Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

19 April 2024

03:11

۸۸۷

Xəbərin xülasəsi :
Həzrət imam Huseyn (əleyhissəlam) Məkkəyə daxil olarkən aşağıdakı ayəni oxuyur: “O Mədyən tərəfə yönəldiyi zaman dedi: “Ola bilsin ki, Rəbbim mənə (Mədyənə aparıb çıxaran) doğru yolu göstərsin!” (Qəsəs surəsi, 22-ci ayə)
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

Məkkəyə daxil olarkən söylədiyi ilk sözlər

Həzrət imam Huseyn (əleyhissəlam) Mədinə ilə Məkkə arasındakı məsafəni beş günə qət edərək şaban ayının 3-də cümə gecəsi Məkkeyi-Müəzzəməyə daxil olur və şəhərə girərkən aşağıdakı ayəni oxuyur:

“O Mədyən tərəfə yönəldiyi zaman dedi: “Ola bilsin ki, Rəbbim mənə (Mədyənə aparıb çıxaran) doğru yolu göstərsin!”[1]

 

Görəsən, Hüseyn ibn Əli (əleyhissəlam) Mədinəni tərk edərkən və Məkkəyə daxil olarkən nə üçün məhz bu iki ayəni oxumuşdu?

İmam Huseyn (əleyhissəlam) bu iki ayədə öz əksini tapan tarixi hadisələri xatırlamaqla – yeri gəlmişkən həmin iki hadisə arasında da beş gün fasiləolmuşdur – vurğulayırdı ki, Həzrət Musanın (əleyhissəlam) öz doğma vətənini tərk edərək tanımadığı bir diyarda məskunlaşması səbəbsiz, məqsədsiz olmadığı kimi, o da Mədinəni tərk edərkən bütün Allah dostlarının, müqəddəs şəxsiyyətlərin güddüyü ali məqsədi qarşısına qoymuşdu və eləcə də Məkkəyə daxil olarkən də yalnız Allahın (cəllə cəlaluh) lütfü və istiqamətləndirməsi sayəsində nail olunmasımümkün olan böyük və dəyərli bir məqsədi var idi.


[1] Qəsəs surəsi, 22-ci ayə.

(ardı var)

Etiketlər :

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək