Həzrət Ummul-bəninin (əleyhasəlam) vəfatı

20 April 2024

16:44

۸۹۶

Xəbərin xülasəsi :
Hicri-qəməri 1440-cı il cumadis-saniyə ayının 13-ü, miladi 2019-cu il fevral ayının 19-u xanım Ummul-bənin əleyhasəlamın vəfat gününün ildönümüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ummul-bəninin (əleyhasəlam) vəfatı

Hicri-qəməri 1440-cı il cumadis-saniyə ayının 13-ü, miladi 2019-cu il fevral ayının 19-u xanım Ummul-bənin əleyhasəlamın vəfat gününün ildönümüdür. Bu qəmli gün münasibətilə Əhli-beytə (əleyhimussəlam), İmam Sahib əz-zaman əleyhissəlama və bütün mömin və möminə bacı-qardaşlara təsəlli və başsağlığı deyirik.

Həzrət Ummul bəninin (əleyhasəlam) əsl adı Fatimə bint Hizamdır. Həzrət Əli ibn Əbi Talib (əleyhissəlam) həzrət Fatiməi-Zəhra əleyhasəlamın şəhadətindən bir müddət sonra xanım Ummul bənin ilə ailə qurmuşdur.

Tarixdə igidlik göstərmiş Həzrət Abbas (ə) onun tərbiyəsi ilə böyüyüb boya-başa çatmışdı. Onun oğlanlarının hamısı Kərbəlada şəhid oldular. Bu dörd qəhrəman oğulun şəhidlik xəbəri anaya çatanda təbiidir ki, qəlbi yandı və xüsusən oğlu Abbas (ə) üçün göz yaşı axıtdı. Ancaq ruhiyyəsi o qədər güclü idi ki, bir şer dedi:

“Ey igid oğlum Abbası atası kimi düşmənlərə hücum etdiyini görən kəs! Əlinin (ə) övladlarının hamısı şücaət cəngəlliyinin şirləridirlər. Eşitmişəm ki, oğlum Abbasın əlləri kəsildikdən sonra başına dəmir əmud vurub yarıblar. Əgər oğlumun əli olsaydı, kim döyüşmək üçün cürət edib ona yaxınlaşa bilərdi?”

Bəşir Mədinəyə gəlib Kərbəla xəbərlərini məsciddə camaata deyirdi, Ümmül-Bənin adamların arasından qabağa gəldi. Onun Bəşirə dediyi ilk sözü bu idi: “İmam Hüseyndən (ə) mənə xəbər ver. Oğlanlarım və səma altındakıların hamısı Hüseynə (ə) fəda olsun”.

Bəşirdən İmam Hüseynin (ə) şəhid olmasını eşidəndə naləsi ucaldı və dedi: “Qəlbimin damarlarını qırdın”.

Onun İmam Hüseynə (ə) olan bu məhəbbəti, mənəviyyatının kamilliyinə bir dəlildir ki, rəhbəri yolunda övladlarının göstərdiyi bütün fədakarlığını unutdu və təkcə rəhbərindən söz açdı.


Etiketlər :

Həzrət Ummul-bəninin (əleyhasəlam) vəfatı