Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

29 March 2024

05:47

۸۸۶

Xəbərin xülasəsi :
Mənim xilafət iqtidarı ilə müxalifətim yalnız Yezidə beyətlə bağlı deyil ki, onların beyət tələbindən əl çəkməsi ilə mən də sükutu tərcih edim. Yezidin və onun sülaləsinin hakimiyyətdə olmasının özü zülm haqsızlığın yaranmasına, fəsad və İslam təlimlərinin təhrif edilməsi hallarının artmasına səbəb olmuşdur. Mənim də vəzifəm budur ki, bu fitnə və fəsadı aradan qaldırmaq, əmr be və məruf və nəhy əz münkər etmək, babam Rəsulallahın (sallallahu əleyhi və alih) qanunlarını və atam Əlinin yolunu dirçəltmək, ədaləti bərpa etmək üçün hərəkətə keçim və bütün bu nizamsızlıqların mənşəyi olan Bəni Üməyyə iqtidarının kökünü kəsim
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

Həzrət Hüseynin (əleyhissəlam) qiyamının səbəbləri

            İmam (əleyhissəlam) Vəlid və Mərvana verdiyi cavablarda qiyam və mübarizəsinin, Yezid ibn Müaviyəyə qarşı müxalifliyinin ilk səbəbini bəyan etmişdi. Mədinəni tərk edərkən isə qiyamının başqa bir səbəbini - əmr be məruf və nəhy əz münkər vəzifəsini icra etmək, Yezid iqtidarının antiislam və antihumanist fəaliyyəti və törətdiyi günbəgün artan fəsadlar ilə mübarizə aparmaqdan ibarət olan başlıca səbəbinə toxunaraq buyurur ki, onlar məndən beyət etməyimi tələb etməsələr də, mən səssiz qalmayacağam. Çünki mənim xilafət iqtidarı ilə müxalifətim yalnız Yezidə beyətlə bağlı deyil ki, onların beyət tələbindən əl çəkməsi ilə mən də sükutu tərcih edim. Yezidin və onun sülaləsinin hakimiyyətdə olmasının özü zülm haqsızlığın yaranmasına, fəsad və İslam təlimlərinin təhrif edilməsi hallarının artmasına səbəb olmuşdur. Mənim də vəzifəm budur ki, bu fitnə və fəsadı aradan qaldırmaq, əmr be və məruf və nəhy əz münkər etmək, babam Rəsulallahın (sallallahu əleyhi və alih) qanunlarını və atam Əlinin yolunu dirçəltmək, ədaləti bərpa etmək üçün hərəkətə keçim və bütün bu nizamsızlıqların mənşəyi olan Bəni Üməyyə iqtidarının kökünü kəsim. Qoy bütün bəşəriyyət bilsin ki, Hüseyn mənsəbpərəst deyildi, var-dövlət hərisi deyildi, şəri, fəsadı və hərc-mərcliyi yayan bir insan deyildi və əvvəldən sonadək, son nəfəsinədək bu belə olmuşdur.

        Burada maraqlı bir sual da qarşıya çıxır. Məgər əmr be məruf və nəhy əz münkər vəzifəsinin icrası can və mal təhlükəsizliyi şərti ilə şərtlənmirmi? Bəs nə üçün İmam (əleyhissəlam) bu şərti nəzərə almayaraq çox irəli getmiş, özü və dostlarının canından keçməsi ilə yanaşı həyat yoldaşı və qızlarının əsir edilməsinə də razı olmuşdur?

(ardı var)

 

Etiketlər :

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək