Həzrət Peyğəmbər-Əkrəmin (sallallahu əleyhi və alih) vəfatı

19 April 2024

11:46

۹۵۴

Xəbərin xülasəsi :
Hicri-qəməri 11-ci il, həzrət Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) vəfat etdiyi tarixdir. Həzrətin bazar ertəsi günündə vəfat etməsində heç bir ixtilaf yoxdur. Vəfat etdikdə o Həzrətin altmış üç yaşı var idi. O Həzrətə qırx yaşında ikən vəhy nazil oldu və 13 il Məkkədə camaatı tövhid və Allahpərəstliyə dəvət etdi, əlli üç yaşında Mədinəyə hicrət etdi. Hicrətdən 10 il keçdikdən sonra vəfat etdi
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Peyğəmbər-Əkrəmin (sallallahu əleyhi və alih) vəfatı

Hicri-qəməri 11-ci il, həzrət Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) vəfat etdiyi tarixdir. Həzrətin bazar ertəsi günündə vəfat etməsində heç bir ixtilaf yoxdur. Vəfat etdikdə o Həzrətin altmış üç yaşı var idi. O Həzrətə qırx yaşında ikən vəhy nazil oldu və 13 il Məkkədə camaatı tövhid və Allahpərəstliyə dəvət etdi, əlli üç yaşında Mədinəyə hicrət etdi. Hicrətn 10 il keçdikdən sonra vəfat etdi. Əmirəl-möminin Əli (əleyhissəlam) o həzrətə qüsl verdi, kəfənlədi, hənut vurdu, sonra namaz qıldı. Bundan sonra səhabələr də dəstə-dəstə gəlib, o həzrətə namaz qıldılar. Həzrət Əli (əleyhissəlam) Peyğəmbəri (sallallahu əleyhi və alih) elə vəfat etdiyi yerdə də dəfn etdi. Ənəs ibn Malikdən belə nəql olunmuşdur: “Peyğəmbəri-Əkrəmi (sallallahu əleyhi və alih) dəfn etdikdən sonra, xanım Fatiməi- Zəhra (salavatullah əleyha) mənə tərəf gəlib dedi: “Ey Ənəs! Allahın Peyğəmbərinin üstünə torpaq tökməyə ürəyiniz gəldimi?” Sonra ağlayıb dedi:

 

يَا أَبَتَاهْ أَجَابَ رَبّا دَعَاهُ ، يَا أَبَتَاهْ مِن رَبِّهِ مَا أَدْنَاهُ      إلخ

Ya əbətahu əcabə rəbbən dəahu,

Ya əbətahu min rəbbihi ma ədnahu...

Atacan! Allah səni dəvət etdikdə, sən də qəbul etdin. Atacan! Sən necə də Rəbbinə yaxınsan!

مَا ذَا عَلَى الْمُشْتَمِّ تُرْبَةَ أَحْمَدٍ           أَنْ لا يَشَمَّ مَدَى الزَّمَانِ غَوَالِيَا

صُبَّتْ عَلَيَّ مَصَائِبُ لَوْ أَنَّهَا               صُبَّتْ عَلَى الْأَيَّامِ صِرْنَ لَيَالِيَا

Ma za ələl muştəmmi turbətə Əhmədə

Ən la yəşəmmə mədəz zəmani ğəvaliya.

Subbət ələyyə məsaibu ləv ənnəha

Subbət ələl əyyami sirnə ləyaliya.

Əhmədin türbəsini iyləyən şəxs illər boyu ətir iyləməsə də, kifayətdir! Mənim başıma gələn bəla və müsibətlər aydın gündüzlərə toxunsaydı, qaranlıq gecələrə çevrilərdi.

Şeyx Yusif Şami “Dürrün-nəzim”də yazır ki, həzrət bu şeirləri ata əzasında buyurmuşdur:

قُلْ لِلْمُغَيَّبِ تَحْتَ أَثْوَابِ[ أَطْبَاقِ‏] الثَّرَى           إِنْ كُنْتَ تَسْمَعُ صَرْخَتِي وَ نِدَائِيَا

صُبَّتْ عَلَيَّ مَصَائِبُ لَوْ أَنَّهَا                              صُبَّتْ عَلَى الْأَيَّامِ صِرْنَ لَيَالِيَا

قَدْ كُنْتُ ذَاتَ حِمًى بِظِلِّ مُحَمَّدٍ                       لا أَخْشَ مِنْ ضَيْمٍ وَ كَانَ حِمَالِيَا

فَالْيَوْمَ أَخْضَعُ لِلذَّلِيلِ وَ أَتَّقِي                           ضَيْمِي وَ أَدْفَعُ ظَالِمِي بِرِدَائِيَا

فَإِذَا بَكَتْ قُمْرِيَّةٌ فِي لَيْلِهَا                               شَجَنا عَلَى غُصْنٍ بَكَيْتُ صَبَاحِيَا

فَلَأَجْعَلَنَّ الْحُزْنَ بَعْدَكَ مُونِسِي                         وَ لَأَجْعَلَنَّ الدَّمْعَ فِيكَ وِشَاحِيَا

Qul lil muğəyyibi təhtə əsvabis(ətbaqis) səra.

İn kuntə təsməu sərxəti və nidaiya.

Subbət ələyyə məsaibu ləv ənnəha.

Subbət ələl əyyami sirnə ləyaliya.

Qəd kuntu zatə himən bizilli Muhəmmədin.

La əxşə min zəymin və kanə himaliya.

Fəlyəvmə əxzəu liz zəlili və əttəqi.

Zəymi və ədfəu zalimi biridaiya.

Fəiza bəkət qumriyyətun fi ləyliha.

Şəcənən əla ğusnin bəkəytu səbahiya.

Fələəc`ələnnəl huznə bə`dəkə munisi.

Və lə əc`ələnnəd dəm`ə fikə vişahiya.

Torpaqlar altında yatan şəxsə de: “Ürəkyandıran ah-nalə və səslərimi eşit! Mənim başıma gələn bəla və müsibətlər aydın gündüzlərə toxunsaydı, qaranlıq gecələrə çevrilərdi. Mən Məhəmmədin (sallallahu əleyhi və alih) himayəsi altında idim. Onun himayəsi ilə zülm və haqsızlıqdan əsla qorxmadım. Amma bu gün namərdlər müqabilində başımı aşağı dikdim, zülm və haqsızlıqdan qorxdum, yalnız libasım məni müdafiə etdi. Gecələr ay nalə edib ağladıqca, mən də sübhlər ağladım. Səndən sonra matəm oldu munisim, göz yaşları bəzəyim!”

İltimas dua

Mənbə:

“Məfatihul-cinan”, 8-ci fəsil, səfər ayının əməlləri.

 

Etiketlər :

Həzrət Peyğəmbər-Əkrəmin (sallallahu əleyhi və alih) vəfatı