Həzrət imam Rza əleyhissəlamın təvəllüdü

28 March 2024

16:27

۱,۱۳۱

Xəbərin xülasəsi :
Hicri-qəməri tarixi 1439-cu il zil-qə`də ayının 11-i, miladi 2018-ci il iyulun 24-ü İlahi imamət və xilafət mənsəbinin səkkizinci canişini həzrət imam Əli ibn Musa Rza əleyhiməssəlamın təvəllüd günüdür. Bu əziz və səadətli günün yetişməsi ilə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) pak Əhli-beytinə (əleyhimussəlam) və xüsusən sonuncü imam həzrət Sahib əz-Zaman əleyhissəlama şadlığımızı bildirir və bütün mömin bacı-qardaşlara səmimi təbriklər deyirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Rza əleyhissəlamın təvəllüdü

Hicri-qəməri tarixi 1439-cu il zil-qə`də ayının 11-i, miladi 2018-ci il iyulun 24-ü İlahi imamət və xilafət mənsəbinin səkkizinci canişini həzrət imam Əli ibn Musa Rza əleyhiməssəlamın təvəllüd günüdür. Bu əziz və səadətli günün yetişməsi ilə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) pak Əhli-beytinə (əleyhimussəlam) və xüsusən sonuncü imam həzrət Sahib əz-Zaman əleyhissəlama şadlığımızı bildirir və  bütün mömin bacı-qardaşlara səmimi təbriklər deyirik.

Həzrət imam Əli ibn Musa (əleyhiməssəlam) hicrətin yüz qırx səkkizinci ili zilqədə ayının on birində anadan olmuşdur.[1] Əziz atası imam Kazim (əleyhissəlam), mehriban anası isə Nəcmə (Ummul-bənin) adlı fəzilətli bir qadın olmuşdur.[2]  İmam Rza (əleyhissəlam) anadan olduqdan sonra İmam Kazim (əleyhissəlam) o xanıma Tahirə adı vermişdir.[3] İmam Əli ibn Musa əleyhiməssəlamın künyəsi Əbulhəsən məşhur ləqəbi Rza olmuşdur. O həzrətin əziz atası İmam Kazim (əleyhissəlam) (hicrətin yüz səksən üçüncü ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında İmamət məqamına çatmışdır.

Həzrət imam Rza əleyhissəlamın dürəfşan kəlamlarından

Həzrət buyurur:

رَحِمَ اللّه ُ عَبْدا اَحيا اَمْرَنا … يَتَعَلَّمُ عُلومَنا وَ يُعَلِّمُهَا النّاسَ ، فَاِنَّ النّاسَ لَوْ عَلِموا مَحاسِنَ كَلامِنا لاَتَّبَعونا

“Bizim əmrimizi dirildən şəxsə Allahın rəhməti olsun... Bizim elmimizi öyrənsin və onu xalqa öyrətsin. Əgər xalq bizim danışıqlarımızın gözəlliklərinə agah olsaydı, yolumuzun davamçılarından olardılar.”[4]

Həmçinin, buyurur:

 إن بَكَيتَ عَلَى الحُسَينِ حَتّى تَصيرَ دُموعُكَ عَلى خدَّيكَ غَفَرَاللّه ُ لَكَ كُلَّ ذَنبٍ أذنَبتَهُ

“Əgər gözlərinin yaşı üzünə axan həddə həzrət imam Huseynə (əleyhissəlam) ağlasan, Allah-taala bütün günahlarını baışlar.”[5]

Eləsə də buyurur:

إنَّ لِكُلِّ إمامٍ عَهدا في عُنُقِ أولِيائِهِ و شيعَتِهِ و إنَّ مِن تَمامِ الوَفاءِ بِالعَهدِ و حُسنِ الأداءِ زيارَةَ قُبورِهِم

“Hər bir imamın öz dostları və şiələri ilə əhd-peymanı vardır, onların bu əhdə vəfalı qalmağının ən gözəl nişanəsi həmin imamın qəbrinin ziyarətinə getmələridir.”[6]

Həmçinin buyurur:

مَن جَلَسَ مَجلِسا يُحيى فيهِ أمرُنا ، لَم يَمُت قَلبُهُ يَومَ تَموتُ القُلوُبُ

“Hər kəs biz Əhli-beytin (əleyhimussəlam) xatirəsi yad edilən bir məclisdə iştirak edərsə, qəlblərin ölən günü (Qiyamətdə) qəlbi diri qalar.”[7]

İltimas dua




 

[1] “Əlamul-vəra”, 2-ci cild, səh. 40; “Feyzul-əllam”, səh. 90

[2] “Biharul-ənvar”, 49-cu cild, səh. 10; “Əl-İrşad”, səh. 246

[3] “Əlamul-vəra”, 2-ci cild, səh. 40

[4] “Məanil-əxbar”, səh. 180

[5] “Əl-Əmali”, səh. 286

[6] “Vəsailuş-şiə”, cild-14, səh 322

[7] “Vəsailuş-şiə”, cild-44, səh 278

 

 

Etiketlər :

Həzrət imam Rza əleyhissəlamın təvəllüdü