Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) dəfn edilməsi

20 April 2024

15:42

۱,۳۹۲

Xəbərin xülasəsi :
Rəbiul-əvvəl ayının birinci gecəsinin yarısında Əmirəl-möminin Əli əleyhissəlam Xatəmul ənbiya və mursəlin həzrət Peyğəmbər-Əkrəmin (sallallahu əleyhi və alih) pak bədənini dəfn etdi. Bir tərəfdən həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) faciəli və müsibətli vəfatı, digər tərəfdən xalqın onun qüsl, kəfən və dəfn edilməsinə diqqətsizliyi və o Həzrətə hörmətsizliyi Əmirəl-möminin Əlinin (əleyhissəlam) mübarək qəlbinə ağırlıq salan böyük dağlar idi

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Rəbiul-əvvəl ayının biri həzrət Peyğəmbər-Əkrəmin (sallallahu əleyhi və alih) pak bədəninin dəfn edilməsi günüdür

Rəbiul-əvvəl ayının birinci gecəsinin  yarısında Əmirəl-möminin Əli əleyhissəlam Xatəmul ənbiya və mursəlin həzrət Peyğəmbər-Əkrəmin (sallallahu əleyhi və alih) pak bədənini dəfn etdi.[1]

 Bir tərəfdən həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) faciəli və müsibətli vəfatı, digər tərəfdən xalqın onun qüsl, kəfən və dəfn edilməsinə diqqətsizliyi və o Həzrətə hörmətsizliyi Əmirəl-möminin Əlinin (əleyhissəlam) mübarək qəlbinə ağırlıq salan böyük dağlar idi.[2] Belə ki, həmin günlərin acı xatirələrini yada salıb buyurmuşlar: “Görəsən, Peyğəmbərin (sallallahu əleyhi və alih) pak və şərəfli bədənini boşlayıb və onun dəfnindən yayınıb ondan sonrakı xəlifəlik və səltənət uğrunda kəşməkəş və çəkişmə etməliydim?”[3]

Mərhum Şeyx Mufid buyurur: “Xalqın əksəriyyəti Peyğəmbərin (sallallahu əleyhi və alih) dəfnində iştirak etməmiş və o Həzrətin cənazə namazını əda etməmişlər. Ona görə ki, (Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından sonra) xəlifə seçimi ilə əlaqədar “ənsar və muhacirlər” arasında kəşməkəş və çəkişmə var idi.”[4]

Ə`məş deyir: “Peyğəmbərləri dünyadan köçmüşdü, lakin xalqın heç bir qəm-qüssəsi yox idi, yalnız bir dəstə deyirdi: “Əmir bizdən seçilməlidir” və digər bir tayfa deyirdi: “Əmir bizdəndir”.”[5]

Həzrət imam Baqir əleyhissəlam buyurur: “Camaat doşənbə və seşənbə gecəsi Peyğəmbərin (sallallahu əleyhi və alih) cənazəsinə namaz qılırdılar: xalq kütləsi, hətta Həzrətə xüsusi və yaxın olan şəxslər onun pak və mübarək bədəninə namaz qıldılar. Amma Səqifə əhlindən heç kəs o Həzrətin qüsl, kəfən və dəfn mərasimində iştirak etmədilər. Əmirəl-möminin (əleyhissəlam) Burəydə Əsləmini xəbər çatdırmaq üçün onların yanına göndərdi. Lakin ona etina etmədilər, Peyğəmbərin (sallallahu əleyhi və alih) dəfnindən sonra onların (xəlifəliklə bağlı) bey`ət mərasimi də başa çatdı.”[6]

Aişə bu mövzu ilə bağlı bir etiraf etmişdir ki, diqqəti cəlb edəndir, o deyib: “And olsun Allaha Peyğəmbərin (sallallahu əleyhi və alih) dəfnindən bizim xəbərimiz olmadı. O vaxta qədər ki, çaharşənbə gecəsi o Həzrətin hücrəsindən bel və külüng səslərini eşitdik”[7], yəni dəfndən sonra xəbərdar olduq.

Xilafəti qəsb etmək səbəbinə hər şeyi unudan insanlardan soruşmaq gərəkdir:

- Görən, Peyğəmbərin (sallallahu əleyhi və alih) hüzurunda və o Həzrətin göstərişi ilə hansı hadisə baş vermişdir, Səqifə, yaxud Qədir-Xum?

- Görəsən, Allah-taala tərəfindən Səqifədə məşvərət heyətinin təşkil edilməsi ilə əlaqədar bir göstəriş gəlmişdir, yaxud Qədir-Xum barəsində?

- Görəsən, müsəlmanları əksər şəhərindən Səqifədə iştirak edənlər olmuşdur, ya Qədir-Xumda?

- Görəsən, Allahın və Peyğəmbərin (sallallahu əleyhi və alih) xalqın əksəriyyətinin beyət etməsi Səqifədə baş vermişdir, yaxud Qədir-Xumda; hətta qadınlar da beyət etsinlər?

Bütün bu suallara və şübhələrə insafla cavab verməyi əziz möminlərin özlərinə həvalə edirik.

Mənbələr:

[1] “Təbəqat İbn Sə`d”, 2-ci cild, səh. 78; “Musnəd Əhməd”, 6-cı cild, səh. 62, 242 və 274; “Sunən Beyhəqi”, 3-cü cild, səh. 409; “Sirətun-nəbəviyyə” (İbn Kəsir), 4-cü cild, səh. 538.

[2] “Xisal” (Mərhum Şeyx Səduq), səh. 372; “İxtisas” (Mərhum Şeyx Mufid), səh. 171.

[3] “Ehticac” (Mərhum Şeyx Təbərsi), səh. 74.

[4] “Əl-İrşad” (Mərhum Şeyx Mufid), 1-ci cild, səh. 189.

[5] “Təqribul məarif”, səh. 256.

[6] “Mənaqib İbn Şəhr Aşub”,1-ci cild, səh. 297; “Biharul-ənvar”, 22-ci cild, səh. 524.

[7] “Tarix İslam” (Zəhəbi), 1-ci cild, səh. 582; “Sirətun-nəbəviyyə”(İbn Kəsir), 4-cü cild, səh. 538; “MusnədƏhməd”, 6-cı cild, səh. 62, 242, 274. Həmçinin əlavə məlumat əldə etmək üçün bax: “”Əl-Musənnəf”. Səh. 14 və 568; “Cameul-əhadis”, 13-cü cild, səh. 267; “Təqribul-məarif”,səh. 251.

 

 

Etiketlər :

Rəbiul-əvvəl ayının biri həzrət Peyğəmbər-Əkrəmin (sallallahu əleyhi və alih) pak bədəninin dəfn edilməsi günüdür