-49, səh. 10

4-Təbəqat İbn Səd, cild-2, səh. 51

İltimas dua!