İki aləmin xanımı həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) təvəllüdü

26 April 2024

02:04

۸۰۱

Xəbərin xülasəsi :
Hicri-qəməri 1440-cı il cumadis-saniyə ayının 20-i, miladi 2019-cu il fevralın 26-ı, dünya və axirət xanımlarının ən şərəflisi, əziz Peyğəmbərimizin (sallallahu əleyhi və alih) gözünün işığı, ürək parası, ruhu və canı həzrət Fatimei-Zəhra əleyha səlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

İki aləmin xanımı həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) təvəllüdü

Hicri-qəməri 1440-cı il cumadis-saniyə ayının 20-i, miladi 2019-cu il fevralın 26-ı, dünya və axirət xanımlarının ən şərəflisi, əziz Peyğəmbərimizin (sallallahu əleyhi və alih) gözünün işığı, ürək parası, ruhu və canı, Əmirəl-möminin Əlinin (əleyhissəlam) həyat yoldaşı və himayədarı, imam Həsən, imam Huseyn, həzrət Zeynəb və Ummu Külsümün mehriban anası və tərbiyəvi müəllimi həzrət  Fatimei-Zəhra əleyha səlamın təvəllüd günüdür. Bu gün bütün dünya müsəlmanları üçün əlamətdar və şərəfli gün olmaqla bərabər, varlıq aləminin ən zəhmətkeş və dəyərli insanları olan mehriban analar bayramı və böyük sevinc günüdür. Bütün əziz bacı və anaları bu əzəmətli gün münasibətilə təbrik edir və onlara həzrət Zəhranın (əleyhasəlam) yolunun həqiqi davamçıları olmağı arzulayırıq.

Həzrət imam Sadiq əleyhissəlam xanım Zəhranın (əleyhasəlam) əzəməti və şənini son dərəcə əzəmətli tutaraq buyurur:

وَ هِیَ الصِّدِّيقَهُ الْکُبْرَى وَ عَلَى مَعْرِفَتِهَا دَارَتِ الْقُرُونُ الْأُولَى

"Fatiməi Zəhra əleyhasəlam ən böyük sədaqət və doğruluq rəmzidir və bəşərin ən şəxsiyyətli insanları onun mərifətinə agahlıq tapmağa səy edib çalışmışlar".

Mənbə: "Biharul-ənvar", cild-43, səh. 105

Bu mövzuda inşa Allah növbəti məqalələrdə bir daha danışacağıq.

İltimas dua!


Etiketlər :

İki aləmin xanımı həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) təvəllüdü