Həzrət Ayətullah Muhəmmədcavad Lənkəraninin Namazın sirləri bəhslərindən

29 March 2024

11:46

۸۳۹

Xəbərin xülasəsi :
Hüzuri-qəlbin mərtəbələri: bizim, mütləq qüdrət sahibi olan Allah-təalanın dərgahında dayanmağımızı bilməyimiz, hüzuri-qəlbin mərtəbələrinin ən birincisi və ən aşağısıdır

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hüzuri-qəlbin mərtəbələri

Allahın Rəsulu (sallallahu əleyhi və alih) buyurdu:

"إِنَ‏ اللَّهَ‏ لَا يَنْظُرُ إِلَى‏ صُوَرِكُمْ‏ وَ أَعْمَالِكُمْ وَ إِنَّمَا يَنْظُرُ إِلَى قُلُوبِكُم"

“Allah-təala sizin zahiri surətlərinizə və əməllərinizə nəzər salmır, əksinə O, sizin qəlblərinizə və niyyətlərinizə təvəccöh edir.”[1]

Ötən bəhslərdə namazda hüzuri-qəlbin mərtəbələrinə bir qədər işarə etdik. Xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri budur ki, namaz qılan şəxs namazda hüzuri-qəlbin, ancaq “Allah-təalanın dərgahında hazır olmasına diqqət yetirmək” kimi səthi və sadə bir məna kəsb etməsini təsəvvür etməməlidir. Hüzuri-qəlbin namazda mərtəbələri və dərəcələri vardır ki, onlardan bəziləri bütün insanlar üçün müyəssərdir, bəzi dərəcələri isə, hətta ariflər və böyük dini şəxsiyyətlərin düşüncə və dərkindən xaricdir, o ki, qaldı onlara əməl emək olsun. Əsas etibarı ilə, əgər biz namazın həqiqətinə yetişmək istəyiriksə, gərək hüzurun mərtəbələrini getdikcə daha kamil surətdə aşıb keçək, bu günün namazının hüzur dərəcəsi keçən gündən daha yüksək olsun. Diqqət etməliyik, qəlbin hüzur dərəcəsi hər nə qədər möhkəm olsa, insan üçün namazın əsrarının kəşf edilməsi də bir o qədər artıq olacaqdır. Hüzuri-qəlbin bu ali mərtəbələrində namazın bir sıra sirləri bəzi insanlar üçün kəşf olunur. Bəzi hədislərdə bu mövzuya işarə olunaraq, deyilir:

""إِنَ‏ اللَّهَ‏ لَا يَنْظُرُ إِلَى‏ صُوَرِكُمْ‏ وَ أَعْمَالِكُمْ وَ إِنَّمَا يَنْظُرُ إِلَى قُلُوبِكُم""

“Allah-təala sizin zahiri surətlərinizə və əməllərinizə nəzər salmır, əksinə O, sizin qəlblərinizə və niyyətlərinizə təvəccöh edir.”[2]

Hərçənd namazın əsrarı, dərinliyi və həqiqətinə çatmaq üçün insan ancaq zahiri vəzifəsinə əməl etməklə nail ola bilər. Heç bir kəs iddia edə bilməz ki, mən namazdan başqa bir yolla namazın həqiqətinə çatıram. Bu, əsla mümkün deyil və cahilanə, süst və xəyali bir iddiadır. Özünəməxsus sirlərə malik bir ibadət olan namazın əsrarına çatmaq, namaz qılmaqdan başqa bir yolla heç cür mümkün deyil. Amma bu hədisə əsasən, həmin namazda  Allah-təala namaz qılanın qəlbinə və niyyətinə nəzər yetirir.

Allah-təalanın mömin şəxsin qəlbinə nəzər salmasının əsəri budur ki, namaz qılanın qəlbini namazın bir sıra əsrarını dərk etmək üçün mühəyya edir. İnsanın namaz əsnasında səcdə etdiyi türbətə baxmasının müstəhəb olması və aləmin ən əzəmətli varlığının müqabilində bədəninin ən yüksək və ən şərafətli yeri olan alnını torpaq üzərinə qoymasına agah olması, hüzuri-qəlnin mənasıdır. Əgər namaz qılan şəxs bu mərtəbələrin bəzisini dərk edib onu özündə icad edə bilsə, onun əsrarı da insana kəşf ediləcəkdir. Necə ki, Allahın bəzi övliyası buyurmuşlar ki, hüzuri-qəlbin bir sıra mərtəbələrində elə zövq və ləzzətlər vardır ki, onun digər mərtəbələrində yoxdur.

Beləliklə, bizim təkid etdiyimiz mühüm məsələ budur ki, namazda qəlbin hazır olmasının dərəcələri vardır və bu məna, insanın yalnız Allah dərgahında hazır olmasını duyması kimi, sadə bir ünvana və müxtəsər bir diqqətə həsr edilmir. Bu, ilkin bir addımdır; bizim, mütləq qüdrət sahibi olan Allah-təalanın dərgahında dayanmağımızı bilməyimiz, hüzuri-qəlbin mərtəbələrinin ən birincisi və ən aşağısıdır. Amma burada digər mərtəbələr də vardır ki, inşaallah onlara işarə edəcəyik.

(ardını izləyin)

Mənbə:

[1] “Biharul-ənvar”, cild-67, səh. 248

[2] Həmin mənbə.

Etiketlər :

Həzrət Ayətullah Muhəmmədcavad Lənkəraninin Namazın sirləri bəhslərindən